Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Pedaqoji fəaliyyətin xüsusiyyətləri



Yüklə 0,54 Mb.
səhifə107/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   103   104   105   106   107   108   109   110   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji fəaliyyətin xüsusiyyətləri



Pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, təhsil və psixoloji inkişaf zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin xüsusiyyətlərindən danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq.
Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:
- Pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə əlaqədar ictimai tələbat;

- Pedaqoji fəaliyyətin məqsədi - cəmiyyət üzvlərinin tərbiyəsi;

- Pedaqoji fəaliyyətin predmeti - insan;

- Müəyyən iş və əməliy­yatların məcmuundan ibarət olan fəaliyyətin özü - ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;

- Pedaqoji fəaliyyətin vasitələri - məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;

- Pedaqoji fəaliyyətin şəraiti - cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması;

- Pedaqoji fəaliyyətin nəticəsi - şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.

Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir.
Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir.

Pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini əhatə edir.

Pedaqoji ünsiyyət birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir:
—        Cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər;
—        Təlim fənninin spesifikliyindən irəli gələn konstruktiv məqsədlər;
—        Sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır.Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.
Psixoloji ədəbiyyatda belə keyfiyyətlər aşağıdakı kimi xarakterizə olunur:
—        Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;
—        İdrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli;

—        Ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalı;

—        Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s.


Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur.
Təcrübələr göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şa­girdlər arasında olduqca səmərəli təmas yaranır və müəllimlər şagirdlərin sevimlisinə çevrilirlər.
Müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı təsir dörd əsas psixoloji prinsipə ayrılır:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin