AVTORANSFORMATORLAR K onctruksiyasına görə avtotransformator transformatora oxşayır. Onlara polad nüvə üzərində müxtəlif en kəsiyinə malik olan iki dolaq yerləşdirilir. Bir dolağın sonu o biri dolağın əvvəli ilə elektriki elə birləşdirilir ki, iki ardıcıl birləşmiş dolaqlar bir yüksək gərginlik dolağını əmələ gətirir. Beləliklə, avtotransformatorun yüksək və alcaq gərginlik dolaqları arasında maqnit və elektrik rabitəsi vardı
Avtotransformatorun prinsipal sxemi şək.1- də verilmişdir. Sarğılar sayı olan birinci dolağın "AX" uclarına ilkgərginlik verilir. İkinci dolaq isə sarğılar sayı W2 olan birinci dolağın "ax" hissəsi sayılır.
Birinci dolaq müqavimətindəki gərginlik düşgüsünü nəzərə almasaq, yük- süz iş rejimində ( ) I və II dolaqlar üçün e.h.q-nin tarazılıq tənliyini aşağıdakı kimi yaxmaq olar:
Transformatorda olduğu kimi avtotransformatorında transformasiya əmsalı məlum düsturla hesablanılır.
= = =
İkinci dolağa yük qoşulan zaman ( ) sarğı saylı dolağın "Aa" hissəsindən cərəyanı axır. W2 saylı sarğıdan və cərəyanlarının həndəsi fərqi olan cərəyanı axır.
Kiçik transformasiya əmsalında bu cərəyanlar bir-birindən qiymətcə az fərqlənir və dolağını nazik məftildən hazırlamaq mümkün olur. Beləliklə, K=0,5 2 olanda xeyli miqdarda misə qənaət edilir. Böyük transformasiya əmsalında avtotransformatorun bu üstünlüyü itir, çünki və qarşılıqlı cərəyanları axan ümumi dolaq bir neçə sarğı azalır, cərəyanlar fərqi isə artır. Birinci və ikinci dövrənin elektriki birləşməsi avtotransformatorun istismarı vaxtı təhlükə- liliyini artırır. Beləki, alçaldıcı avtotransformatorda izolyasiyasının zədələnməsi nəticəsində işci operator birinci dövrənin yüksək gərginliyi altına düşə bilər. Avtotransformator tərəfindən qida mənbəyindən istifadə edilən tam güc aşağıdakıı ifadə ilə təyin edilir.
= Eyni güclü transformatorla müqayisədə avtotransformatorun müsbət xüsusiyyəti ondan ibarətdir ki, burada aktiv material az istifadə olunur, enerji itkiləri az, güc əmsalı və f.i.ə. yüksək olur.
Avtotransformatorun əsas mənfi xüsusiyyəti enerji qəbulediciləri ilə şəbəkə arasında elektrik rabitəsinin olmasıdır.
Avtotransformatorlar güclü dəyişən cərəyan mühərriklərinin işə buraxılmasında, işıqlanma şəbəkələrində gərginliyin tənzimlənməsində v. s. hallarda istifadə edilir.
ƏDƏBİYYAT
1.R.Hümbətov Elektronika 2. T.M.Pənahov V.İ.Əhmədov Ümumi Fizika Kursu 3.R.M.Rzayev Fizika