Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Müqayisə aparmağı zərurətə çevirən obyektiv amillər



Yüklə 0,54 Mb.
səhifə115/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   111   112   113   114   115   116   117   118   ...   185
Pedaqogika İMTAHAN

Müqayisə aparmağı zərurətə çevirən obyektiv amillər


Müqayisə qaydalarını öyrənməyi, ondan istifadə etməyi zərurətə çevirən amillərdən biri xarici aləmin özüdür: təbiət və cəmiyyət hadisələrində oxşar və fərq əlamətlərinin mövcudluğudur. Məsələ burasındadır ki, təbiətin bütün cansız və çanlı aləminə aid olan cisim və hadisələr həm bir-birinə oxşayır, həm də bir-birindən fərqlənir. Cəmiyyət hadisələrində də belədir. İqtisadi-siyasi və sosial-mədəni həyatın bütün sahələrində baş verən proseslər, hadisələr bir-birindən nə qədər fərqlənsə də, onların oxşarlığı inkaredilməzdir. Deməli, həqiqi gerçəkliyin cisim və hadisələrinə real şəkildə xas olan oxşar və fərq əlamətləri bizə imkan verir ki, onları müqayisə edək, oxşarlıqlarının və fərqinin nədən ibarət olduğunu anlayaq.

Müqayisə qaydalarını öyrənərək tətbiqini zərurətə çevirən amillərdən biri də insan beynində çərəyan edən fizioloji proseslərdir. Fiziologiya elmində isbat olunmuşdur ki, fizioloji proseslər əsasən xariçi aləmin orqanizmə təsiri nətiçəsində çərəyan edir. İnsanın baş beyin qabığına xas olan xüsusiyyətlərdən biri xarici təsirləri təhlil etmək, fərqləndirmək qabiliyyətidir. Baş beyin qabığının bu xüsusiyyəti sayəsində insan ətraf mühitdə öz tarazlığını saxlaya bilir.

Xarici aləmin təsiri ilə təmasda olan fizioloji proseslər insan psixikasında da əks səda verir. Cisim və hadisələrdəki oxşarlıq və fərq əlamətlərini, müstəsnasız olaraq, bütün psixoloji proseslərdə sezmək olur. Ən sadə psixoloji proses olan duyğuya nəzər salaq. Məsələn, biz kağıza baxır və onun ağlığını duyuruq. Ağlıq duyğusunun yaranmasında oxşarlıq da, fərq də iştirak edir. Əvvəla, kağızın ağlığını ona görə duyuruq ki, ətrafdakı əşyaların rəngindən onu qeyri ixtiyarı fərqləndiririk. İkincisi, kağızın ağlığını ona görə duyuruq ki, həmin duyğuya qədər biz oxşar ağlıq duyğusu ilə dönə-dönə rastlaşmışıq.



Qavrayış, təsəvvür, hafizə, təxəyyül, təfəkkür kimi psixoloji proseslərin ayrılıqda təhlilindən də eyni nəticə hasil olur: onların hamısı xarici aləmə xas olan oxşarlıq və fərq əlamətlərinin sezilməsi sayəsində mümkün olur. Sezilmə isə hələ dərk etmək deyil.

Məntiq hadisələri olan təsnifləşdirmə də, məhdudlaşdırma da, ümumiləşdirmə də, mühakimə də, mahiyyətcə, təbiət və çəmiyyət hadisələrindəki oxşarlıq və fərq əlamətlərinə söykənir. Məsələn, hadisələri və ya cisimləri təsnifləşdirərkən (qruplaşdırarkən) biz həmin hadisələri, yaxud cisimləri müəyyən oxşar əlamətə görə bu və ya digər qrupa aid edirik, eyni zamanda başqa qrup hadisələrdən fərqləndiyini də nəzərdə tuturuq.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin