34
onun səs faizini bir qədər artırdılar. Hal-hazırda onun səsi 4%-dən bir qədər
aşağıdır. Böyük Britaniya, Fransa kimi böyük dövlətlər İcraçı Direktorlar
Şurasında daimi direktorlarla təmsil olunurlar. Çin iqtisadiyyatı onlardan daha
güclü olmasına baxmayaraq, onun nümayəndəsi seçilir.
Aİ BVF-da ABŞ-a qarşı rəqib kimi çıxış edə bilər. 27 üzvü olan Aİ BVF-
da bir birlik kimi səs versə, demək olar ki, səslərin 1/3 hissəsini əhatə edəcək. Bu
isə ABŞ-ın səsindən təxminən 2 dəfə çoxdur. Hələlik yalnız ABŞ BVF-nun
siyasətinin formalaşdırılmasında liderdir. Aİ ölkələri bəzən öz aralarında olan
qarşıdurmalara görə razılığa gələ bilmirlər.
2005-ci ildə DB-nın prezidenti Paul Vulfovits təyin olundu. O, müdafiə
nazirinin keçmiş köməkçisi və Corc Buşun İraqa hücum planının arxitektoru idi.
P. Vulfovitsin İraq siyasətinin banilərindən biri və qatı müdafiəçisi olması DB-
nın üzvləri arasında narahatlıq doğururdu. P. Vulfovits bu fikirlərə cavab olaraq
“Afrika DB üçün prioritet məsələdir” şüarıyla çıxış etdi.
2000-ci ildə BMT-nin 189 üzvü tərəfindən “Minillik Deklorasiya” təsdiq
edilmişdir.
24
Kritik inkişafın nəticələrinə nail olmaq üçün varlı və inkişaf etmiş
ölkələr birgə fəaliyyət göstərmək öhdəliyi götürmüşdülər. Bu öhdəliklər
“Minilliyinin inkişafı”nın 8 məqsədini təcəssüm etdirir. Bu məqsədlər
aşağıdakılardır:
25
Dostları ilə paylaş: