MüNDƏRİcat giriş


Amerika dünya siyasətində



Yüklə 31,79 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü31,79 Kb.
#49963
1   2   3   4
ABŞ-ın dünya siyasətində yeri və rolu

Amerika dünya siyasətində

1990-2000-ci illərdə yeni qlobal idarəetmə sistemi yarandı. Ümumdünya bankının yerinə birbaşa xarici investisiyaları artıq TRIM nümunəsi üzrə yaradılmış yüzlərlə ikitərəfli investisiya müqavilələri tənzimləyirdi. Ölkələrin əksəriyyətində Beynəlxalq Valyuta Fondunun nəzarət funksiyasını valyuta mübadiləsi məzənnələrini müəyyən etməyə başlayan özəl banklar öz üzərinə götürdü. Ümumdünya Ticarət Təşkilatı isə, xüsusən də Sakit okean hövzəsində, ümumdünya əmək bölgüsünün xeyli dərinləşməsinə səbəb olurdu.

ABŞ-ın belə siyasəti 2008-ci ilə yaxın dünya ticarət dövriyyəsinin qlobal ÜDM-in 60%-nə qədər artmasına gətirib çıxardı. Birbaşa xarici investisiyaların həcmi dünya miqyasında ildə təxminən 15% artırdı. Yeni qlobal idarəetmə sistemi amerikalılara potensial rəqibləri bir-birindən ayrı salmağa, resursları əldə etməyə və öz texnoloji üstünlüyünü dəstəkləməyə imkan verdi.

"Forbes Global 2000"də dünyanın 2000 ən iri maliyyə və qeyri-maliyyə şirkətlərinin siyahısı təqdim edilmişdir. 2006-cı ildən 2015-ci ilə qədər bütün dünya gəlirinin üçdə biri onların payına düşürdü. Başqa sözlə, bu onillik ərzində bütün dünya gəlirlərinin 11%-dən çoxu 100 Amerika şirkətinin payına düşdü.

Əczaçılıq sahəsində Amerika biznesi bu sektordakı dünya gəlirinin 40%-dən çoxunu; Amerikanın kompüter texnikası, proqram təminatı və xidmətləri istehsalçıları – dünya gəlirinin 80%-dən çoxunu ələ keçirdi.

Elə məhz bu gəlirlər Birləşmiş Ştatlara suyun üzərində dayanmağa imkan verir. Sözsüz, periferiya də artır, onunla birgə potensial rəqiblər də güclənir.

Son onilliklər ərzində amerikalılara meydan oxuyan Çinin də sürətli templərlə gücləndiyini görürük. Çin Birləşmiş Ştatlar üçün yalnız tərəfdaş deyil, həm iqtisadi, həm siyasi, həm də hərbi planda birbaşa rəqibdir. Braziliya, Rusiya, Hindistan, Çin və CAR-ın daxil olduğu BRİKS dövlətləri tərəfindən də dünya iqtisadiyyatına təsirlər artır. Bütün bu ölkələr dünya iqtisadiyyatının inkişaf templərini də şərtləndirir və ABŞ üçün birbaşa rəqibdirlər.

Tarixə nəzər salsaq, onda görərik ki, dünyada nəhəng sayda imperiyalar mövcud olmuşdur. Ən məşhurlarına Roma imperiyasını, Çin sülalələrini aid etmək olar. Çoxlu sayda ərazilər monqol zülmü, osmanlıların hakimiyyəti altında olub. Amma bu faktı qeyd etmək lazımdır ki, bütün imperiyaların bir mühüm xüsusiyyəti var – onlar dağılırlar. Heç bir imperiya əbədi mövcud ola bilmir, onu yenisi, daha qüdrətlisi, daha güclüsü və daha nüfuzlusu əvəz edir. Bir sıra Avropa tədqiqatçılarının və politoloqlarının fikrincə, bu, hal-hazırda da baş verir.

Birləşmiş Ştatların da vaxtı azalmaqdadır. Amerikalılar artıq öz iqtisadi resurslarına nəzarət etmək iqtidarında deyildirlər. Amerika imperiyası çökməkdədir, amma bu tənəzzül onun xaricində deyil, daxilində cərəyan edir. Amerikalılar beynəlxalq səhnədə öz mövqelərini möhkəmləndirməyə çalışırlar, ancaq onların hegemonluğunun vaxtı tükənməkdədir. Birləşmiş Ştatlar artıq öz resurs potensialına və gəlirlərinə nəzarət etmək, beynəlxalq iqtisadi və siyasi münaqişələri həll etmək iqtidarında deyil. Bu səbəbdən də bir sıra Avropa analitikləri ABŞ-ın müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində gələcək vəziyyəti ilə bağlı bədbin proqnozlar verirlər.



Məhz bu kontekstdə baş verən siyasi kataklizmlər sonrakı mərhələdə ikiqütblü dünya siyasi sisteminin pozulmasına - SSRİ və onun hərbi bloku kimi səciyyələndirilən Varşava Müqaviləsi Təşkilatının dağılmasına gətirib çıxardı. Dünya siyasətində baş verən bu böyük hadisə ABŞ-ın xarici siyasətində yeni perspektivlər açmağa başladı. Növbəti mərhələdə gələcək dünya siyasətinin formalaşması ilə bağlı yeni strategiyaların hazırlanmasına start verildi. Bu kontekstdə ABŞ hərbi-siyasi elitasında müzakirə olunan əsas məsələlərdən biri ondan ibarət oldu ki, Birləşmiş Ştatların gələcəyi necə olacaq: ABŞ imperiya, imperialist dövlət, yoxsa imperialist imperatorluq olacaq? Buna paralel olaraq bəhs olunan terminlərin məzmunu və onun gələcək dünya siyasətinin formalaşmasına verəcəyi istiqamətlər dəqiqləşdirilməyə başlandı. İlk növbədə, müəyyənləşdirildi ki, Birləşmiş Ştatlar üçün ən məqbul model imperialist imperatorluqdur. İmperialist imperatorluğun imperiya və imperialist dövlətdən fərqi odur ki, bu dövlət özünün hakim olduğu inzibati-siyasi sərhədləri daxilində həm də milli dövlət keyfiyyəti daşıyır. Amerika ideoloqları milli dövlətin hansı qüdrətə sahib olduğunu, nə qədər ciddi təməllərə söykəndiyini nəzərə alaraq bu yeni düşüncəni mənimsədilər. Çox keçmədən ABŞ imperialist imperatorluq keyfiyyətində dünya siyasətində aktiv rol oynamağa başladı. 

Bu dönəmdə həyata keçirilən siyasət bir sıra yeni nəzəriyyələrlə müşayiət olunurdu. Bunların bir qismi dialoq və iqtisadi, mədəni-mənəvi intellektual istismarı nəzərdə tuturdusa, digəri qarşıdurma, terror, xaos və münaqişəni təbliğ edirdi. Bəşəriyyətin taleyi ABŞ-ın bu iki istiqamətdən hansını seçməsindən böyük dərəcədə asılı olacaqdı. Təəssüf ki, Birləşmiş Ştatlar “pislər içərisindən ən pisi”ni seçdi. Beləliklə, XX əsrin 90-cı illərindən sonra Qərb yarımkürəsində baş verən hadisələr göstərdi ki, ABŞ milli dövlətlərin sonunu gətirəcək münaqişə və müharibələrə başladı. Bu müharibələr həm hərbi gücün tətbiqi, həm də müxtəlif dəyər və ideologiyaların istismarı ilə həyata keçirildi. Bunun ən bariz nümunəsini Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi və onu reallaşdıran ABŞ siyasətində gördük. Birləşmiş Ştatlar Şərqi Avropa və Balkanlarda “Qlobal Balkanlaşdırma” siyasəti həyata keçirməyə başladı. Bu siyasətin mahiyyəti Balkanlarda dini-etnik müstəvidə, yaxud siyasi keçmişləri etibarilə fərqlilikləri olan toplumlarda yeni dövlətlər yaratmaq idi. Əlbəttə, burada “dövlət” anlayışından şərti olaraq istifadə edirik, çünki onları dövlət kimi - milli siyasi iradənin təmsilçisi qismində səciyyələndirmək olduqca çətindir. Bu coğrafiyada müxtəlif metod və üsullarla həmin xalqların milli dövlət qurmaq hüquqları əllərindən alındı. Beləliklə, “beşinci kolon” nümayəndələri “demokratiya”, “insan hüquqları” kimi ideyaları istismar edərək həmin ərazilərdə hakimiyyətə gəldilər. Çox keçmədi ki, Birləşmiş Ştatların bu siyasəti öz bəhrəsini verdi və biz Balkanlarda artıq “milli dövlət” deyil, idarə olunan müxtəlif subyektlərin yaradıldığının şahidi olduq. Bununla da Şərqi Avropada yeni siyasi coğrafiya və inzibati-siyasi sərhədlər müəyyənləşdirildi. Bu sərhədlər içərisində qeyri-əxlaqi və qeyri-insani proseslər müşahidə edilməyə başlandı. Bəlkə də, ilkin mərhələdə ABŞ həyata keçirdiyi bu siyasətin gələcək uğurlarına inanmırdı, amma bu nəhəng güc mərkəzi qısa zaman müddətində Şərqi Avropada öz hegemonluğunu təmin edə bildi.

Elə tarixi faktlar göstərir ki, ABŞ imperialist məqsədlərinə çatmaq üçün həmişə bütün iyrənc vasitələrdən istifadə edib. Bu siyasət ayrı-ayrı ölkələrin suverenliyinin məhdudlaşdırılmasına xidmət etməklə qlobal nəzarətin ələ alınmasına hesablanmışdı.

ABŞ-ın bu istismarçı imperialist siyasətinə paralel olaraq “idarəolunan xaosun içərisində” Yaxış Şərqdə və ABŞ-ın şaquli hegemoniyasından əziyyət çəkən digər ölkələrdə yeni dirçəliş, özünüdərk erası başlamaqdadır, demokratiya və insan hüquqlarının yeni dərki prosesi getməkdədir. Bu, Amerika imperatorluğunun ayaqları altında əzilən xalqlarda yeni əzm, mənəviyyat, yeni əxlaq, milli ruh, mübarizə ruhu formalaşdırır, insanları yeni axtarışlara sövq edir. Nəticə etibarilə əlbəttə ki, bu, ən qüvvətli hesab etdiyi vaxtda elə ABŞ-ın xarici siyasətinin alt-üst olmasına gətirib çıxaracaqdır. Biz bunu ABŞ-ın özünün daxilində baş verən hadisələrdən də görə bilirik. ABŞ-ın daxilində bu gün diskriminasiya, afroamerikanlara qarşı haqsızlıq, onların hüquqlarının tapdanması prosesi gedir və ABŞ-ı ayaqda saxlayan yeganə vasitə istismarçı yollarla əldə etdiyi iqtisadi hegemoniyadır. Əgər bu iqtisadi güc olmasa, ABŞ cəmiyyəti və dövləti dağılmağa məhkumdur, çünki ABŞ-ı bu gün birləşdirən ümumi dəyər yalnız iqtisadi qüdrətidir. 



Bilirik ki, milli dövlətləri milli dövlət kimi xarakterizə edən, səciyyələndirən əsas xüsusiyyət milli, mənəvi, dini və s. identiklikdir. ABŞ-da nə milli, nə də dini identiklik var, sadəcə, vətəndaşlıq və dövlət var. Bu vətəndaşlıq və dövlət isə milli-mənəvi dəyər olmadığı üçün, sadəcə, hüquqi-inzibati vasitələrlə tənzimlənir və iqtisadi istismar isə bu gün ABŞ-ın söykəndiyi yeganə dayaqdır. Əgər bu dayaq sarsılarsa, ABŞ-ın sonu bütün imperiyaların sonu kimi olacaqdır. ABŞ-da da bunu dərk etdikləri üçün əxlaqsızcasına və vəhşicəsinə bütün dünya xalqlarının milli sərvətlərini istismar edirlər. Əlbəttə ki, bunun bir sonu olacaqdır.


  1. Yüklə 31,79 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin