Plan 1 Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu Müasir bazar iqtisadiyyatı çox mürəkkəb bir mövhum olub əsrlərdir dərinləşən, inkişaf edən bir sistemdir və bu proseslər fasiləsiz olaraq günümüzdə də davam etməkdədir. Qədim dövrlərdən müxtəlif mədəniyyətlərə mənsub görkəmli şəxslər, iqtisadçılar bu iqtisadi prosesləri izləmiş, müşahidələr aparmış, iqtisadi teoriyalar formalaşdırmış və proqnozlar hazırlamışlar. Lakin illər keçdikçə bu teoriyaların böyük əksəriyyəti özünü doğrultmamışdır, səbəb isə iqtisadiyatın kifayət qədər böyük, mürəkkəb sfera olması və saysız-hesabsız amillərdən asılı olaraq gözlənilməz istiqamətlərdə formalaşmasıdır. Bütün bu qarışıq sistemin kiçik təkib hissələri olan müəssisə və şirkətlər bu dəyitsikliklərə əsasən iqtisadiyyatın tələblərinə uyğun olaraq fəaliyyət göstərmək məcburiyyətindədirlər. Daxili və ya xarici səbəblərədən asılı olaraq, qısa bir zaman içərisində bazara uyğunlaşa bilməyən müəssisə və şirkətlər iqtisadi uğursuzluğa düçar olur və kapitalizmin qanunlarına uyğun olaraq bazardan müflisləşərək, iflasa uğrayıb, məğlub kimi ayrılmalı olurlar. Bazar iqtisadiyyatı vəziyyətində əsas mikroiqtisadi hadisələrdən biri, istehsal-təsərrüfat, kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə, firmaların bu və ya digər səbəbdən biznes uğursuzluğuna düçar olmaları, müflisləşməsi və iflası prosesidir. Bu məsələ kifayət qədər aktualdır və gündəlik həyatımızda kütləvi informasiya vasitələrində, xüsusi ilə də ölkə daxilində baş verən və ya qlobal iqtisadiyyatda olan durğunluq, böhran kimi dövrlərdə, tanınmış müəssisə və şirkətlərin müflisləşməsi, iflas xəbərləri ilə tez-tez qarşılaşırıq. Dünyanın nüfuzlu maliyyə agentliklərinin statistikasına əsasən biznes fəaliyyətinə başlayan hər on müəssisədən səkkizi fəaliyyətini il yarımdan artıq davam etdirə bilməyərək bağlanır, müflis olur və cəmi 11%-inin fəaliyyəti on il müddəti aşa bilir. Faiz etibarı ilə çox ciddi rəqəmdir və heçdə yalnız dünya iqtisadiyyatının böhran, durğunluq içərisində olduğu zamanlar baş vermir. İlk növbədə aydınlaşdırılması gərəkli olan, əhali arasında əsasən yanlış mülahizələrdən biri, uğursuzluğa düçar olan, fəaliyyətini davam etdirmək iqtidarında olmayıb bağlanan bütün müəssisələrin müflis olduqlarını düşünmələridir. Belə ki, kommersiya fəaliyyəti ilə məşğul olan ixtiyarı zəif rəqabət qabiliyyətli müəssisə bazarın konyukturasına uyğunlaşa bilməyib, müəyyən zaman kəsiyində fəaliyyətini dayandırmaq qərara ala bilər. Bu halda müəssisənin təhcizatçıları, digər maliyyə-kredit təşkillatları qarşısında ödəyə bilmədiyi harhansı öhdəlikləri yoxdursa həmin müəssisənin müflis olması ifadəsi həmin iqtisadi hadisəyə verilə biləcək düzgün deyim deyildir. Müflisləşmə konkret olaraq hüquqi və ya fiziki şəxsin həmin an üçün kreditor qarşısında öz öhdəliklərini yerinə yeritə bilməməsidir. Müflisləşmənin beynəlxalq təcrübədə 2 forması bir-birindən fəqrləndirilir: - Maliyyə müflisləşməsi (cash-flow insolvency); - Balans müflisləşməsi (balance-sheet insolvency). Maliyyə müflisləşməsi, bu zaman şirkət və ya müəssisənin kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün kifayət qədər aktivləri vardır, lakin ödənişə müvafiq likvid vəsaiti yoxdur. Məsələn, şirkətin bazar dəyəri kifayət qədər yüksək olan əsas vəsaitləri, binası, avtomobilləri var, ancaq ödəniş üçün zərüri məqamda likvid vəsaiti olmur. Maliyyə müflisləşməsi adətən tərəf müqabillərinin danışıqları əsasında müvafiq razılaşma yolu ilə öz həllini tapır. Misal üçün, kreditor avtomobilin satılmasını gözləyə və bunun müqabilində borclu ödənişi cərimə faizləri ilə birlikdə ödəməyə razı ola bilər. Balans müflisləşməsi, bu zaman şirkət və ya müəssisənin kreditorlar qarşısında öhdəliklərini bütövlükdə ödəmək üçün kifayət qədər aktivləri yoxdur. Şirkət bu zaman böhranlı müəssisə hesab olunur. Artıq şirkətin zərərlə işləməsi qəbul olunub, vaxtaşırı danışıqlar aparılarsa yaranmış vəziyyət iflassız həll oluna bilər Balans müflisləşməsi zamanı sahibkarın cari və növbəti ay üçün nəzərdə tutulmuş öhdəliklərini icra etməyə kifayət qədər nəğd vəsaiti ola bilər. Lakin həmin vəsaitin borcların ödənilməsinə yönəlik sərfiyyatı hər iki tərəfin də xeyrinə deyildir və bu addım kreditorların debitor borclarının bütövlükdə geri alınmasına kömək etməyəcəkdir. İllustrasiya, müflisləşən fermer nəğd vəsaitini qarğıdalı becərilməsi üçün yeni işçilər götürmək qərarı ala bilər, fermerin məhsul becərməməsi və satmaması kreditorlar üçün daha pis nəticəyə gətirib çıxara bilər. Balans müflisləşməsinə eyni zamanda texniki müflisləşmə də deyilir, hansıki burada öhdəliklər şirkətin əsas və dövriyə vəsaitlərinin toplamından çoxdur. Şəkil 1.1-də müəssisənin balansı və balans müflisləşməsinin müəyyənləşdirilməsi düsturu göstərilib. Müflisləşmə və iflas iqtisadi anlayışları məna baxımından yaxın olmalarına baxmayaraq fərqli anlayışlardırlar və çox zaman bir-biri ilə qarışdırılır. İflas müəssisə, şirkətin bu və ya digər səbəbdən fəaliyyətini davam etdirə bilməyib, özünün və ya kreditorlarının müraciəti əsasında, əsaslandırılaraq məhkəmə tərəfindən rəsmi formada müflis elan olunması hadisəsidir. Müəssisənin müflisləşməyə başladığı andan etibarən iflas elan olunmasına qədər bir neçə mərhələlər var, bunların ən sonu və dəyişməzi iflas olması q ərarıdır.