MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu



Yüklə 110,44 Kb.
səhifə11/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
yerli özünüidarəetmə2

3.2.1Bilavasitə birbaşa﴿ vənümayəndəli demokratiya formalarının uzlaşdırılması
Azərbaycan Respublikası Konstitusiyası yerli özünüidarə formaları haqqında mühüm əsasları təsbit etmişdir . Axərbaycan Republikası Konstitusiyasının birinci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin xalqın təmsil etməsi qeyd olunur. Bu isə dövlətin ərazisində , eləcə də ayrı-ayrı inzibati-ərazi vahidləri və bələdiyyə qurumları ərazisində xalqın tam hakimiyyətini təsbit edir. Xalq hakimiyyəti Azərbaycan Respublikasının cəmiyyətinin idarə edilməsində tamlığı və bütövlüyünün təminatçısı kimi çıxış edir. Digər qurum və strukturların hakimiyyət səlahiyyətləri xalq hakimiyyətindən törəmədir. Xalqın hakimiyyətin yeganə mənbəyi və suverenliyin daşıyıcısı kimi tanınması cəmiyyətin idarəçiliyində mühüm yer tutan yerli özünüidarə institutu olan respublika idarəçılik formalı demokratik dövlətin xarakterik xüsusiyyətidir. Xalq hakimiyyəti haqqında konstitusion normalar daha sonra öz əksini 2 iyul 1999-cu il tarixli «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununda tapmışdır.
Qanun vətəndaşların yerli idarəçılıkdə fəal iştirak etməsinə şərait yaradır.Azərbaycan Respublikasında yerli özünüidarə yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edən , öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan icra strukturlarına malik bələdiyyələr tərəfindən həyata keçirilir.
Xalq hakimiyyəti bələdiyyə qurumu və dövlət hakimiyyəti orqanında hakimiyyət səlahiyyətlərindən ibarət sistemi əhatə edir. Burada, xalq hakimiyyəti ilə xalqın yerli özünüidarə orqanlarındakı hakimiyyətini qarışdırmaq olmaz. Xalq hakimiyyəti geniş mənada götürülərək ictimai həyatın bütün sahələrini əhatə edir.Vətəndaşların yerli özünüidarədəki hakimiyyəti yalnız müvafiq ərazidə həyata keçirilir. Xalq hakimiyyəti eyni dərəcədə ölkənin bütün ərazisində həyata keçirilir.
Xalq hakimiyyətinin funksiyaları bələdiyyə qurumu ərazisindəki vətəndaşların hakimiyyətinin funksiyalarından daha geniş əhatəyə malikdir. Bələdiyyə qurumu vətəndaşların hakimiyyəti yerli əhəmiyyətli məsələlərin və müvafiq ərazi üzrə dövlət səlahiyyətlərinin həyata keçirilməsi ilə məhdudlaşır. Qeyd olunan dövlət səlahiyyətləri bələdiyyələr tərəfindən dövlətin tapşırığı ilə icra oluna bilər.
Azərbaycan Respublikasında xalq hakimiyyəti yerli özünüidarə sistemində bilavasitə və nümayəndəli demokratiya formalarının inkişafı ilə bağlıdır. Xalq hakimiyyətinin belə əlaqəsi aşağıdakı şəkildə təzahür edir:

  1. 12 noyabr 1995-ci ildə xalqın iradə ifadəsi nəticəsində qəbul edilmiş Azərbaycan

Respublikası Konstitusiyasında yerli özünüidarənin həyata keçirilməsində bilavasitə və nümayəndəli demokratiya formalarını özündə əks etdirən normalar təsbit edilmişdir.
b﴿ Xalqın iradə ifadəsi nəticəsində bələdiyyə qurumlarında bilavasitə və nümayəndəli demokratiya formalarının həyata keçirilməsinə təminat verən , yerli özünüidarə haqqında qanunvericiliyi qəbul edən Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmışdır.Milli Məclis son dövrdə bələdiyyələr üzrə bir sıra qanunlar,normativ aktlar qəbul etmişdir.
Xalq öz hakimiyyətini bilavasitə, eləcə də dövlət hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarıvasitəsilə həyata keçirir. Xalqın öz hakimiyyətini dövlət hakimiyyəti orqanları və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirməsi bütün xalqın dövlətin ərazisində müxtəlif formalarda yerli özünüidarəni həyata keçirmək hüququna şərait yaradır. 2 iyul 1999-cu il tarixli «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununda yerli özünüidarə tətbiq olunan bilavasitə demokratiyanın formaları göstərimişdir. Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fikir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər. Vətəndaşlar iradələrini yeli özünüidarənin seçkili və digər orqanları vasitəsilə ifadə edirlər. Qanunu 3-cü maddəsində göstərilən digər formalara vətəndaşların yığıncaqları ﴾ maddə 28 ﴿, əhalinin bələdiyyə aktları yaratmaq təşəbbüsü ﴾ maddə 29 ﴿ , vətəndaşların bələdiyyələrə , bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti ﴾ maddə 30 ﴿ aiddir.
Bələdiyyələr üzrə qəbul edilmiş qanun və normativ aktlar vətəndaşların yerli özünüidarəni həyata keçirərkən bilavasitə demokratiya formalarının realizəsinin konkret mexanizmini əks etdirir . « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikasının Qanununda bu forma ayrıca bölmədə ﴾ IV bölmə : vətəndaşların öz iradəsini birbaşa ifadə etməsi və yerli özünüidarənin həyata keçirilməsinin digər formaları ﴿ və ayrı-ayrı maddələrdə ﴾ 26-31-ci maddələr ﴿ nəzərdə tutulmuşdur.
Vətəndaşların yerli özünüidarəni həyata keçirməsindəki bilavasitə və nümayəndəli demokratiya formaları onlar haqqında xüsusi qanunlarda və bələdiyyələrin nizamnamələrində detallaşdırılmışdır.47
Qanunvericili yerli özünüidarəninbilavasitə həyata keçirilməsi formalarına seçkiləri, vətəndaçların yığıncaqlarını, vətəndaşların qanunvericili təşəbbüsünü, vətəndaşların fərdi və kollektiv surətdə bələdiyyələrə, bələdiyyə orqanlarına və onun vəzifəli şəxslərinə müraciətini aid edir. « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası qanununa əsasən vətəndaşlar Azərbaycan Respublikasının Konstitusiyasına , bu Qanuna , başqa qanunlara və bələdiyyənin nizamnaməsinə zidd olmayan digər formalarda da yerli özünü idarənin həyata keçirilməsində iştirak edə bilərlər. Qanunvericilik digər iradə ifadəsi formaları terminindən istifadə edərək, bu formanın həddini dəqiqləşdirməyib.
Vətəndaşların birbaşa iradəsinin ifadə formalarının realizəsi məqsəd deyildir. Onun rolu təkcə bələdiyyə qurumu əhalisini yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməsindən ibarət olmayıb, təsərrüfat və sosial-mədəni əhəmiyyətli məsələlərlə yanaşı birbaşa ifadə forması ilə özünüidarə orqanları sistemi formalaşdırılır. Bu sistemə yerli özünüidarənin vəzifəli şəxsləri daxildir.
12 noyabr 1995-ci il Konstitusiyasına görə Azərbaycan Respublikasında bələdiyyələr seçkilər əsasında yaradılır.
Yerli özünüidarə orqanlaının seçkili olması onların mühüm xüsusiyyətidir. Bu xüsusiyyət nümayəndəli orqanlara və onun vəzifəli şəxslərinə daha çox aiddir. Yerli özünüidarə orqanlarının seçki əsasında yaradılması məcburidir. Bələdiyyənin seçkili orqanları olan nümayəndəli və icra orqanları idarəçilik xarakterli funksiyaları icra edərək , yerli özünüidarə sistemində təsisedici əsas kimi çıxış edir. Onların rolu təkcə yerlərdə idarəetmənin təşkilindən və yerli əhəmiyyətli məsələlərin həllindən ibarət olmayıb cəmiyyətdə demokratik əsasların inkişafının təminindən dövlətin maraqlaı ilə vətəndaşların maraqlarının uzlaşmasından ibarətdir.
Yerli özünüidarə orqanları və onun vəzifəli şəxslərin fəaliyyətini nizamlayan normativ aktların qəbul edilməsi vətəndaşların yerli özünüidarə hüququnu birbaşa həyata keçitmək imkanına təminat verir.
3.2.2 Yerli özünüidarənin nümayəndəli orqanları
Yerli özünüidrənin nümayəndəli orqanlarına bələdiyyə iclasları aiddir. Bələdiyyə iclası Azərbaycan Respublikası qanunlarına müvafiq surətdə ümumi , bərabər , birbaşa seçki hüququ əsasında sərbəst , şəxsi və gizli səsvermə yolu ilə seçilən bələdiyyə üzvlərindən ibarətdir.
Yerli özünüidarənin nümayəndəli orqanlarının təşkili və fəaliyyəti ilə bağlı münasibətlər
« Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur.
Bələdiyyələrin say tərkibi « Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə müəyyənləşdirilir.
Yerli özünüidarə orqanlarının müstəsna səlahiyyətləri aşağıdakılardır:

  • yerli vergilərin və ödənişlərin müəyyən edilməsi ;

  • yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi ;

  • bələdiyyə mülkiyyətinə sahiblik , ondan istifadə və onun barəsində sərəncam .

Yerli özünüidarənin nümayəndəli orqanlarının səlahiyyətləri bələdiyyə nizamnamələrilə müəyyənləşdirilir.
Yerli özünüidarənin nümayəndəli orqanlarının qəqarları kollegial qaydada qəbul edilir.
« Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununda yerli özünüidarənin nümayəndəli orqanlarının üzvünün öz fəaliyyətini daha səmərəli həyata keçırməsi üçün müxtəlif təminatlar sistemi nəzərdə tutulmuşdur.
Yerli özünüidarənin nümayəndəli orqanları üzvlərinin öz səlahiyyətlərini məqsədsiz və səmərəli həyata keçirməsi ilə , hüquqların , şərəf və ləyaqətinin müdafıəsinə dövlət təminat verir.
Yerli özünüidarənin nümayəndəli orqanı üzvünün səlahiyyət müddəti beş ildir. Bu orqanların üzvlərinin səlahiyyətləri onun seçildiyi gündən başlayır və bələdiyyənin yerli tərkibinin işə başladığı gün bitir.
Yerli özünüidarənin nümayəndəli orqanlarının üzvlərinin və onların seçkili vəzifəli şəxsləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.
Yerli özünüidarənin nümayəndəli orqanları üzvlərindən öz səlahiyyətlərini daimi icra edənlərin , yerli özünüidarənin seçkili vəzifəli vəzifəli şəxslərini bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikası qanunları və bələdiyyə nizamnaməsi ilə müəyyənləşdirilir.

3.2.3 Nümayəndəli orqanların iclaslarının hazırlanması və keçirilməsi


Yerli özünüidarə orqanlarının quruluşu ilə bağlı məsələlər bələdiyyə nizamnaməsində nəzərdə tutulur.
Nümayəndəli orqanın əsas fəaliyyət forması sessiyalardır. Bələdiyyə sessiyalarının ﴾ iclaslarının ﴿ çağrılması müddəti və qaydası bələdiyyə nizamnaməsi və reqlamenti ilə müəyyənləşdirilir. Bələdiyyə iclasları bir qayda olaraq , ayda bir dəfədən az olmayaraq çağrılır. Sessiyalar ﴾ iclaslar ﴿ bələdiyyə sədri tərəfindən çağrılır. İclasın səlahiyyətli hesab edilməsi üçün bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirakı tələb olunur. Nümayəndəli orqanların iclasları açıq və aşkar şəkildə keçirilir . Nümayəndəli orqanların reqlamentində nəzərdə tutulan hallarda iclaslar qapalı keçirilə bilər .
Bələdiyyə iclasları həmin ərazidə yaşayan əhalinin azı on faizinin təşəbbüsü və ya bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağrılır.
Bələdiyyə sədri iclasların keçirilməsinə və iclasın protokollaşdırılmasına nəzarət edir .
Bələdiyyələrin səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün , habelə bələdiyyə qərarlarının həyata keçirilməsinə yardım göstərmək üçün bələdiyyə üzvlərindən ibarət komissiya , komitə və digər orqanlar yaradılır , həmin orqanların işini yaxşılaşdırmaq məqsədilə ictimai əsaslar üzrə ekspertlər, mütəxəssislər ﴾ hüquqşünaslar , iqtisadçılar və s. ﴿ cəlb oluna bilər . Nümayəndəli orqanlar öz nizamnamələrində yaradılan komissiya , komitə və digər orqanların səlahiyyət müddətini , iş qaydasını və vəzifələrini müəyyənləşdirir. Nümayəndəli orqan zərurət olduqda yeni komissiya və komitələr yarada bilər . Bu orqanlar yaradıldığı bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir . Daimi komissiyalar və başqa komitələrin qərarı məşvərətçi xarakter daşıyır.
Nümayəndəli orqanın üzvünün öz səlahiyyətlərini məqsədsiz və səmərəli həyata keçirilməsinə , hüquqlarının , şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir . Bələdiyyə qurumları yerli özünüidarənin nümayəndəli orqanının üzvünün statusu ilə bağlı xüsusi qaydalar nəzərdə tuta bilər . Qanun bələdiyyə üzvünün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutmasını qadağan edir.Bələdiyyə üzvlərinin xüsusi təminatları ,əmək haqları , pul mükafatları və s. büdcənin hesabına ödənilir.
Qarışıq seçki ərazilərindən seçilmiş üzvlər həmin ərazidə yerləşən idarə , müəssisə , təşkilatlarla qarşılıqlı fəaliyyət göstərən uzvlər qruplarında birləşə bilərlər. Ərazı üzrə üzvlər qrupları ictimai rəyi öyrənir, seçiciləri qəbul edir, ərazidəki həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin həllində iştirak edir.
Nümayəndəli orqanın üzvləri öz təşəbbüsləri ilə siyasi partiya mənsubiyyəti və siyasi maraqları baxımında üzv qrupları və fraksiyaları yarada bilərlər. Üzv qrupları və fraksiyaları nümayəndəli orqan tərəfindən qeydə alınmış həmin qrup və fraksiyaların nümayəndəli orqanda iştirak etmək hüququ bələdiyyələrin reqlamentində nəzərdə tutulur.
Yerli özünüidarənin nümayəndəli orqanın fəaliyyətinin hüquqi , təşkilati və maddi-texniki təchizatı yerli özünüidarənin icra aparatı tərəfindən həyata keçirilir. Nümayəndəli orqan bu məqsədlə özünün xüsusi aparatını yarada bilər.
3.2.4 Yerli özünüidarənin icra orqanlarının formalaşması və işinin təşkili
Yerli özünüidarə orqanları Azərbaycan Respublikası qanunlarına uyğun olaraq , bələdiyyə nizamnaməsilə müstəqil surətdə yerli özünüidarənin icra orqanlarının quruluşu , yaradılması və iş qaydasını müəyyənləşdirir.
Yerli özünüidarənin icra orqanları təşkil olunarkən bir sıra amillər bələdiyyə qurumu ərazisinin sosial-iqtisadı inkişaf səviyyəsi , əhalinin sayı , maliyyə vəsaiti , eləcə də tarixi və yerli adət və ənənələri nəzərə alınır. Kənd və qəsəbə bələdiyyə qurumlarından fərqli olaraq rayon , şəhər bələdiyyə qurumunun icra orqanlarının say tərkibi daha çoxdur. Yerli özünüidarənin icra orqanları sosial-iqtisadi, iqtisadi və yerli əhəmiyyətli digər məsələləri həll etmək məqsədilə yaradılır.
Bələdiyyənin icra orqanları « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanununa uyğun şəkildə yaradılır .Bundan başqa bələdiyyələr yuxarıda sadalanan amilləri nəzərə alaraq , icra orqanlarının bələdiyyə nizamnamələri ilə müəyyənləşdirilmiş qaydada struktur bölmələrini və digər icra strukturlarını yaradır.
Yerli özünüidarə orqanlarının icra aparatına bələdiyyənin sədri rəhbərlik edir. Bələdiyyənin sədri bələdiyyə iclasının qərarı ilə təsdiq edilmiş icra strukturlarına rəhbərlik edərək , yrli özünüidarə sistemində yüksək vəzifəli şəxs hesab olunur. Bələdiyyə sədri yerli özünüidarənin nümayəndəli orqanının tərkibinə daxil olaraq , onun iclaslarına sədrlik edir . O , bələdiyyə iclaslarına təkbaşınalıq prinsipi əsasında rəhbərliyi həyata keçirir . Bələdiyyə qurumunun başçısı yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri tərəfindən açıq və ya gizli səsvermə yolu ilə seçilir
Yerli özünüidarənin icra orqanının rəhbəri ilə nümayəndəli orqan sədrinin funksiyaları arasında bölgünün olması istisna olunmur. Bu halda icra orqanının rəhbəri yerli özünüidarənin yüksək vəzifəli şəxsi hesab olunur. Yerli özünüidarənin yüksək vəzifəli şəxsi müqavilə ﴾ əmək müqaviləsi ﴿ və yaxud bələdiyyə nizamnaməsində nəzərdə tutulan digər üsullarla öz səlahiyyətlərini həyata keçirir.
Yerli özünüidarə sistemində kollegial idarəetmə orqanının yaradılması istisna olunmur.48
Yerli özünüidarə orqanlarının müavinləri ehtiyac olduqda bələdiyyə üzvləri tərəfindən səsvermə yolu ilə seçilir . Bələdiyyə sədrinin müavinləri əsas maliyyə-iqtisadi fəaliyyət sahəsində, kommunal-məişət sahəsində, əhalinin sosial müdafıəsi , sosial siyasət və s. sahədə səlahiyyətləri həyata keçirməkdə sədrə yardım edirlər .
Yerli özünüidarənin icra orqanlarının strukturuna müxtəlif sahəli və funksional təyinata malik bölmələr ﴾ şöbə, idarə, komitələr ﴿ yaradıla bilər. Bundan əlavə , yerli özünüidarənin icra orqanlarında köməkçı aparat ﴾ dəftərxana, mühasibat, hüquqi xidmət, kadrlar şöbəsi və s. ﴿ da fəaliyyət göstərir. İcra orqanlarının struktur
bölmələri onun rəhbərinin tabeçiliyindədir.
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını icra strukturları rəhbərləri bələdiyyə şurasının qərarı ilə bələdiyyənin sədri tərəfindən təyin edilir. Yerli özünüidarənin struktur bölmələri hüquqi şəxs statusuna malik olub , yerli büdcədən maliyyələşdirilmir. Bu orqanların əmlakı qanunda başqa hal nəzərdə tutulmadıqda bələdiyyə mülkiyyətinə daxil olub , bu orqanların əməli idarəçiliyindədir.
Yerli özünüidarənin icra orqanının idarəsi , şöbəsi vədigər struktur bölmələrinə idarə rəisləri , şöbə müdirləri rəhbərlik edirlər. Onların tərkibində məşvərətçi orqan kimi kollegiyalar və ya məşvərətçi ictimai şuralar yaradıla bilər. Onların təklifləri zərurət olduqda , müvafiq rəhbərlərin əmrlərində öz əksini tapır.
Yerli özünü idarənin icra orqanlarının struktur bölmələrinin funksiya və səlahiyyətləri bu orqanlar haqqında xüsusi əsaslarda , bələdiyyə nizamnamələrində nəzərdə tutulur. İdarə və şöbələrin əməkdaşlari yerli özünüidarənin icra orqanının rəhbərləri ilə müvafiq orqanın başçısının razılaşdırdığı vəzifə təlimatları əsasında fəaliyyət göstərir.
3.2.5 Əhalinin bilavasitə iradə ifadəsinin təşkilati-hüquqi formaları
Yerli cəmiyyət yerli özünüidarəetmənin təşkilati-hüquqi fərmalarını müstəqil şəkildə müəyyənləşdirir.Yerli özünü idarəetmənin təşkilati-hüquqi formalarının əsaını demikratiya təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası və Bələdiyyələr haqqında qanuna əsasən respublikamızda yerli özünüidarə orqanları seçkilər əsasında formalaşdırılır.
Dünya təcrübəsində yerli özünü idarəetmənin müxtəlif təşkilati-hüquqi formalarına rast gəlinir, hüquq ədəbiyyatlarında ölkələrin yerli xüsusiyyətləri nəzərə alınaraq bu formalar müxtəlif cür təsnifləşdirilir.
Xarici ölkələrin təcrübəsinə əsaslanaraq yerli özünüidarəetmənin əsasən beş modeli təklif olunur:
1﴿ « Güclü şura- zəif mer » formasında merin icra orqanları və onların fəaliyyətinə nəzarətin əlaqələndirilməsi üzrə hüquqları məhdudlaşdırılır : şura nümayəndəlik məsələlərində və vəzifəyə təyinetmə məsələlərində merə nisbətən daha geniş səlahiyyətlərə malikdir.
2 ﴿ « Güclü mer – zəif şura » forması. Bu formada icraedici orqanın ﴾ merin ﴿ əhali tərəfindən seçilməsi səciyyəvidir. Bu status mülki nümayəndəli orqanlarına nisbətən mövqelərini möhkəmləndirir. Mer bir sıra məsələləri müstəqil surətdə həll edir və şuranın qərarına veto qoymaq hüququna malik olur : qoyulmuş veto yalnız şura üzvlərinin səs çoxluğu ilə götürülə bilər.
3 ﴿ « Şura icraedici » forması şəhər siyasətinin dürüstləşdirilməsinə, rüşvətxorluğun qeyri-səmərəli avtoritar idarəetməni aradan qaldırmaq məqsədini güdür. İcraedici siyasi cəhətdən bitərəf orqandır. İcraedicini əhali tərəfindən seçilən şura vəzifəyə təyin edir və vəzifədən azad edir. İicraedicini apaedığı siyasətə əhalinin təsir etməsinin qeyri-mümkünlüyü və yaxud qismən təsir etməsi bu modelin çatışmayan xüsusiyyətlərindən biridir.
4 ﴿ Komissiya forması. Komissiya üzvlərindən ibarət müvəkkil edilmiş şəxslərdən ibarət müvəkkil qrupu yaradılır. Komissiyanın hər bir üzvü şəhər hökumətinin hər hansı bir şöbəsini idarə edir . Bu modeldə ali vəzifəli şəxsin olması nəzərdə tutulur. Komissiya formasının üstünlüyü hakimiyyətlər bölgüsünün yerli özünüidarəetmə sistemində olmamasıdır, çünki hakimiyyət bölgüsü bələdiyyə qərarlarının ləngiməsinə gətirib çıxarır . Bu modeldə çatıçmayan cəhət isə nəzarətsizlik , zəruri təcrübənin olmaması , komissiya üzvlərinin yalnız şöbələrin mənafelərini müdafiə etməsi , sabitsizlik və əməkdaşlığın olmamasıdır.
5 ﴿ Birləşdirilmiş forma . Burada idarə edən , baş inzibati şuraya məxsus deyil , merə tabedir. İdarə edənin mütəxəssis olması peşəkarlığı təmin edilir və seçicilər şəhər siyasətinə birbaşa təsir göstərmək imkanına malikdirlər, çünki idarə edən işə təyin edən və işdən xaric edən merə « hə » yaxud « yox » səs verməklə seçicilərin şəhər inzibatçıların saxlanmasına və ya əvəz olunmasına səs verirlər.
Yuxarıda göstərilən beş modeldən birincisi Azərbaycan Respublikası yerli özünüidarəetmənin təşkilati-hüquqi formasına uyğun gəlir. Belə ki, 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikası « Bələdiyyələrə seçkilərin qaydaları haqqında» Qanununa əsasən bələdiyyə əhalisi yerli özünüidarəni həyata keçirən bələdiyyələri qanunla müəyyən edilmiş qaydada çoxmandatlı ərazilərüzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli yol ilə seçirlər. Vətəndaşların yerli özünüidarə hüququnu azad seçkilər yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar ﴾ bələdiyyələr ﴿ və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyənin nümayəndəli orqanı isə öz növbəsində yeni seçilmiş bələdiyyə üzvləri arasında açıq və gizli səsvermə yolu ilə bələdiyyənin icra orqanını seçərək formalaşdırır. Bələdiyyənin sədri isə icra strukturlarının rəhbərlərini və digər işçilərini bələdiyyənin qərarına müvafiq olaraq vəzifəyə təyin etmək hüququna malikdir. Fikrimcə , Azərbaycanda yerli özünüidarəetmənin təşkilati-hüquqi forması vətəndaşların nümayəndəli demokratiya ilə iradələrinin ifadə etməsinin ən əlverişli variantlarından biridir. Bu forma vətəndaşlara azad şəkildə yerli özünüidarə hüququnu həyata keçirməyə imkan verir.


Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin