Dissertasiya işi nəticə ilə tamamlanır. Beləliklə, Beynəlxalq maliyyə
qurumları yarandığı anda əsas məqsədi dünya ölkələrini 2-ci dünya
müharibəsindən sonra dirçəltmək idisə, hal-hazırda ən başlıca məqsədi
yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Beynəlxalq maliyyə qurumlarının
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. Transmilli
korporasiyalar beynəlxalq münasibətlərin yalnız iştirakçı aktoru deyil,
o, özü
dəyişmə, hərəkət və daşınma hərəkatlarının başında gedən siyasi cərəyanın
nəhənglərindəndir.