MüNDƏRİcat giriş Plan 1 Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu Plan Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri Plan Müəssisənin müflisləşməsinin əlamətlərinin xarakteristikası


Plan 3. Müəssisənin müflisləşməsinin əlamətlərinin



Yüklə 0,94 Mb.
səhifə4/6
tarix19.12.2022
ölçüsü0,94 Mb.
#76428
1   2   3   4   5   6
007 muflislesme

Plan 3. Müəssisənin müflisləşməsinin əlamətlərinin
xarakteristikası.
Bazar iqtisadiyyatı şəraitində, bazar qanunlarının hökm sürdüyü qarışıq bir mühitdə müssisənin faəliyyətinə təsir imkanına malik olan kifayət qədər iqtisadi, siyasi amillər mövcüddur. Məhz bu amillərin təsirləri, müəssisə və ya şirkətin iqtisadi fəaliyyətinin nəticələrində onun xeyir və ziyanına olmaqla öz əksini tapır. Müəssiənin müflisləşməsi səbəbləri bir çox daxili və xarici səbəblərdən asılı olaraq müxtəlif ola bilər. Əsas məsələ müflisləşmənin əlamətlərini vaxtında hiss etmək və adekvat tədbirlər görmək, antiböhran idarəetmə proqramından zamanında istifadə etməkdir. Müflisləşmənin amillərini, simptomlarını və səbəblərini biribirindən fərqləndirmək lazımdır. Müflisləşmənin əlamətləri, simptomları müəsisənin fəaliyyət və inkişafını ehtiva edən göstəricilərin dəyişməsində özünü göstərir. Belə ki, məhsuldarlıq, likvidlik, səmərəlilik, effektivlik, rentabellik və s. göstəricilərinin təhlili, istehsalatkommersiya müəssisəsinin müflisləşmənin başlanmasına və irəliləməsinə meyliliyini aşkara çıxara bilər. Müflisləşmənin əlamətləri nələr ola bilər?
Müflisləşmənin əlamətləri – müəssisənin maliyyə göstəricilərinin vəziyyəti və onların dəyişmə tendesiyasıdır. Kommersiya təşkilatının maliyyə çətinliyini əks etdirən aşağıdakı göstəricilər eyni zamanda müflisləşmənin əlamətləri ola bilər: - Mənfəət və zərər hesabatında zərərin davamlı artımı; - Pul axının zəif hərəkəti; - Biznes planın olmaması; - Natamam maliyyə qeydləri və ya daxili uçot prosedurlarının qaydasında olmaması; - Öhdəliklərin davamlı artımı (aktivləri örtməsi); - Satışda və ya debitor borcların yığılmasında problemlərin mövcudluğu; - Əlaqədar tərəflərə olan borcların ödəmələrində gecikmələrin davamlı hala çevirilməsi; - Təchizatçıların müəssisə ilə əməkdaşlıqlarında kredit və müddətli ödəmələrdən imtina edib, nağd əməliyyatlara keçməsi; - Overdraft limitinin keçilməsi, kredit və ya faiz ödəmələrinin yerinə yetirilə bilməməsi; - Əməkdaşlıq edilən cari bank, kredit təşkilatlarından əlavə maliyyə resursu cəlb edə bilməyib digər maliyyə kredit insitutlarına üz tutmaq; - Vergi və Pensiya fonduna köçürmələrdə gecikmələrə yol verilməsi; - İdarə heyətində mübahisələr və istefa hallarının baş verməsi; - Tadarükçülərdən müəssisəyə daxil olan şikayət və sorğuların artması; - Növbəti böyük iş, satış və ya kontraktın şirkəti xilas edəcəyi gözləntisi və s. Göründüyü kimi müflisləşmənin əlamətləri mənfi tendesiyaların ilkin görüntüləri və bu meyillərin davamlı hala çevirilməsi, maliyyə sıxıntılarının artması, işgüzar münaqişələr və s. ola bilər. Müflisləşmənin simptomlarının, əlamətlərinin inkişafı, göstəricilərin qanunauyğun olmaması, və ya vaxt parametrlərinin uyğun gəlməməsi ilə bağlı ola bilər. Məsələn, əmək haqqının artım tempini, əmək məhsuldarlığının artım tempi qabaqlamalıdır. Əgər bunun əksi baş verərəsə, bu göstəricinin müflisləşmənin əlaməti olaması ehtimalı vardır. Simptomlar heç də həmişə müflisləşmənin səbəblərini əks etdirmir. Odur ki, əlamətləri səbəblərdən fərqləndirməyi bacarmaq və simptomlar əsasında müflisləşmənin əsil səbəblərini tapmaq lazımdır. Müflisləşmənin əlamətləri – müflisləşmənin ilkin, xarici görüntüləri olub və heç də daima əsil səbəbləri xarekterizə etmir, ancaq bu əlamətlər əsasında əsil səbəbləri araşdırıb, müəyyənləşdirmək mümkündür. Müflisləşməni yalnız simptomlara görə deyil, həm də səbəblər və real amillərə görə qiymətləndirmək lazımdır. Müflisləşmənin amili – bu müflisləşmənin başlanmasından xəbər verən hər hansı bir hadisə və ya qeydə alınmış vəziyyət yaxud tendesiyadır. Böhranın səbəbləri – bu elə hadisə və ya hadisələrdir ki, bunun nəticəsində böhranın amilləri ortaya çıxır. Məsələn, inflyasiya böhran faktorudur və pul kütləsinin çoxalması (dövlət borcu və onun vaxtında ödənilməməsi səbəbiylə) inflyasiyanın səbəblərindən ola bilər. Böhranın əlamətlərinə isə əmək haqqının kəskin çoxalması, qiymətlərin artması və s. aid oluna bilər. Təşkilatda böhran faktoru məhsul keyfiyyətinin azalması, texnoloji tənzimliyin dağılması, texniki avadanlıqların köhnəlməsi, kreditlər üzrə böyük borc və s. daxil edilə bilər. Böhrana əsas səbəb kimi maliyyə - iqtisadi çatışmamazlıqlar, iqtisadiyyatda ümumi vəziyyət, heyətin ixtisaslaşmasının zəif olması, motivləşdirmə sahəsindəki xətalar göstərilə bilər. Alınan malın, göstərilən xidmətin, borc götürülən pulun ödənilməsinin mümkünlüyü ilə bağlı məsələlər praktiki olaraq əmtəə - pul münasibətlərinin yarandığı qədim vaxtlardan meydana çıxmışdır. Öz tarixləri boyu insanlar əmtəə bazarını və onun mümkün qanunauyğunluqlarını öyrənmiş, bazar münasibətlərinin müxtəlif modellərini qurmağa çalışmış və təkmilləşdirməyə səy göstərmişdir. Lakin, bazarın proqnozlaşdırılmasına yönəldilmiş ciddi cəhdlərə, marketinq tədqiqatların fasiləsiz olaraq aparılmasına baxmayaraq bu problem bizi bu gün də müşayiət edir.






Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin