MüNDƏRİcat giriş


Amerika və yeni dünya nizamı



Yüklə 31,79 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü31,79 Kb.
#49963
1   2   3   4
ABŞ-ın dünya siyasətində yeri və rolu

Amerika və yeni dünya nizamı

ABŞ-ın vitse-prezidenti Jozef Baydenin ifadə etdiyi – İranın nüvə probleminin həlli üçün açılan "diplomatiya qapısı"nın yenidən bağlanması – fikri ilk baxışda sadə görünsə də onun sətiraltı mənası Amerikanın xarici siyasətinin mahiyyəti haqqında siyasətşünasları ətraflı düşünməyə vadar edir. Bu bəyanatın "soyuq müharibə"dən sonra Amerikanın hazırkı inkişaf tendensiyasını mühafizə edə bilmək üçün zəruri olan "supergüc" və yaxud "imperiya" dövləti mövqeyinin qorunub saxlanmasına xidmət etdiyi açıq-aşkardır.Belə bir siyasi xəttin seçimi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. Məsələ burasındadır ki, ata Buş və Klinton administrasiyaları ölkənin siyasi gücünü iqtisadi maraqların qorunmasına səfərbər etməyə çalışaraq, yeni, mahiyyətcə fərqli bir imperiyanın yaranmasına təkan vermiş oldular. Nəticədə, Amerikada özünütəcrid siyasətin yenidən gündəmə gətirilməsinə baxmayaraq, bu nə "güc" məfhumunun həyata keçirilməsinə, nə də beynəlxalq sistemin struktur dəyişikliyinə mane ola bilmədi. Dünya siyasətində Amerikanın gücünü tarazlaşdıra bilən ikinci bir qüvvənin olmaması isə sistemin strukturunda təkqütblülük amilini möhkəmləndirmiş oldu. ABŞ-ın yeni əsas prioritetləri Bjezinskinin vurğuladığı üç elementi özündə ehtiva edir:

  • Amerikanın dünya səviyyəsində hakim gücünü həyata keçirə bilməsi;

  • Avrasiya məkanında nəzarətin təmin edilməsi;

  • nəhayət Amerika dəyərlərinin bütün dünyada yayılması.

Oğul Corc Buşun 2000-ci ildə prezident seçilməsindən sonra hakimiyyətin təsir rıçaqlarının neo-konservatorların ixtiyarına keçdi və ABŞ-ın xarici siyasətində "müdaxiləçi" meyllər daha da güclənməsinə səbəb oldu. 2002-ci ilin sentyabr ayında Təhlükəsizlik Şurasında İraq ətrafında kəskin müzakirələrin başladığı bir vaxtda formalaşmaqda olan Buş doktrinası beynəlxalq təşkilatların çərçivələrdən uzaqlaşmağı və daha çox "gücün hüququ"nu nəzərdə tuturdu. BMT xartiyasının 51-ci maddəsindən irəli gələn legitim müdafiə hüququnun doktrinada daha çox "preventiv müharibə" anlayışı kimi təqdim və şərh olunması, gələcək perspektivdə İraqın potensial təhdid törədəcəyi halda hərbi müdaxilənin həyata keçirilməsi (mart 2003) Buş doktrinasının mahiyyətindən xəbər verirdi. Bu isə "güc" siyasətinin həm məqsəd, həm də vasitə qismində rəhbər tutulduğunu sübut edir. Əlbəttə belə bir siyasət ABŞ-ın dünya dövlətləri arasındakı, xüsusilə müsəlman aləmindəki nüfuzuna böyük zərbə vurmuş oldu. Fransız tədqiqatçısı Emmanuel Toddun[iii] qeyd etdiyi kimi Vaşinqtonun xarici siyasəti, onun hegemonluğuna müqavimət göstərən, Avrasiyada onun diktəsinin güclənməsinə qarşı çıxan Rusiya ilə müəyyən gərginlik səviyyəsinin saxlanmasını hədəfləyirdi. Digər tərəfdən, ABŞ öz gücünü əyani şəkildə nümayiş etdirmək və neft amili üzərində nəzarətini saxlamaq üçün zəif müsəlman ölkələrini tədricən hərbi müdaxilə meydanına çevirirdi.

Əslində ABŞ yeganə "supergüc" dövlətidir, onun qüdrəti isə bilavasitə hərbi və iqtisadi amillərlə bağlıdır:

İngilis tədqiqatçısı, Kil Universitetinin professoru Bülent Gokay[iv] yazır ki, ABŞ-ın xarici siyasətinin təyin edilməsində ümumdünya valyutası rolunu oynayan dollar mühüm əhəmiyyət kəsb edir. Bu isə Amerikanın enerji məsələlərinə niyə xüsusi diqqət yetirdiyini qismən izah edir. Dünyada bütün neft transaksiyalarının dollar ilə həyata keçirildiyi məlumdur. Bu o deməkdir ki, Amerika mərkəzi bankı sadəcə pul kəsməklə neft ala bilər. Halbuki digər ölkələr bunun üçün istehsal sayəsində əldə etdikləri qazancın bir hissəsini xərcləməyə məcburdurlar. Çünki, onlar istehsal məhsullarını daha çox dollar əldə etmək üçün satırlar. Bu isə öz növbəsində dollara olan tələbatı artırır, məcburi şəkildə inamı gücləndirir və Amerikanın istehlak tələbatının ödənilməsinə kömək edir.

ABŞ eyni zamanda qaz resurslarına, onların ixrac marşrutlarına da xüsusi maraqla yanaşır. Yeni qaz OPEC-inin yaradılması, Rusiya ilə İranın gələcək transaksiyaları avro ilə ödəmək istəkləri Vaşinqtonu kəskin narahat edir. Bu onun qaz ixracatı məsələlərinə marağını artırmış, İranı təcrid etmək istəyini gücləndirmişdir. Emmanuel Todd qeyd edir ki, "ABŞ-ın strateji marağı bundan sonra dünya resurslarını siyasi nəzarətdə saxlamaqdır". Demokratik dəyərlərin qorunması isə sadəcə bir vasitəyə çevrilir.

Eyni zamanda dünya ölkələrinin mərkəzi bankları, neft fondları, suveren ehtiyat fondları öz valyuta ehtiyatlarını daha çox dollarla saxlayırlar. Xarici ölkələrdə yığılan dollar ehtiyatı da Amerikaya xeyir gətirir. Nobel mükafatı laureatı, iqtisadtçı Jozef Stiqlitz yazır ki, həmin valyutanı qazanc üçün ABŞ mərkəzi bankının səhmlərinə 4% gəlirlə yatıran ölkələr sonradan həmin dolları daha böyük faizlə kreditə götürürlər. Bu da Amerikanın dünya iqtisadiyyatında tutduğu yeri və rolu göstərməklə yanaşı ona hərbi sahədə xərcləri təmin etməyə və geosiyasi maraqlarını qorumağa imkan verir. Bəzi tədqiqatçılar iddia edirlər ki, neftin qiymətinin artması güclənməkdə olan Çin Xalq Respublikasının valyuta ehtiyatlarının həcminə mənfi təsir göstərir və daxildə inflyasiyaya səbəb olaraq istehsal olunan malların qiymətinin artmasına, nəticədə isə ABŞ-da maya dəyəri daha baha olan malların rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.

Bülent Gokay haqlı olaraq sual verir ki, ABŞ-ın İraqa hərbi müdaxiləsi məhz Bağdadın 6 noyabr 2000-ci il tarixində neft transaksiyalarını dollar ilə deyil, məhz avro ilə edəcəyini elan etməsi ilə bağlıdırmı? Əgər bu belədirsə İranın eyni istəyi onun daha da təcrid edilməsinə, ən pis halda isə hərbi müdaxiləyə məruz qalmasına səbəb olmayacaqmı?

Belə bir kontekstdə Barak Obamanın hakimiyyətə gəlməsi dəyişikliklər vəd etsə də, hər hansı mahiyyət dəyişikliyinin olmaması ABŞ-ın hegemon mövqeyini zəifləməsi haqqında deyilənlərin inandırıcı təsir bağışlamamasına gətirib çıxarır. Amerika hələ normal dövlətə çevrilməyə hazır deyil.

NƏTİCƏ

ABŞ həqiqətənmi Madlen Olbraytın dediyi kimi dünya sabitliyinin "zəruri milləti" - dir yoxsa sadəcə öz iqtisadi maraqlarını qorumağı hədəfləyən hərbi-siyasi "güc"dür. Təsadüfi deyil ki, ABŞ ətrafında formalaşan yeni dünya nizamı daha çox hərbi gücün tətbiqinə əsaslanan siyasi təfəkkürün məhsuludur.

Buna paralel olaraq, ABŞ özünü yeni erada yeni səlib yürüşünün yenilməz cəngavəri kimi aparır. Çox təəssüf ki, ABŞ-ın xarici siyasətinin sadaladığımız əxlaqsız tərəfləri ilə bərabər, eyni zamanda, müsəlman ölkələrinə qarşı xüsusi fərqli siyasəti dayanır. Azərbaycan da ABŞ-ın ikili standartlarından, islamofob siyasətindən, terror siyasətindən əziyyət çəkən ölkələrdən biridir. Çünki bildiyimiz kimi, artıq ABŞ-ın səfiri milli dövlətlərdə, o cümlədən Azərbaycanda özünü general-qubernator kimi aparır, insan hüquqları, demokratiyanın inkişafı adı altında yaratdıqları müxtəlif təsisatlar və qurumlar vasitəsilə Azərbaycanda hegemoniya qurmaq istəyir, Azərbaycanda və postsovet məkanındakı digər ölkələrdə xalqı öz dövlətinə qarşı qoymaqla idarəolunan xaos yaratmağa və beləliklə öz imperialist maraqlarını diktə etməyə çalışır. Biz bunun ən son və bariz nümunəsini Ukraynanın timsalında görürük.

Bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində ABŞ-ın tutduğu riyakar, səbatsız mövqe də məhz onun islamofob mövqeyindən irəli gəlir. Ancaq Azərbaycan xalqının bəxti onda gətirib ki, Azərbaycanda vaxtaşırı ABŞ-ın həyata keçirdiyi bu siyasət deşifrə olunur. Azərbaycanda savadlı, intellektual bir cəmiyyət mövcuddur və vətəndaşlarımız ABŞ-ın bu təhlükəli oyununu dərk edirlər. Ona görə də bəzi Qərb dövlətlərinin sifarişli şəkildə Azərbaycana qarşı qaldırılması, bəzi Qərb və ABŞ mətbuatında Azərbaycan haqqında qeyri-obyektiv fikirlərin yazılması ABŞ-ın imperialist siyasətinə xidmət edən nümunələrdir və bu, Azərbaycanda aydın şəkildə başa düşülür. Hesab edirik ki, indiki mərhələdə ən qüdrətli dövrünü yaşayan ABŞ imperializmi bəşər sivilizasiyası, insanlıq qarşısında öz məsuliyyətini dərk edərək, nəhayət, obyektiv olmağa borcludur, xalqları öz milli dövlətlərinə qarşı qoymaq kimi çirkin və fitnəkar siyasətdən əl çəkməlidir.



ƏDƏBİYYAT SİYAHISI

  1. Сивачев Н.В., Языков Е.Н. Новейшая история США, М.,1980.

  2. Новейшая история зарубежных стран: Европа и Америка. 1917-1945, т. 1, М.,1967.

  3. Новейшая история зарубежных стран. Европа и Америка, 1939-1975 гг., под ред. С.М.Стеткеевича, М.,1978.



Yüklə 31,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin