MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


MDB ölkələrindən olan Ukrayna Respublikasında yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili



Yüklə 110,44 Kb.
səhifə7/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   2   3   4   5   6   7   8   9   10   ...   23
yerli özünüidarəetmə2

2.3. MDB ölkələrindən olan Ukrayna Respublikasında yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin təhlili.
Ukrayna Respublikasının hal-hazırda qüvvədə olan Konstitusiyası 1996-cı ildə Ukrayna Ali Radası tərəfindən qəbul edilmişdir. Bu Konstitusiya 15 bölmə , preambula , yekun və keçid müddəalarından ibarətdir. Bu Konstitusiya demokratik dövlətin əsas prinsiplərini təsbit edir: hakimiyyət bölgüsü, parlamentarizm , yerli özünüidarəetmə , şəxsiyyətin hüquqları və onların təminatları və s. Bu Konstitusiyaya müvafiq olaraq Ukraynanın ərazi quruluşu dövlət ərazisinin vahidliyi ( bu prinsip Krımın və Rusiya tərəfindən Qara dəniz donanması üçün icarəyə götürülmüş bazaların statusu ilə əlaqədar xüsusilə mühümdür ) , dövlət hakimiyyətini həyata keçirilməsində mərkəzləşdirilmənin və mərkəzsizləşdirilmənin əlaqələndirilməsi və tarixi , iqtisadi və başqa münasibətlər və ənənələr nəzrə alınmaqla rayonların balanslaşdırılmış inkişafı prinsiplərinə əsaslanır. Ukraynanın bütün mövcud ərazi-siyasi vahidləri – vilayətlər, rayonlar, şəhərlər, böyük şəhərlərdə şəhər rayonları , qəsəbələr, kəndlər , habelə Krım Muxtar respublikası vahid inzibati-ərazi quruluşunun həlqələri kimi nəzərdən keçirilir. Lakin onların statusu eyni olmaya bilər: bəzilərində yalnız özünüidarəetmə orqanları, başqalarında özünüidarəetmə orqanları və dövlət hakimiyyəti orqanları , üçüncülərdə isə yəni şəhər rayonlarında yalnız dövlət hakimiyyəti orqanları və ya yuxarı şuranın nümayəndələri fəaliyyət göstərir. Ukraynanın tərkibinə bir muxtar respublika və 24 vilayət daxildir ; Kiyev və Sevastopol şəhərləri xüsusi statusa malikdir. 20
Ukrayna Respublikasında yerlərdə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının mövcudluğunu özündə birləşdirən sistem təşəkkül tapmışdır. Vilayətlərdə , rayonlarda , Kiyev və Sevastopol şəhərlərində icra hakimiyyətini yerli dövlət administrasiyaları həyata keçirir. Onlar 1996-cı ilədək vətəndaşlar tərəfindən seçilən və eyni zamanda şuraların sədrləri və dövlət nümayəndələri hesab olunan şura sədrlərini əvəz etmişlər. Əvvəllər həmin şura sədrləri təkbaşına təyin etdikləri şəxslərdən- idarəçilərdən ibarət icraiyyə komitələrinin rəhbərləri kimi fəaliyyət göstərirdilər. Dövlət administrasiyası haqqında müddəalar özünün Nazirlər Şurası olan Krıma , habelə aşağıda nəzərdən keçirilən yerli özünüidarəetmə sisteminin fəaliyyət göstərdiyi kiçik şəhərlərə və kəndlərə aid deyildir.
Yerli dövlət administrasiyalarının rəhbərləri xidməti fəaliyyətləri ilə yanaşı, digər işlə məşğul ola bilməz. ( işdən kənar vaxtda pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa ) , kommersiya təşkilatlarının və məqsədi gəlir əldə etmək olan başqa qurumların rəhbər orqanlarına və ya müşahidə şuralarına daxil ola bilməzlər. Yerli dövlət administrasiyalarının sədrləri prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.21
Yerli dövlət administrasiyaları dövlət hakimiyyəti orqanları olmaqla aşağıdakı səlahiyyətlərə malkidir:

  • Konstitusiya və qanunların , prezidentin , Nazirlər Kabinetinin və başqa

icra hakimiyyəti orqanlarının aktlarının icrasını təmin etmək;

  • hüquq qaydasını və vətəndaşların hüquqlarına riayət edilməsini təmin

etmək;

  • dövlət və regional inkişaf proqramlarının həyata keçirilməsini təmin

etmək;

  • dövlət büdcəsinin hazırlanmasını və icrasını təmin etmək.

Onların tabeçiliyində müxtəlif yerli dövlət xidmətləri vardır. Yerli dövlət
administrasiyalarının tərkibi onların sədrləri tərəfindən müəyyən olunur. Sədr dövlət qulluqçularını müstəqil seçərək təyin edir.
Yerli dövlət administrasiyaları təkcə şaquli deyil , həm də üfüqi tabeçilikdədir. Onlar üfüqi olaraq öz səviyyələrindəki nümayəndəli orqanlara- şuralara da tabedir. Lakin belə tabeçilik nisbi xarakterli olub , yalnız müvafiq şuralar tərəfindən yerli administrasiyalara müvəkkil edilən səlahiyyətlərə aiddir. Vilayət və ya rayon şurası yerli dövlət administrasiyasının sədrinə etimadsızlıq göstərə bilər. Lakin bu , onun məcburi istefasına səbəb olmur: etimadsızlıq haqqında məsələyə prezident baxır və müvafiq qərar qəbul edərək şuraya cavab verir. Əgər etimadsızlıq şura deputatlarının ümumi sayının 2/3 tərəfindən göstərilərsə , prezident yerli dövlət administrasiyasının sədrini istefaya göndərməyə borcludur.
Yerli dövlət administrasiyalarının qərarları şura tərəfindən ləğv edilə və ya dayandırıla bilməz. Onlar prezident və ya yuzarı səviyyəli yerli dövlət administrasiyasının ssədri tərəfindən ləğv edilə bilər.
Yerli özünüidarəetmə orqanlarının quruluşu və fəaliyyət qaydası yerli xalq deputatları şuraları və yerli özünüidarəetmə haqqında 1992-ci il qanunu ilə müəyyən olunur. Bu qanuna 1992-1996-cı illərdə bir sıra düzəlişlər edilmişdir. Həmin qanun və düzəlişlər 1996-cı il Konstitusiyasına zidd olmayan hissədə qüvvədədir. Yerli özünüidarəetmə orqanları « ərazi qromadaları » səviyyəsində - kəndlərdə , bir neçə kəndin könüllü birliyində , qəsəbələrdə , şəhərlərdə , habelə vilayətlərdə və rayonlarda yaradılır. İcma həlqəsinin ərazi vahidlərində - kəndlər, qəsəbələr və şəhərlərdə təyin olunan dövlət administrasiyaları yoxdur. Orada yalnız seçkili yerli özünüidarəetmə orqanları – şuralar fəaliyyət göstərir. Vilayətlərdə və rayonlarda şuralar təyin olunan dövlət administrasiyaları ilə yanaşı fəaliyyət göstərir. Kiyev və Sevastopol şəhərlərində yerli özünüidarəetmənin qanunla müəyyən olunan özünəməxsus xüsusiyyətləri ola bilər, lakin keçid dövründə əvvəlki idarəetmə qaydası saxlanılır.22
Yerli özünüidarəetmə vətəndçlar tərəfindən bilavasitə ( məsələn, kənd yığıncaqlarının çağrılması və onlar tərəfindən qərarlar qəbul edilməsi, habelə yerli referendum yolu ilə ) və əhali tərəfindən seçilən yerli özünüidarəetmə orqanları , yəni özlərinin icra orqanlarını yaradan kənd, qəsəbə, şəhər şuraları vasitəsilə həyata keçirilə bilər. Rayon və vilayət şuraları icmaların məcmusunun mənafelərini təmsil edən egional yerli özünüidarəetmə orqanıdır. Bu şuralar da öz sədrlərini seçir və yerliözünüidarəetmənin icra orqanlarını yaradır. Şəhər rayonlarının idarə edilməsinin təşkili şəhər özünüidarəetməsinin səlahiyyətlərinə aiddir. Belə rayonlarda şuralar seçilə bilər, yaxud onlara şəhər şurasının və ya onun icra orqanının nümayəndələri
təyin oluna bilər.
Sakinlərin təşəbbüsü və şuranın razılğı ilə kəndlərdə, qəsəbələrdə və şəhərlərdə ev , küçə, məhəllə və başqa komitələr yaradıla bilər. Ukrayna respublikasının Konstitusiyası bu komitələri « əhalinin özünü təşkili orqanları » adlandırır. Onlara şura tərəfindən məxsusi səlahiyyətlər , maliyyə vəsaitləri və əmlak verilə bilər.
Yerli şuraların deputatları ümumi, birbaşa və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə 4 il müddətinə seçilir. Eyni zamanda vətəndaşlar səsvermə yolu ilə həmin müddətə kənd, qəsəbə və şəhər başçısını seçirlər. O, şuranın iclasrlarında sədrlik edir və şuranın icra orqanına başçılıq edir. Rayon və vilayət şuralarının sədrləri şura tərəfindən seçilir və şuranın icra orqanına başçılıq edir. Bu icra orqanı yalnız yerli özünüidarəetmə məsələləri ilə məşğul olur. Dövlət əhəmiyyətli başqa məsələlər isə təyin olunan rayon və vilayət dövlət administrasiyaları həll edirlər. Şuranın tərkibinin 4/3 –ü seçildikdə o, səlahiyyətləni həyata keçirmək hüququna malikdir. Onun fəaliyyəti əsasən ildə ən azı iki dəfə çağrılan sessiyalardan ibarətdir. 23
Yerli şuranın üzvləri öz vəzifəsindən və ya işindən azad edilməmiş deputatlar olub yalnız sessiya dövründə əmək haqqı saxlanılmaqla daimi iş yerlərindən azad edilirlər. Şuranın daimi ştatlı işçilərinə sədr, onun müavini, katib , habelə daimi komissiyaların sədrləri daxildir.
Şuralar icmaların və regionların əmlakını idarə edir, inkişaf proqramları qəbul edir, yerli vergilər və tutmalar müəyyən edir, kommunal müəssisələr yaradır və qanunla onların səlahiyyətlərinə aid edilmiş başqa məsələəri həll edir. Yerli özünüidarəetmənin maddi və maliyyə əsasını icmaların və regionların mülkiyyətində olan daşınar və daşınmazəmlak , torpaq , təbii ehtiyatlar , yerli büdcənin gəlirləri və s. təşkil edir. Icmaların birgə lahiyələrin yerinə yetirilməsi və kommunal xidmətlərin birgə maliyyələşdirilməsi üçün müqavilə əsasında kommunal mülkiyyət obyektlərini birləşdirmək və bu məqsədlə birgə orqanlar yaratmaq hüququna malikdirlər. Dövlət yerli özünüidarəetmə orqanlarına maliyyə vəsaitləri ilə kömək edir. Dövlət orqanlarının qəraları nəticəsində yaranmış xərclərin əvəzi dövlət tərəfindən yerli özünüidarəetmə orqanlarına ödənilir. Yerli özünüidarəetməyə dövlətin icra orqanlarının ayrı-ayrı səlahiyyətləri verilə bilər. Bu halda həmin səlahiyyətlərin realizə edilməsi tam həcmdə dövlət tərəfindən maliyyələşdirilir, onların yeli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilməsinə isə dövlət icra hakimiyyəti orqanları nəzarət edir.



Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin