Müqayisənineyniəsasüzrəaparılması.Tərəflər eyni əsas (əsaslar) üzrə müqayisə edildikdə səmərə artır. Müqayisənin eyni əsaslar üzrə aparılması deyəndə hər hansı əlamətin əvvəlcə birinci, sonra isə ikinci tərəfdə olub-olmadığının açıqlanması başa düşülür. Məsələn, Xəzər dənizi və Qara dənizi müxtəlif əsaslar üzrə: sahil xətlərinə, sahəsinə, dərinliyinə, suyunun duzluluğuna, təsərrüfatda roluna görə müqayisə edilirsə, bu halda müqayisə beş əsas üzrə aparılmış olur. Buradan belə bir nəticə də çıxır ki, tərəfləri müqayisə etməzdən əvvəl müqayisənin hansı əsaslarda aparılacağı müəyyənləşdirilməlidir.