MüNDƏRİcat giriş



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
fsan-

 
 
 



 
I Fəsil  Beynəlxalq maliyyə qurumlarının təsnifatı və 
onların beynəlxalq əməkdaşlıqda rolu 
1.1 BMT-nin nəzdində olan maliyyə qurumları  
BMT-nin nəzdində olan maliyyə təşkilatları beynəlxalq maliyyə sistemində 
əsas rol oynayır. Dünya Bankı Qrupu dünyada ən böyük investisiya instititudur.  
Dünya Bankının yaranma kökləri hələ 1923-1932-ci illərdə bütün dünyanı 
bürümüş  olan    dərin  iqtisadi  böhranlar  dövrünə  gedib  çıxır.  İqtisadi 
ədəbiyyatlarda  o dövrü  “böyük depressiya”  dövrü adlandırırlar. Kənd təsərrüfatı 
məhsulları  və  torpaq  dəyərindən  dəfələrlə  ucuz  satılır,  heyvandarlıq  ziyanla 
işləyir, minlərlə bank müflisləşir, bütün sahələrdə işsizlik baş alıb gedir, zavodlar 
işləmirdi.  Bir  sözlə,  iqtisadiyyatın  bütün  sahələri  “iflic”  vəziyyətinə  düşmüşdü. 
Bu  vəziyyət  eyni  zamanda  özünü  beynəlxalq  və  pul-kredit  bazarında  da 
göstərirdi.  Bir  sıra  ölkələr,  o  cümlədən,  Birləşmiş  Krallıq  qızıl  standartlarından, 
yəni  valyuta  dəyərinin  qızılla təyin  edilməsi prosesindən  məcburi surətdə  imtina 
etməli  oldular.  Hansı  ki,  bu  qanun  uzun  müddət  idi  ki,  pulun  dəyərinin  sabit 
saxlanmasına qulluq edirdi. Kağız pulun dövriyyəyə buraxılması azaldıldı. Bu da 
iş yerlərinin azalmasına səbəb oldu. Həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü. 
Bəzi  ölkələr  milli  pulun  xarici  pula  dəyişdirilməsinə  qadağa  qoydular  və  barter 
mübadiləsini tətbiq  etməyə  başladılar. Bir  qism  ölkələr  isə öz milli  valyutalarını 
dəyərlərindən  aşağı  qiymətə  xarici  alıcılara  satmaqla  öz  kənd  təsərrüfatı 
məhsullarını əslində çox ucuz qiymətə satdılar. Bununla da onlar digər ölkələrin 
ticarət əlaqələrini pozurdular. Yəni rəqabət devalivasiyası yaradırdılar. Məhsulun 
dəyəri ilə pulun nisbəti pozulurdu. Beləliklə, bütün bunlar nəticə etibarı ilə dünya 
iqtisadiyyatının dağılmasına gətirib çıxartdı.
1
 Bu problemləri həll etmək üçün 30-
cu  illərdən  başlayaraq  dəfələrlə  beynəlxalq  konfranslar  çağırılsa  da,  lakin  qəbul 
edilmiş  müvəqqəti  qərarlar  məsələni  tam  həll  etmirdi.  Bunun  üçün  dünyanın 
əksər ölkələrinin birgə əməkdaşlığı lazım idi. Yalnız bu halda bütün dövlətlərdə 
valyuta  sistemini  tənzimləyən  və  böhran  nəticəsində  iqtisadiyyatı  dağılmış 
                                                           
1
 
Х. А. Шреплер « Международные економические организации». 



 
ölkələrə  uzun  müddətə  kredit  verə  bilən  bir  maliyyə  təşkilatının  yaradılması 
mümkün  idi.  Odur  ki,  1940-cı  illərin  əvvəllərində  Birləşmiş  Ştatlardan  Qarri 
Dekster  Uayt  və  Birləşmiş  Krallıqdan  Con  Meynard  Keyns  məhz  belə  bir 
sistemin yaradılması yollarını təklif etdilər. Onlara görə, bu sistem hazırki şəraitə 
təsir  etməliydi.  Çoxsaylı  danışıqlardan  sonra  çətin  vəziyyətdə  olan  beynəlxalq 
aləm  belə  bir  sistemin  yaradılmasına  və  nəzarət  etmək  üçün  təşkilatlanmasına 
razılıq verdi. 1944-cü ilin iyul  ayında BMT-yə daxil olan 45 dövlətin iştirakı ilə 
ABŞ-ın  Bretton-Vuds  şəhərində  (Nyu-Hempşir  Ştatı)  Beynəlxalq  Valyuta 
Maliyyə  konfransı  keçirildi.  Bu  konfrans  tarixə  “Bretton-Vuds  Konfransı”  kimi 
daxil  oldu.  Konfransın  qəbul  etdiyi  qərarla  1945-ci  ilin  dekabr  ayında  BMT-nin 
iki  xüsusiləşmiş  təşkilatı  –  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondu  (BVF) 
təsis  edildi.  Bu  qurumlara  çox  zaman  Bretton-Vuds  “əkizləri”  də  deyirlər. 
Müqavilənin  beynəlxalq  ratifikasiyası  1945-ci  il  27  dekabrda  həyata 
keçirilmişdir.
2
   
“World  Bank”  termini  ilk  dəfə  1944-cü  il  22  iyul  tarixində  Bretton-Vuds 
konfransına  həsr  olunmuş  və  “Economist”  jurnalında  dərc  olunmuş  məruzədə 
Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankına  (BYİB)  istinadən  işlədilmişdir. 
BYİB  və  BVF-in  idarəetmə  heyətinin  1946-cı  ilin  martında  ABŞ-ın  Corciya 
ştatının  Savanna  şəhərində  keçirilən  1-ci  toplantısından  sonra  Vaşinqton  Post 
qəzeti də daxil olmaqla konfrans haqqında dərc edilən bəzi məqalələrdə bu termin 
işlədilməyə  başladı.  1975-ci  ildən  isə  bu  termin  BYİB  və  BİA-nın  rəsmi 
qısaldılmış adı kimi işlənməyə başladı. Dünya Bankı rəsmi fəaliyyətə 1946-cı ilin 
25 iyun tarixindən başlayır. Bu bankın əsas məqsədi iqtisadi keçid dövrü  keçən  
inkişaf  etməkdə  olan  ölkələrə    və  yoxsul  ölkələrə  kreditlər    vasitəsilə    yardım 
etmək    və    yoxsulluğun    səviyyəsini    azaltmaq,  həmçinin    üzv    dövlətlərin  
inkişafını    təmin  etməkdir.  İlk  prezidenti    eyni  zamanda  Eugene 
Meyer&Company  və  Vaşington  Postun  sahibi  olan  Eugene  Meyer  olur.    Dünya 
                                                           
2
 “The Role of the International Financial Institutions in Addressing Global Issues” VINAY BHARGAV 



 
Bankının  ilk  kredit  verdiyi  ölkələr  isə  Çili,  Çexoslovakiya,  Danimarka,  Fransa,  
Lüksemburq və Polşa olmuşdur.
  Dünya Bankının hazırda 188 üzvü var.
3
 
Dünya  Bankı  idarəetmə  şurasının  rəhbərliyi  altında  fəaliyyət  göstərir. 
İdarəedici şura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır. 
Hər  bir  üzv  ölkə  idarəedici  şurada  təmsil  olunur.  Və  hər  bir  üzv  dövlət  adətən 
nazir  səviyyəsində  hökumət  rəsmisindən  ibarət  olan  başçı  təyin  edir.  Üzv  olan 
ölkələrin  icraçı  direktorları  idarəetmədə  öz  payları  olan  aksionerlərdir.  Hansı  ki, 
son qərar qəbul olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və 
alternativ  idarəçi  təyin  edir  ki,  onlar  da  Baş  İdarə  Heyətinin  qərarlarını  yerinə 
yetirir. İdarəçilər hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilin payızında 
Vaşinqtonda keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət 
prinsipləri haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edirlər, ilkin kapital 
haqqında dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin 
bölünməsini,  büdcəni  və  maliyyə  hesabatlarını  təsdiqləyirlər.  Göründüyü  kimi 
hökumət nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar 
Şurası görür.  
         Beş  iri  aksionerin  –  ABŞ,  Fransa,  Almaniya,  Yaponiya  və  İngiltərənin 
ayrılıqda öz icraçı direktorları var. Ənənəyə görə Dünya Bankının prezidentliyinə 
5 il müddətinə ən iri aksioner ölkənin – ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar 
Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdehdir. 
Dünya Bankı Qrupuna: 
 
1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 1945 
 
2. Beynəlxalq İnkişaf Assosasiyası, 1960 
 
3. Beynəlxalq Maliyyə Korporasiyası, 1956 
 
4. İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentlik, 1988  
 
5.  İnvestisiya  Mübahisələrinin  Nizamlanması  üzrə  Beynəlxalq  Mərkəz  – 
aiddir. 
                                                           
3
 
World Bank Group, 2012




 
Sosial  ədalət    prinsipləri    üzərində    qurulmuş  stabil,  dayanıqlı    inkişaf 
prosesində hər bir  inkişaf etməkdə olan  dövlətə yardım etmək məqsədilə Dünya 
Bankı  öz maliyyə resurslarından, yüksək ixtisaslı  personalından  və geniş bilik 
bazasından    istifadə  edir.  Burada  əsas  diqqət    əhalinin    yoxsul    təbəqələrinə    və 
yoxsul    ölkələrə    yardım    göstərməkdir.  2010-ci  maliyyə  təqvimində  qurum 
tərəfindən  30  mlrd.  dollardan  çox  kredit  vəsaiti  bankın  beynəlxalq  miqyasda 
müştəri  ölkələrinə  paylanmışdır.  Təşkilat  100-dən  çox  inkişaf  etməkdə  olan 
ölkədə çalışmaqla ən kasıb əhali və ən kasıb ölkələrə yardım etmək kimi sadə və 
əhəmiyyətli  hədəflər  uğrunda  iş  görür.  Dünya  Bankının  əsas  məqsədi  inkişaf 
etmiş ölkələrin maliyyə dəstəyi ilə inkişaf etməkdə olan ölkələrdə həyat şəraitini 
yaxşılaşdırmaqdır.  DB vasitəsilə verilən kreditlər iki əsas növdə təqdim olunur: 
investisiya  kreditləri  və  inkişaf  məqsədilə  verilən  kreditlər.  İnvestisiya  kreditləri 
uzun müddətə verilir (5-10 il). İnvestisiya kreditlərindən ən müxtəlif sektorlarda 
sosial-iqtisadi  inkişaf  layihələri  çərçivəsində  əmtəə,  iş  və  xidmətlərin 
maliyyələşdirilməsi  məqsədilə  istifadə  olunur.  Son  2  onillik  ərzində  investisiya 
kreditləri DB tərəfindən ayrılan kreditlərin 75-80%-ni təşkil etmişdir. Hal-hazırda 
investisiya kreditlərinin 7 növünü fərqləndirirlər:
4
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin