Mündəricat Səh. Zona nəzəriyyəsinə görə metallar, yarımkeçiricilər və dielektriklər


ÜÇFAZALI TRANSFORMATORLARIN DOLAQLARININ BIRLƏŞMƏ QRUPLARI



Yüklə 112,13 Kb.
səhifə5/6
tarix24.12.2023
ölçüsü112,13 Kb.
#192426
1   2   3   4   5   6
fizika

ÜÇFAZALI TRANSFORMATORLARIN DOLAQLARININ BIRLƏŞMƏ QRUPLARI
Üçfazalı transformatorun dolaqlarını ulduz və ya üçbucaq sxemi üzrə birləşdirmək üçün dolaqların başlanğıc və son uclarını bilmək lazımdır. Yüksək gərginlik dolaqlarının başlanğıc ucları A, B, C, bunlara uyğun son ucları X, Y, Z hərfləri ilə göstərilir. Alçaq gərginlik dolaqlarının ucları isə analoji olaraq a, b, c və x, y, z ilə işarə edilir. Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).
Transformatorun dolaqlarının birləşmə qrupu kəsr ilə işarə edilir. Kəsrin surətində yüksək gərginlikli dolaqların, məxrəcin­də alçaq gərginlikli dolaqların birləşmə sxemləri göstərilir. Mə­sələn, / göstərir ki, yüksək gərginlikli dolaqlar , alçaq gər­ginlikli dolaqlar  sxemi üzrə birləşdirilib. Ziqzaq birləş­mə­si ancaq xüsusi təyinatlı transformatorlarda (məs. düzləndi­ri­cilər üçün transformatorlarda) tətbiq edilir
Maqnit keçiricisinin eyni çubuğunda oturdulmuş yüksək və alçaq gərginlik dolaqlarında fazaca eyni olan e.h.q-ləri induksiyalanır. Yüksək və alçaq gərginlik tərəfdə eyni adlı sıxaclar arasında təsir edən xətti e.h.q-ləri ya fazaca eyni olur, ya da 30°-li bucaq misli qədər fərqlənir. Eyni adlı xətti e.h.q-ləri arasındakı faza fərqi bucağı transformatorun birləşmə qrupunu myəyyən edir. Bu bucağın qiymətini şərti olaraq hər vahidinə 30° uyğun gələn ədədlə göstərmək qəbul edilmişdir. Nəticədə ümumi halda 12 birləşmə qrupu mövcud ola bilər. Birləşmə qruplarının çox müxtəlif olması transformatorların istismarı üçün rahat deyil. Ona görə də, onlardan ancaq üçü standartlaşdırılmışdır:Y/Y0 – 12, Y/ , Y0/ .


TRANSFORMASİYA ƏMSALI VƏ TRANSFORMATORUN F.I.Ə
Transformatorun dolaqlarının e.h.q-lərinin təsiredici qiymətləri belə olar:
Transformatorun e.h.q-lərinin nisbətinə transformasiya əmsalı deyilir.
= =
Əgər K olarsa,transformator alçaldıcı; K olarsa, transformator yüksəldici olur.
Adətən transformatorda f.i.ə yüksək olur(0,97-0,99). Onda nüvədə yaranan polad itkiləri və dolaqlarda yaranan mis itkiləri nəzərdən atılarsa tam güclər S1=S2 olar
; alarıq.
Onda transformasiya əmsalı belə olar
= = =
Transformatorun pasportunda transformasiya əmsalı yüksək nominal gərginliyin alçaq nominal gərginliyiə olan nisbəti ilə təyin edilir.
K =
Transformator hər hansı yükə işləyərkən qida şəbəkəsində faydalı güclə (P2) yanaşı, nüvənin poladındakı və dolaqlardakı itkilərə sərf olunan gücü də qəbul edir. Nəzərə alsaq ki, transformator işləyərkən şəbəkə cərəyanın tezliyi və maqnit induksiyasının tezliyi sabit qalır (şəbəkə gərginliyi sabit qalarsa). Onda qəbul edə biləruk ki, polad nüvədəki itkilər sabitdir, transformatorun yüklündən asılı deyil və yüksüz işləmə rejimindəki itkilərə bərabərdir. Bu itkilər transformatorun yüksüz işləmə təcrübəsindən təyin olunur. Transformatorun dolağındakı itkilər ( ) yükün qiymətindən, cərəyanından, asılıdır və dəyişən xarakterli daşıyır. Bu itkilər cərəyanın kvadratı ilə mütanasibdir, yəni

Burada, - yüklənmə əmsalı, -nominal cərəyanda qısa qapanma rejimindən təyin olunan dolaqlardakı itkidir.
Yükə ayrılan aktiv gücün qiyməti aşağıdakı ifadə ilə təyin edilir:
SNcos 2
Burada, SNom= mU2NomI2Nom-transformatorun nominal tam gücü, (V A), m- transformatorun fazalarının sayıdır, -ikinci dolağın gərginlik və cərəyan arasındakı bucaqdır.
- yüklənmə əmsalıdır.
Transformatorun faydalı iş əmsalı dedikdə, yükdə ayrılan aktiv gücün (P2) şəbəkədən qəbul edilən aktiv gücə (P1) olan nisbəti nəzərdə tutulur. Yəni,
η = = = (1)
(1) ifadəsi və cos 2 –nin ixtiyari qiymətlərində f.i.ə -nı təyin etməyə imkan verir..

Yüklə 112,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin