2
GİRİŞ
Mövzunun aktuallığı. Müasir dövrdə ölkə iqtisadiyyatının inkişafında
beynəlxalq təşkilatlarla olan beynəlxalq iqtisadi münasibətlər və TMK-lar dünya
iqtisadiyyatı və beynəlxalq münasibətlər sisteminin vacib inkişaf
elementlərindən
sayılır. Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq demək olar ki, bütün
dövlətlərin xarici siyasətinin əsas prioritetinə çevrilmişdir. Çoxsaylı beynəlxalq
təşkilatlarla bu əməkdaşlığın daha da genişləndirilməsi, inkişaf etdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Dissertasiya işində beynəlxalq maliyyə
qurumlarının yaranması və məqsədləri, müasir şəraitdə ölkələrin beynəlxalq
maliyyə qurumları ilə əməkdaşlığının xarakteri və xüsusiyyətləri, Azərbaycanın
maliyyə qurumları ilə əməkdaşlığı və maliyyə qurumlarının ölkəmizdə həyata
keçirdiyi layihələr, transmilli korporasiyaların formalaşması səbəbləri, onların
təşkilatlanması təmayülləri, beynəlxalq əmək bölgüsünün dərinləşməsi və
beynəlxalq rəqabət mühitində TMK-ların intensiv fəaliyyəti barədə məlumatlar
öz əksini tapmışdır.
Dostları ilə paylaş: