MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


III FƏSİL. Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı



Yüklə 110,44 Kb.
səhifə9/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
yerli özünüidarəetmə2

III FƏSİL. Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı.
3.1. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının ümumi xarakteristikası.
Yerli özünüidaetmə dedikdə, yerli özünüidarəetmə orqnlarınınKonstitusiya və qanunlar çərçivəsində öz səlahiyyəti daxilində və yerli əhalinin marağına uyğun dövlət işlərinin bir hissəsinin real surətdə , reqlamentləşdirilmiş şəkildə idarə edilməsi nəzərdə tutulur.
Yerli özünüidarəetmənin həayta keçirilməsi ilə bağlı səlahiyyətlər ümumi, rəhbər başlanğıcları və bu orqanların qanunla müəyyən edimiş fəliyyət istiqamətlərinə - funksiyalara uyğun olaaq icra edilir.
Prinsip latınca « prinsipis » sözündən götürülmüş mənası ümumi , rəhbər başlanğıc deməkdir. Yerli özünüidarənin prinsipi dedikdə, əhali tərəfindən yaradılmış müstəqil şəkildə yerli əhəmiyyətli məsələləri həll edən yerli özünüidarə orqanlarının təşkili və fəaliyyəti əsaslarını şərtləndirən başlanğıc və ideyalar başa düşülür.
Yerli özünüidarənin prinsipləri yerli özünüidarə insitutunun əlamətini , xüsusiyyətlərini , yaradılması və işləmə mexanizmini , mahiyyətini müəyyənləşdirir. Azərbaycan Respubliksı Konstitusiyası və « Bələdiyyələrin statusu haqqında » AR-in Qanunu yerli özünüidarənin başlıca mənbəyi kimi çıxış edir.
Nəzəri cəhətdən yerli özünüidarənin aşağıdakı ümumi prinsipləri fərqləndirilir:
1. yerli əhəmiyyətli məsələləin müstəqil və sərbəst şəkildə həll edilməsi
2. bələdiyyə orqanlarının dövlətin idaəetmə sistemindən ayrı olması və ümumi vəzifə , funksiyaların həyata keçirilməsində dövlət orqanları ilə qaşılıqlı iştirakı
3. yerli özünüidarənin maliyyə və maddi resurslarının onun səlahiyyətlərinə uyğun olması
4. insan və vətəndaş hüquq və azadlıqlarının gözlənilməsi
5. yerli özünüidarənin təşkili və fəaliyyətində qanunçuluq
6. yerli özünüidarənin fəaliyyətində aşkarlıq
7. yerli özünüidarə fəaliyyətində təkbaşınalıq və kollegiallıq
8. yerli özünüidarəyə dövlət təminatı.
Yerli əhəmiyyətli məsələlərin müstəqil və sərvəst şəkildə həll edilməsi, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun birinci maddəsində öz əksini tapmış bu prinsip yerli özünüidarənin mahiyyətini təşkil edir.
Əhali yerli əhəmiyyətli məsələləri həll etmək hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək vasitəsilə həyata keçirir.
Yerli özünüidarənin həyata keçirilməsi forması və bu orqanların strukturu əhali tərəfindən müstəqil şəkildə müəyyənləşdirilir. Yerli özünüidarənin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlər bələdiyyə nizamnaməsində tənzim olunur. Bələdiyyə nizamnaməsi bələdiyyə orqanları tərəfindən işlənib, hazırlanır və əhali tərəfindən bilavasitə və ya onun nümayəndəsi yerli özünüidarə orqanı tərəfindən qəbul edilir.26
Əhalinin yerli əhəmiyyətli məsələlərin həllində sərbəstliyi onun iqtisadi maliyyə sahəsində müstəqilliyini şərtləndirir. Yerli özünüidarə orqanları mülkiyyətdə olan əmlak üzərində sərbəst sərəncam verir, yerli büdcəni təsdiq və icra edir, Azərbaycan Respublikası qanunlarına uyğun şəkildə yerli vergiləri, ödənişləri, onların ödənilməsi üzrə güzəştləri müəyyənləşdirilir.
Bələdiyyə qanunvericiliyi dövlət orqanları və onun vəzifəli şəxslərinin yerli özünü idarə orqanlarının işinə qarışmasını qadağan edir.
Bələdiyyə qurumları öz səlahiyyətləri daxilində ümumi məcburi qaydaları müəyyənləşdirir, bələdiyyə qurumlarının inkişafı üzrə proqram və planları qəbul etdiyi qərarların həmin ərazidə yerləşən bütün hüquqi və fiziki şəxslərin icra etməsi məcburidir. Əks halda qanunda nəzərdə tutulan məsuliyyət yaranmış olur.
Bələdiyyələrin Konstitusiya və müvafiq qanunlarla müəyyən edilmiş səlahiyyətləri daxilində müstəqildir. Bu səlahiyyətlərin məhdudlaşdırılmasına yol verilmir. Bələdiyyənin qanunla müəyyən edilmiş hüquqlarının pozulduğu hallarda məhkəmə müdafiəsi ilə təmin olunur.
Bələdiyyə orqanlarının dövlətin idarəetmə sistemindən ayrı olması və ümumi vəzifə və funksiyaların həyata keçirilməsində dövlət orqanları ilə qarşılıqlı iştirakı, prinsipin məzmunu Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununda ﴾maddə 1, 2, 14﴿ açıqlanmışdır. Qanuna görə bələdiyyə və bələdiyyə orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Beləliklə, xalq öz iradəsini həm bilavasitə, həm də bilvasitə yəni dövlət hakimiyyəti orqanları və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirir
Yerli özünüidarə haqqında Avropa Xartiyasının 6-cı maddəsində bələdiyyə orqanlarının ümumi qanunları pozmadan, yerli tələblərə cavab vermək və səmərəli idarəçiliyi təmin etmək üçün daxili inzibati strukturunu müstəqil şəkildə yaratmasını təsdiq edir. Qeyd olunan xartiyaya müvafiq olaraq Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununun səkkizinci maddəsinə əsasən bələdiyyə orqanlarının adı, strukturu, səlahiyyəti və formalaşdırılması qaydası vətəndaşların yığıncaqları tərəfindən müstəqil şəkildə müəyyənləşdirilir.
Bu prinsip bələdiyyə orqanlarının bir-biri ilə, bələdiyyə orqanlarının dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətini açıqlayır.
Azərbaycan Respublikasının Bələdiyyələrin statusu haqqında Qanunu yerli özünüidarənin vəzifəli şəxsləri və orqanların arasındakı münasibətlərin aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirir:
1.Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.﴾maddə 14﴿
2.Bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət qulluqçuları kateqoriyasına aid deyildir.﴾maddə 7﴿
3.Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.﴾maddə 48﴿
Bələdiyyə dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərərək ayrı-ayrı dövlət səlahiyyətlərini öz ərazisində həyata keçirir.
Dövlət orqanları yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun gözlənilməsini təmin edirlər.
Yerli özünüidarənin maddi və maliyyə resurslarının onun səlahiyyətlərinə uyğun olmalıdır.
Yerli özünüidarə haqqında Avropa Xartiyasının 9-cu maddəsində yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri və bu orqanların səlahiyyətlərinə uyğun olması göstərilir.
Azərbaycan Respublikası qanunvericiliyi bələdiyyələrin iqtisadi və maliyyə müstəqilliyini tanıyır, mülkiyyətin bütün növlərinə o cümlədən bələdiyyə mülkiyyətinə rəvac verir. Azəbaycan Respublikasının yeni mülki qanunvericiliyi bələdiyyələri mülkiyyət hüququnun subyektləri kateqoriyasına aid edir. A.Q. Kalpin qeyd edir ki, bələdiyyələr mülkiyyət hüquq subyektliliyinə malikdir.27
Bələdiyyələrin mülkiyyət hüquq subyektliyi bir neçə xüsusiyyətlə xarakterizə edilir. Birinci xüsusiyyət ondan ibarətdir ki, onlar məhdud ﴾ məqsədli ﴿ mülkiyyət hüquq subyektliyinə malikdir. Bu , onunla izah edilir ki, bələdiyyələr seçkili yerli özünüidarə orqanlarıdır. Həminn orqanlar yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Yerli əhəmiyyətli məsələlər dedikdə bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı olan məsələlər başa düşülür. Bundan əlavə , bələdiyyələr yerli sosial müdafiə və inkişaf proqramlarını ﴾ təhsil, səhiyyə , mədəniyyət , yaşayış və qeyri yaşayış binalarının saxlanılması və istifadə ﴾yolların tikilməsi və saxlanılması və s. ﴿, yerli iqtisadi inkişaf proqramlarını , habelə yerli ekoloji proqramları həyata keçirir. Məlum məsələdir ki, yerli əhəmiyyətli məsələləri həll etmək və müvafiq proqramları reallaşdırmaq üçün , habelə qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün bələdiyyələr zəruri olan əmlak bazasına malik olmalıdır. Bu baza bələdiyyə mülkiyyətini təşkil edir. Bələdiyyə mülkiyyəti dedikdə , bələdiyyəyə məxsus olan bütün növ daşınar və daşınmaz əmlak başa düşülür. Beləliklə, bələdiyyələr mülkiyyət hüquq münasibətlərinin iştirakçısına çevrilir. Belə iştiakçılıq isə onların öz xüsusi mənafe və maraqları ilə yox, bələdiyyə əhalisinin həyat fəaliyyətini bilavasitə təmin etmək məqsədi ilə şərtlənir. Bu isə bələdiyyələrin mülkiyyət hüquq subyektliyinin mahiyyətini və məqsədli ﴾məhdud﴿ xarakterə malik olmasını şərtləndirir.Bu baxımdan bələdiyyələrin mülkiyyət hüquq subyektliyi dövlətin mülkiyyət hüquq subyektliyi ilə eyni xarakterə malik olur. Belə ki, dövlətin də mülkiyyət hüquq subyektliyi məqsədli xarakterlidir.
Bələdiyyələrin mülkiyyət hüquq subyektliyinin ikinci xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyət hüquq münasibətlərində özünün orqanları vasitəsilə çıxış edir. Başqa sözlə desək, mülkiyyət hüquq münasibətlərində subyekt kimi bələdiyyələri onların orqanları təmsil edir. Bələdiyyələrin səlahiyyətlərini onların orqanları həyata keçirirlər﴾MM-in 43-cü maddəsinin 4-cü bəndi﴿. Əsas orqan bələdiyyə iclasları hesab olunur. Bələdiyyə iclaslarının səlahiyyəti vardır ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam versin28. Bundan əlavə, bələdiyyənin icra orqanı ﴾icra aparatı﴿ bələdiyyə mülkiyyətini və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyəti idarə edir. Bu, onun səlahiyyətinə daxil olan məsələdir29.
Bələdiyyələrin mülkiyyət hüquq subyektliyinin üçüncü cəhəti ondan ibarətdir ki, onlar subyekt qismində mülkiyyət hüquq münasibətlərində çıxış edərkən hakimiyyət funksiyasından istifadə etmir. Belə ki, bələdiyyələr dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir30. Amma buna baxmayaraq, onlar hakimiyyət funksiyasına malikdir. Bu funksiya dövlət-siyasi xarakter daşımır.
Bələdiyyələr mülki, o cümlədən mülkiyyət hüquq münasibətlərində subyekt rolunda iştirak edəndə öz hakimiyyət funksiyasını itirmir,sadəcə olaraq, ondan istifadə etmir. Ona görə ki, mülki qanunvericiliyə görə, bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər subyektlər kimi çıxış edir, yəni o biri subyektlərlə eyni əsaslarla işrirak edir﴾ MM-in 43-cü madddəsinin 4-cü bəndi ﴿. Digər tərəfdən , mülki hüquqda subyektlərin bərabərliyi kimi prinsip fəaliyyət göstərir.
Bələdiyyələrin mülkiyyət hüquq subyektliyinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, onlar bu subyektliyi ümumi mənafe üçün həyata keçirir. Bələdiyyə mülkiyyətindən yalnız bələdiyyə vəzifələri üçün istifadə oluna bilər. 31 Bu cəhət mülkiyyət hüquq münasibətlərinin iştirakçısı kimi bələdiyyələrin hüquqi vəziyyətini xarakterizə edir.
Bələdiyyə mülkiyyəti analyışı sovet mülki hüququna da məlum idi. Belə ki, sovet dövrünün ilk mülki qanunvericilik aktlarında , yəni ilk sovet mülki məcəllələrində bələdiyyə mülkiyyətinin tənzimlənməsinə , onun rolunun və yerinin müəyyən edilməsinə ayrıca diqqət yetirilirdi. Bu hüquqi sənədlərdə o, dövlət mülkiyyətinin bir növü kimi nəzərdə tutulurdu və buna görə də müstəqil əhəmiyyət kəsb etmirdi. Analoji mövqeyi mülkiyyət haqqında qanun da saxlayırdı. Belə ki, bu qanuna görə , bələdiyyələr dövlət qurumları hesab edilidiyi üçün bələdiyyə mülkiyyəti dövlət mülkiyyətinin bir növü sayılırdı.32
Amma bizim ölkənin müasir qanunvericiliyi bələdiyyə mülkiyyətini dövlət mülkiyyəti ilə bərabər, mülkiyyətin müstəqil forması kimi təsbit edir. Mülki qanunvericiliyimizə görə bələdiyyə mülkiyyəti xüsusi mülkiyyətə yox, ümumi mülkiyyətə aid edilir. Bu onunla izah olunur ki, bələdiyyə mülkiyyətinin subyekti olan bələdiyyələr hakimiyyət səlahiyyətini həaya keçirir və buna görə də ümumi – hüquqi qurum sayılır. Məhz bu səbəbdən dövlət mülkiyyəti ilə birlikdə bələdiyyə mülkiyyəti ümumi mülkiyyətə şamil olunur. Amma yuxarıda qeyd etdiyim kimi , bələdiyyə mülkiyyətini dövlət mülkiyyətinin bir növü hesab etmək olmaz. Çünki bələdiyyə qurumları dövlət qurumları kateqoriyasına aid edilmir.
Bələdiyyə mülkiyyəti iki mənada başa düşülür:

  • iqtisadi kateqoriya kimi bələdiyyə mülkiyyəti

  • hüquqi kateqoriya kimi bələdiyyə mülkiyyəti.33

Iqtisadi kateqoriya kimi bələdiyyə mülkiyyəti dedikdə , bələdiyyələrin malik olduğu öz
əmlakına sahibliyi , bu əmlakdan istifadə və onun barəsində sərəncam verməsi ilə bağlı olaraq yaranan münasibət başa düşülür. Bu baxımdan o, iqtisadi münasibət kimi çıxış edir və yerli özünüidarəetmənin iqtisadi əsası sayılır. Hüquqi kateqoriya kimi bələdiyyə mülkiyyəti dedikdə , bələdiyyə mülkiyyət hüququ başa düşülür. Başqa sözlə desək, hüquqi kateqoriya mənasında bələdiyyə mülkiyyəti bələdiyyə mülkiyyət hüququ anlayışı ilə əhatə olunur. Bələdiyyə mülkiyyət hüququ isə iki mənada işlənir:

  • obyektiv mənada bələdiyyə mülkiyyət hüququ

  • subyektiv mənada bələdiyyə mülkiyyət hüququ.

Obyektiv mənada bələdiyyə mülkiyyət hüququ dedikdə, bələdiyyə mülkiyyəti iqtisadi
münasibətləri rəsmiləşdirən və möhkəmləndirən hüquq normalarının məcmusu başa düşülür. Müəlliflərdən V.P.Nikitina göstərir ki, bələdiyyə mülkiyyət hüququ kompleks institutdur və bu institut özündə mülki, konstitusiya və maliyyə hüquq normalarını birləşdirir. Lakin biz kompleks hüquq institutu, eləcə də kompleks hüquq sahəsi konsepsiyasını qəbul etmirik. Belə ki, müxtəlif
hüquq sahələrinə aid olan normalardan kompleks hüquq sahəsi və institutu yaratmaq olmaz.
Subyektiv mənada bələdiyyə mülkiyyət hüququ dedikdə , bələdiyyə qurumlarının malik olduqları konkret əmlak barəsində mümkün olan və yol verilən davranış ölçüsü başa düşülür. O, özündə üç səlahiyyəti birləşdirir:
- tələb etmək səlahiyyətini ﴾ əhatə dairəsi bilinməyən şəxslərdən , yəni « hamıdan və hər kəsdən» onun mülkiyyət hüququnu pozan hərəkətlərdən çəkinməyi tələb etmək səlahiyyəti ﴿
- müdafiə səlahiyyətini ﴾ mülkiyyət hüququ pozulduğu hallarda pozuntu törədənə dövlət məcburetmə tədbirinin tətbiq olunmasını tələb etmək səlahiyyəti ﴿
- davranış səlahiyyətini ﴾ özü üçün müsbət hərəkətlər etmək səlahiyyətini ﴿.
Əsas və başlıca hüquqi imkan davranış səlahiyyəti hesab olunur. O özündə üç səlahiyyəti ﴾«üçlüyü»﴿ birləşdirir: sahiblik səlahiyyətini, istifadə səlahiyyətini, sərəncam səlahiyyətini. Məhz bu «üçlük» səlahiyyəti bələdiyyəyə öz əmlakına münasibətdə mülkiyyətçi hüququna malik olmaq, mülkiyyətçi statusu əldə etmək imkanı verir. Onun əsasında bələdiyyələr müstəqil surətdə əmlakına sahiblik edir, əmlakından istifadə edir və ona sərəncam verir. Onlar öz əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
Mülkiyyətçi kimi bələdiyyələrin əmlaka sahiblik, əmlakdan istifadə və ona sərəncam verilməsi üzrə səlshiyyətləri bələdiyyə mülkiyyət hüququnun məzmununu təşkil edir. O, dövlət mülkiyyət hüququnun məzmunu kimi müəyyən dərəcədə hakimiyyət xarakterinə malikdir. Bələdiyyə mülkiyyət hüququnun hakimiyyət xarakterli olması xüsusən özünü bu hüququn həyata keçirilməsi üsullarında göstərir. Belə təsəvvür yaranır ki, dövlət mülkiyyəti kimi bələdiyyə mülkiyyəti də hakimiyyət xarakterlidir. Amma bu cəhət bələdiyyə mülkiyyət hüquq münasibətlərini hakimiyyət-tabeçilik münasibətlərinə çevirmir. Ona görə ki, bələdiyyələr mülki qanunvericiliklə tənzimlənən münasibətlərdə, o cümlədən mülkiyyət münasibətlərində eyni əsaslarla çıxış edir. Digər tərəfdən, mülki hüququn iştirakçıların﴾subyektlərin﴿ bərəbərliyi kimi fundamental prinsipi imkan vermir ki, bələdiyyə mülkiyyət hüquq münasibətləri hakimiyyət xarakterli olsun.
Bələdiyyə mülkiyyətinin obyekt tərkibi kifayət qədər genişdir. Buraya daxildir:
-bələdiyyə əmlakı
-yerli büdcənin vəsaiti
-bələdiyyə torpaqları
-bələdiyyənin büdcədənkənar fondları
-bələdiyyə müəssisələri və təşkilatları
-bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları
-dövlət və xüsusi mülkiyyətdə olmayan yollar
-bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri
-digər daşınar və daşınmaz əmlak.34
Bələdiyyə mülkiyyətinin obyektləri məqsədli xarakterə malikdir. Belə ki, həmin obyektlər yerli əhəmiyyətli məsələlərin həll edilməsi, bələdiyyə əhalisinin mənzil-kommunal, sosial-mədəni, məişət və digər ehtiyaclarının ödənilməsi məqsədinə xidmət edir. Bunlar onların tələbatının təmin olunmasına xidmət edən obyektlərdir.
Elə obyektlər vardır ki, bu obyektlər müstəsna bələdiyyə mülkiyyətini təşkil edir. Onların dairəsi qanunla müəyyənləşdirilir. Məsələn, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri35, dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar36 bələdiyyələrin müstəna mülkiyyətinə daxildir.
Dövlət əmlakı kimi bələdiyyə əmlakı da iki hissədən ibarətdir: bölünməmiş bələdiyyə əmlakı, bölünmüş bələdiyyə əmlakı. Bölünmüş bələdiyyə əmlakı dedikdə, məhdud əşya hüququ əsasında bələdiyyə müəssisə və təşkilatlarına verilən əmlak başa düşülür. Bu əmlak onların əmlak dövriyyəsində iştirak etməsi üçün maddi baza rolunu oynayır.
Bölünməmiş bələdiyyə əmlakı dedikdə, bələdiyyə müəssisə və təşkilatlarına verilməyən əmlak başa düşülür. Söhbət müvafiq bələdiyyə qurumunun bələdiyyə xəzinəsindən gedir. Bələdiyyə xəzinəsi yerli büdcə vəsaitindən və bələdiyyə müəssisə və təşkilatlarına verilməyən digər bələdiyyə əmlakından ibarətdir. Deməli, bələdiyyə xəzinəsi bələdiyyə orqanı yox, bölünməmiş bələdiyyə əmlakı deməkdir.
Bələdiyyə xəzinəsinin əsasını yerli büdcə vəsaiti təşkil edir. O, yerli vergilər﴾fiziki şəxslərdən torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə müəssisə və təşkilatından mənfəət vergisi﴿ və ödənişlər ﴾kurort rüsumu,mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və s.﴿ hesabına formalaşır37.
Yerli büdcə dedikdə, bələdiyyə statusuna uyğun olaraq, özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti başa düşülür. O, bələdiyyə büdcəsi adlanır. Özü də həmin büdcə dövlət büdcəsinin tərkib hissəsi sayılmır. Bələdiyyə﴾yerli﴿ büdcəsi bələdiyyə maliyyəsinin iqtisadi əsaslardan biridir.
Bələdiyyə xəzinəsi həm də məqsədli büdcədənkənar fondlardan ibarətdir. Qanun bələdiyyələrə belə fondlar yaratmağa imkan verir. Onlar yalnız qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilərlər38.
Bələdiyyə əmlakı müəyyən mənbələr hesabına yaradılır. Belə mənbələrə aiddir:
-bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı
-bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak
-fiziki və hüququ şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım formasında verdikləri əmlak
-varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak
-bələdiyyələrə vəsiyyət edilən əmlak
Hər şeydən əvvəl, dövlət mülkiyyətində olan elə obyektlər bələdiyyə mülkiyyətinə verilir ki, onlar əhalinin ümumi istifadəsində olsun. Söhbət bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri olan mənzil-kommunal, sosial və mədəniyyət obyektlərindən və digər əmlak növlərindən gedir. Məlum məsələdir ki, ilk növbədə, bələdiyyələrin fəaliyyətini təmin etmək üçün gərək olan lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir.
Bələdiyyələr tərəfindən dövlət əmlakından istifadə etmək zərurəti və imkanı yaranan kimi həmin əmlak bələdiyyə mülkiyyətinə verilir. Bunun üçün onların müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi tələb olunur.
Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətinin obyektlərindən biri hesab edilir. Müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, bələdiyyə mülkiyyətinə verilən qalan torpaqlar bələdiyyə torpaqları adlanır39. Bu torpaqlar müvafiq inzibati ərazi vahidinin sahəsinə əlavə edilir və bununla bələdiyyə ərazisinin hüdudları müəyyənləşdirilir40.
Bələdiyyə torpaqları, dövlət torpaqları ilə﴾ dövlət mülkiyyətində saxlanılan torpaqlarla﴿ və xüsusi mülkiyyətə verilən torpaqlarla bərabər, torpaq üzərində mülkiyyət formalarından biri hesab edilir. Bu torpaqlara üç kateqoriya torpaq sahəsi aiddir: ümumi istifadədə olan torpaqlar﴾şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrin, meydanların, yolların, bağların, meşə-parkların, habelə əhalinin mal-qarası üçün örüş sahələri və s.﴿, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar﴾ onların daimi və ya uzunmüddətli istifadəsində olan torpaqlar﴿, ehtiyat fondu torpaqları﴾ yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar, şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları﴿41 .
Bələdiyyələrin mülkiyyət hüququ iki üsulla əmələ gəlir :
-ümumi mülkiyyət üsulu ilə
-xüsusi mülkiyyət üsulu ilə.
Ümumi üsul odur ki, bu üsuldan istifadə etməklə mülki hüququn istənilən subyekti mülkiyyət hüququ əldə edə bilər. Xüsusi üsul dedikdə isə yalnız mülkiyyət hüququnun əmələ gəlməsini şərtləndirən üsul başa düşülür.Özü də dərhal qeyd edim ki, xüsusi mülkiyyət hüququna münasibətdə bələdiyyələrin mülkiyyət hüququnun əmələ gəlməsinin bəzi üsulları özünü xüsusi üsullar kimi göstərsə də , dövlət mülkiyyəti hüququna münasibətdə isə ümumi mülki üsullar kimi çıxış edir. Başqa sözlə desək, bələdiyyələrin mülkiyyət hüququnun əmələ gəlməsinin bəzi üsulları xüsusi mülkiyyət hüququna münasibətdə xüsusi üsullar, dövlət mülkiyəti hüququna münasibətdə ümumi üsullar hesab edilir. Həmin üsullardan biri dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi sayılır. Belə ki, dövlət yerli əhəmiyyətli olan məsələlərin həlli üçün zəruri olan torpaq payı və dövlət mülkiyyəti obyektlərini bələdiyyə mülkiyyətinə verir. Bunlar üzərində bələdiyyələrin mülkiyyət hüququ əmələ gəlir.42
Bələdiyyə mülkiyyət obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər göstərilən üsullara aiddir. Belə ki, qanun bələdiyyə mülkiyyətinin özəlləşdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bu hallarda özəlləşdirmənin qayda və şərtlərini dövlət yox, bələdiyyə əhalisi bilavasitə və ya bələdiyyənin özü müstəqil surətdə müəyyənləşdirir. Özəlləşdirmədən daxil olan vəsaitlər üzərində bələdiyyələrin mülkiyyət hüququ yaranır.
Göstərilən üsullardan biri bələdiyyələrin təbii ehtiyatlardan istifadəyə görə ödənişlər almasıdır. Belə ki, ayrı-ayrl şəxslər müəyyən hüquqi əsaslara görə bələdiyyələrin ərazisində hasil edilən təbii ehtiyatlardan istifadə edə bilərlər. Məlum məsələdir ki, belə istifadə əvəzli xarakterə malikdir. İstifadəçilər ona görə , bələdiyyələrə haqq ﴾ o cümlədən natua formasında ﴿ ödəyirlər. Bu ödənişlər bələdiyyə mülkiyyətinə daxil ediir və onların üzərində bələdiyyələr mülkiyyət hüququ əldə edirlər. Məsələn, bələdiyyə mülkiyyətində olan su obyektləri fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilə bilər.43
Yerli vergilər , rüsumlar və ödənişlər bələdiyyələrin mülkiyyət hüququnun əmələ gəlməsi üsullarından biridir.44
Aşağıdakılar yerli büdcəyə daxil olurlar :

  • fiziki şəxslərdən torpaq vergisi ;

  • fiziki şəxslərdən əmlak vergisi ;

  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi ;

  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi ;

  • küçə ﴾ divar ﴿ reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş ;

  • kurort rüsumu , yeməkxana rüsumu , avtomobillərin dayanacaqları üçün rüsum və

qanunla müəyyən edilən digər vergi və ödənişlər.
Loteriyalardan daxil olan vəsait bələdiyyələrin mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Belə ki, bələdiyyələr AR-in qanunlarına uyğun olaraq bələdiyyə loteriyaları buraxa bilə. Qanun buna yol verir. Bu loteriyalardan daxi olan vəsait gəli növü kimi yerli büdcənin sərəncamına keçir.
Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiya bələdiyyə mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi üsulu hesab edilə bilər. Dotasiya ﴾ latınca dotatio – hədiyyə , ianə ﴿ dedikdə , hər hansı konkret məqsəd üçün nəzərdə tutulmayan dövlət büdcəsindən yerli büdcəyə ayrılan müəyyən pul məbləği başa düşülür. Məsələn, yerli büdcənin kəsiri , yəni yerli büdcə xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi dövlət büdcəsindən alınan dotasiya ilə təmin oluna bilər.
Subvensiya ﴾ latınca suveniere – köməyə gəlmək ﴿ dedikdə , dövlət büdcəsindən yerli büdcəyə bələdiyyələrin sosial-iqtisadi inkişafı üçün , hə hansı konkret məqsəd üçün ayrılan müəyyən pul məbləği başa düşülür. Subvensiya müəyyən müddətə verilir. Bələdiyyələr ondan nəzərdə tutulan müddətdə istifadə etməlidir.
Dövlət əhəmiyyətli bəzi tədbirlərin həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaiti bələdiyyə mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi üsuludur. Bu vəsait müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında verilir. Həmin vəsait yerli büdcəyə daxil edilir. Bələdiyyələrin mülkiyyət hüququ ümumi mülki üsullar əsasında yarana bilər. Məsələn, mülki hüquqi əqdlər belə üsullara misal ola bilər. Icarə müqaviləsindən əksər hallarda istifadə edilir. Bələdiyyələr öz əmlakını ayrı-ayrı fiziki və hüquqi şəxslərin icarəsinə verə bilər. Icarə haqqı formasında əldə edilən gəlir yerli büdcənin gəliri hesab edilir.



Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin