Tədqiqatın predmeti və obyekti. Bura beynəlxalq maliyyə qurumlarının
yaranması, məqsədi və vəzifələri, strukturları, əsas fəaliyyət istiqamətləri, dünya
ölkələrində həyata keçirdikləri sosial-iqtisadi inkişafa yardım layihələri, Dünya
Bankının Azərbaycanın neft və qaz sektoruna ayırdığı kreditlərdən istifadənin
vəziyyəti,istehsal, xidmət və infrastruktur sahələrində Azərbaycanın Dünya
Bankı ilə əməkdaşlığının genişləndirilməsi istiqamətləri aiddir.
Dissertasiya işimin əsas tədqiqat sahəsi eyni zamanda TMK-ların böyük
inkişaf imkanlarının üzə çıxarılmasıdır. Transmilli korporasiyalar qeyri-hökümət
aktorları kimi iştirakçı kartlarına sahib olduğundan bütün təsərrüfat münasibətləri
spektrindən yanaşsaq, dünya siyasi və iqtisadi maraq qruplarının öz ideallarının
həyata keçirilməsinin böyük tərəfdaşı sayılır və inkişaf lokomotivi kimi təşəbbüs
edilir, layihələndirilir. Ona görə də onların yayılma və inkişaf istiqamətlərinə həm
daxili, həm də xarici siyasi-iqtisadi fəaliyyət səviyyəsində yanaşılmalıdır. Bütün
bunlara baxmayaraq, yenə də əvvəlki tək dövlətin həlledici aktor kimi qalması
əsas beynəlxalq münasibətlər nəzəriyyəsi məktəblərinin başlıca tədqiqat
4
predmetidir. Bu mübahisəli və müqyisəli yanaşmanı özüm üçün prioritet hesab
etdiyimdən bu nisbəti dissertasiya işimdə araşdıraraq verməyə çalışmışam.