1.2 Digər beynəlxalq maliyyə təşkilatları
1930-cu ildə Avropa dövlətləri sırf kommersiya əməliyyatlarının həyata
keçirilməsi məqsədilə, mərkəzi banklar arasında valyuta əməkdaşlığını təşkil
etmək üçün Beynəlxalq Hesablaşmalar Bankını yaratdılar. Bank Haaqa
müqaviləsinə əsaslanır. Bu müqavilə altı dövlət – Belçika, Böyük Britaniya,
Almaniya, İtaliya, Fransa və Yaponiya imzalamışdı. Həmçinin bu ölkələr bankın
yerləşdiyi İsveçrə ilə də xüsusi konvensiya bağladılar. Hal-hazırda Beynəlxalq
Hesablaşmalar Bankının 33 üzvü var. Bura Qərbi Avropanın bütün dövlətləri,
Şərqi Avropanın 6 dövləti ABŞ, Yaponiya, Avstraliya, CAR və s. ölkələr
daxildir. Bankın əsasını qoyan, onun ilk kapital bazasını təmin edən ölkələr
arasında 6 Avropa dövlətinin mərkəzi bankları ilə yanaşı ABŞ-ın da kommersiya
bankları da var idi. Buna baxmayaraq, BYİB və BVF-dan fərqli olaraq,
Beynəlxalq Hesablaşmalar Bankında ənənəvi liderlik rolu Qərbi Avropa
ölkələrinə məxsusdur.
Milli banklar BHB-nın həm yaradıcıları, həm rəhbərləri, həm də
alıcılarıdırlar. BHB-nı “mərkəzi bankların beynəlxalq bankı” da adlandırırlar.
BHB-nı beynəlxalq maliyyə əməkdaşlığı sahəsində ən qədim beynəlxalq təşkilat
da adlandırımaq olar. Səhmdar cəmiyyət kimi təşkil olunub. Bankın fəaliyyəti
beynəlxalq hüquqla tənzim olunur, o öz fəaliyyətini səmərəli təşkil etmək üçün
lazım olan bütün immunitet və imtiyazlardan istifadə edir. Bank əməliyyatlarda
ancaq qızıla dönərliliyi olan valyutadan istifadə etməyə çalışırlar. BHB əgər
həmin ölkənin mərkəzi bankının etirazı yoxdursa, istənilən ölkənin kommersiya
bankları, kooperativ birlikləri və ayrı-ayrı şəxslərlə əməliyyatlar apara bilər.
Məqsədi mərkəzi bankların əməkdaşlığına nail olmaq, beynəlxalq maliyyə
əməliyyatlarının həyata keçirilməsi üçün daha da münbit şərait yaratmaq və
25
maraqlı tərəflərin razılığı ilə beynəlxalq maliyyə hesablaşmalarında etibarlı
nümayəndə (vəkil) kimi çıxış etməkdir. Bank öz siyasətini üzv dövlətlərin
siyasətləri ilə uzlaşdırır. BHB Şərqi Avropanın mərkəzi banklarına, keçmiş Sovet
İttifaqı dövlətlərinə və keçid iqtisadiyyatlı bir sıra Asiya ölkələrinə texniki yardım
təqdim edir. BHB-da iqtisadi tədqiqatlar da aparılır.
Quruluşu aşağıdakı kimidir:
1.Ümumi Konfrans.
2.Direktorlar Şurası.
3.Bankın prezidenti.
4.Administrasiya.
Ali orqanı ildə bir dəfə iyun ayında toplanan aksionerlərin ümumi
konfransıdır. Direktorlar Şurasının konkret təkliflərini müzakirə etmək üçün
fövqəladə sessiyalara toplana bilər. Səsvermədə ancaq mərkəzi bankların
nümayəndələri iştirak edə bilər. Səslər səhmlərə uyğun olaraq paylanır. Lakin
səsvermə zamanı onda olan səhmlərin miqdarı deyil, banka üzv olarkən sahib
olduğu miqdara əsaslanır. Banka idarəçilyi Direktorlar Şurası həyata keçirir, cari
işlərlə məşğul olur. Razılaşma və müqavilələrin bağlanmasında Bankın adından
çıxış etmək hüququ yalnız ona məxsusdur. İldə 10 dəfədən az olmamaq şərti ilə
iclaslar keçirir. Direktorlar Şurasının üzvləri mərkəzi bankların rəhbərlərini
çıxmaqla, hökumətdə və ya qanunverici orqanda çalışanlardan və dövlət
qulluqçularından təyin oluna bilməzlər. Direktorlar Şurasının sədri, onun
müavini, Administrasiyanın heyəti və BHB-nın prezidenti Şuranın üzvləri
tərəfindən öz aralarından 3 illiyə seçilir. BHB-nın prezidenti Direktorlar Şurası
tərəfindən qəbul edilən qərarların həyata keçirilməsinə nəzarət edir. Onun
Direktorlar Şurasının iclaslarında iştirak və çıxış etmək, öz təkliflərini bildirmək
hüququ var. BHB 3 hissədən ibarətdir:
1.Bank (Əməliyyat ) idarəsi ;
2.İqtisadi –valyuta idarəsi;
3.Katiblik.
26
HB BVF və Dünya Bankı Qrupu ilə sıx əməkdaşlıq edir. BVF-nun
Müvəqqəti komitəsində administrativ posta malikdir. BHB-nın hazırladığı
məsləhətlər bəzən digər təşkilatların hazırladıqları təkliflərdən daha etibarlı
sayılır. Aksioner kapitalın 84%-nə mərkəzi banklar, qalan 16%-nə isə özəl
səhmdarlar sahibdir. Ümumi iclaslar zamanı özəl aksionerlər səsvermə hüququna
malik deyillər.
1992-ci ildə Maastrix müqaviləsinin imzalanmasıyla Avropa yeni dövrə
qədəm qoydu.Vahid Avropa valyutası, bazarı, iqtisadi birlik gerçəkləşməyə
başladı. “Avropa Cəmiyyəti”nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafını
tənzimləmək; əmtəənin, kapitalın, xidmətlərin və əmək resurslarının hərəkətinin
qarşısını alan bütün daxili problemlərin ləğvi; ümumi bazarın, valyuta və iqtisadi
ittifaqın yaradılması; xarici ticarətdə vahid tariflərin müəyyən edilməsi;
qanunların uyğunlaşdırılması; vahid anti-inhisar siyasəti aparmaq; energetika,
turizm, nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, ətraf mühitin qorunması və s.
sahələrdə vahid siyasətin aparılması; vahid valyutanın yaradılması; sosial
müdafiə, məşğulluq sağlamlıqla bağlı ümumi siyasətin formalaşdırılması;
istehsalçılar və istehlakçıların hüquqi müdafiəsinin təmin edilməsi. Cəmiyyət
çərçivəsində dövlət və hökumət başçıları ildə 3 dəfə görüşürlər. Nazirlər
Şurasının ildə 60-dan çox sesiyası keçirilir.
Aİ haqda müqavilə Avropa Valyuta İttifaqının yaradılmasını nəzərdə
tuturdu. Bu ittifaqın yaranması 3 mərhələ keçib.
18
1. Birinci mərhələ 1990-cı ilin 1 iyulundan 1993-cü ilin 31 dekabrına qədər
çəkib. Bu mərhələdə kapital bazarlarının liberallaşmasına, mərkəzi banklar
arasında əməkdaşlığın və koordinasiyasının artırılmasına, valyuta kursu və
qiymətlərdə stabilliyə, üzv dövlətlərin iqtisadi siyasətinin uyğunlaşdırılmasına
nail olundu.
2. İkinci mərhələ 1993-cü ilin 1 yanvarından 1999-cu ilin əvvəlinədək
çəkdi.Vahid Avropa valyutasının qəbulu üçün dövlət borcu, büdcə defisiti,
18
Герчикова И. Н. « Международные економические организации: регулирование
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 240-242.
27
infilyasiya və s. ilə bağlı müəyyən şərtlər irəli sürüldü. Bu şərtlərə Aİ-nin 15
üzvündən yalnız 11-i cavab verirdi və onlar da Avropa Valyuta İttifaqının üzvü
olmağa və avrodan istifadə etmək hüququ qazandılar. Böyük Britaniya,
Danimarka, İsveç, Yunananıstan Avropa Valyuta İttifaqına daxil olmadılar.
Yunanıstan bir neçə mühüm şərtlərə cavab vermirdi. İsveç isə öz
qanunvericiliyini dəyişməmişdi və milli valyutanın stabilliyini təmin etməmişdi.
İngiltərə və Danimarka isə özləri bu ittifaqa daxil olmaq istəmədilər.
3. Üçüncü mərhələ 1999-cu ilin yanvarından etibarən başlayıb. Avro rəsmi
Avropa valyutası statusunu aldı, EKÜ isə öz fəaliyyətini dayandırdı.
1958-ci il Roma Müqaviləsinə əsasən Avropa İnvestisiya bankı yaradıldı.
Nizamnaməsi Aİ yaradılması haqda müqavilənin tərkib hissəsi olsa da, AİB
maliyyə cəhətdən avtonom, hüquqi cəhətdən isə müstəqil təşkilatdır. AİB gəlir
məqsədilə yaradılmayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı 1990-cı ildə dövlətlərarası
razılaşma əsasında yaradılıb. Avropa dövlətləri, Avropada yerləşməyən, lakin
BVF-nun üzvü olan dövlətlər, Avropa cəmiyyəti və Avropa İnvestisiya Bankı
AYİB-nin üzvü ola bilərlər. 1991-ci ildə fəaliyyətə başlayıb. Əsasını 40 ölkə
qoyub, hazırda 57 üzvü var. Müqavilədə bankın BVF və DB ilə sıx əməkdaşlığı
nəzərdə tutulur
AYİB-nın əsas məqsədləri aşağıdakılardır:
1.İqtisadi islahatlar aparan dövlətlərə yardım
2. Özəl sektorun inkişafına dəstək vermək
3.Maliyyə qurumları və hüquqi sistemin gücləndirilməsi
4.Özəl sektorun inkişafı üçün lazım olan infrastrukturun yaradılması.
Asiya İnkişaf Bankı 1966-cı ildə BMT-nin Asiya və Uzaq Şərq ölkələri
üçün İqtisadi Komissiyasında aparılan danışıqlar nəticəsində yaradılıb. Bankın
qərargahı Manilada ( Filippində ) yerləşir. AİB regional maliyyə təşkilatıdır və
Asiya-Sakit okean regionunda uzunmüddətli layihələri maliyyələşdirir. Hal-
hazırda bankın 67 üzvü var. Onlardan 48 ölkə regionun özündən, 19 ölkə isə digər
28
qitələrdəndir. Bankdakı pay uyğun olaraq, inkişaf etmiş ölkələrə 60%, inkişaf
etməkdə olan ölkələrə isə 40%-dir. Ən çox səsə sahib olanlar ABŞ və
Yaponiyadır. Region ölkələrinin ödədiyi haqq onların ÜDM-nun həcminə, ixracın
həcminə, əhalinin sayına və s.-yə əsaslanır.
AİB-nın başlıca hədəfləri:
1.Yoxsulluğa qarşı mübarizə aparılması
2.İqtisadi inkişafa yardım edilməsi
3.Qadınların vəziyyətinin yaxşılaşdırılması
4.Əmək qüvvəsinin inkişafı, o cümlədən əhalinin planlaşdırılması üçün
məsləhətlərin hazırlanması
5.Təbii ehtiyatlaran istifadə zamanı ətraf mühitin qorunması.
19
Adi resurslardan verilən kreditlər 10 ildən 30 ilədək verilir. Xüsusi
fonddan verilən kreditlər isə 40 illiyə verilir. Bankın tərkibinə Asiya inkişaf
fondu, Xüsusi texniki kömək fondu, Xüsusi yapon fondu daxildir. Asiya İnkişaf
Bankı BMT-nin qurumları, xüsusilə də DB və BVF ilə, Aİ ilə sıx əməkdaşlıq
edir. Bankın fəaliyyəti faktiki olaraq inkişaf etmiş ölkələr tərəfindən idarə olunur.
AİB-nın siyasətinin müəyyən edilməsində mühüm rol Yaponiya və ABŞ-ındır.
Bankdan ən çox borc alan ölkə Çindir.
Afrika İnkişaf Bankı Afrikanın ilk beynəlxalq maliyyə təşkilatıdır. 1962-ci
ildə BMT-nin Afrika üzrə iqtisadi komissiyasının sessiyasında 32 Afrika
dövlətinin nümayəndələri bu barədə razılığa gəldilər. 1963-cü ildə imzalanan
Afrika İnkişaf Bankının yaradılması haqda razılığın imzalanması ilə formalaşdı.
Saziş 1964-cü ilin 10 sentyabrında qüvvəyə minib, 1965-ci ilin 1 iyulundan isə
Bank fəaliyyətə başlayıb. 1982-ci ildə Bankın əsasnaməsini təşkil edən sazişdə
bir sıra dəyişikliklər edildi. Bankın Afrikan xarakterini saxlamaq üçün müəyyən
prinsiplərin qəbul edilməsi şərti ilə Banka qeyri-Afrika dövlətlərinin daxil
olmasına da icazə verilirdi.
20
77 üzvü var. Bankın üzvləri eyni zamanda Afrika
İnkişaf Fondunun da üzvləri olmalıdırlar.
19
“International Financial Institutions” Age F. Bakker
20
Х. А. Шреплер « Международные економические организации». Стр.: 438
29
Bankın ali orqanı Müdirlər Şurasıdır. Bura dövlətlərin maliyyə və iqtisadi
nazirləri üzv ola bilərlər. Hər bir üzv dövlət bir müdir və onun muavini ilə təmsil
olunur. Onların kim olmağını və səlahiyyət müddətini hər bir ölkə özü
müəyyənləşdirir. Müdirlər Şurasında qərarlar adətən müzakirə və konsensus yolu
ilə qəbul olunur. Heç bir dövlətin veto hüququ yoxdur. Şura ildə cəmi bir dəfə
toplanır. Yeni üzvlərin qəbulu , kapitalın artırılması, prezidentin və Direktorlar
Şurasının üzvlərini seçmək hüququ yalnız Müdirlər Şurasına məxsusdur.
Direktorlar Şurası 18 üzvdən ibarətdir. Direktorlar Müdirlər Şurası tərəfindən
seçilir. 12 üzv regional üzvlərdən, qalan 6-sı isə qeyri-regional üzvlərdən
aksiyaların proporsional miqdarına əsasən seçilir. Direktorlar 3 ilə seçilir, təkrar
seçilmə mümkündür. Direktor özünə muavini özünə muavini digər ölkənin
vətəndaşı seçir. İclasları işin tələbatından asılı olaraq keçirirlər. Direktorlar
Şurasının tərkibində 4 komitə fəaliyyət göstərir: administrativ məsələlərlə bağlı
komitə, yoxlama komitəsi, bank əməliyyatları üzrə komitə maliyyə-büdcə
komitəsi. Rəhbərliyə Direktorlar Şurasının məsləhəti ilə Müdirlər Şurası
tərəfindən seçilən prezident rəhbərlik edir. Onun səlahiyyət müddəti 5 ildir, təkrar
seçilmək hüququna malikdir. O, mütləq regional üzv nümayəndəsi olmalıdır.
Direktorlar Şurasının rəhbərliyi altında Bankın cari fəaliyyəti ilə məşğul olur.
Rəhbərliyin tərkibinə həmçinin şöbələri idarə edən 5 vitse-prezident daxildir: baş
əməliyyatlar şöbəsi ; Şimal regionunda ( Şimali və Qərbi Afrika ) əməliyyatlar
Şöbəsi; maliyyə şöbəsi ; ümumi xidmət və administrativ şöbə ; xarici əlaqələr
şöbəsi.
Bankın məqsədi sənaye inkişafının sürətləndirilməsi və dünya bazarında
mövcud konyukturadan asılılığının azaldılmasıdır. AİB-nın əsas səhmdarları
Misir, Əlcəzair, Nigeriya və Mərakeşdir.
Dostları ilə paylaş: |