Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə121/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   117   118   119   120   121   122   123   124   ...   185
Pedaqogika İMTAHAN

Müqayisə tərəflərinin müxtəlifliyi. Faktlar göstərir ki, pedaqoji prosesdə istifadə edilən müqayisə obyektləri müxtəlif ola bilir. Müxtəlifliyinə baxmayaraq müqayisə obyektlərini iki qrupa ayırmaq olar: 1. Müşahidəsi pedaqoji prosesdə mümkün olan obyektlər. 2. Müşahidəsi pedaqoji proses zamanı mümkün olmayan obyektlər.

Birinci qrup müqayisə obyektlərinə aiddir: müqayisə olunan obyektlərin özləri, əyani vasitələr, o cümlədən, maketlər, modellər, mulyajlar, müqəvvalar; skeletlər, şəkillər, xəritələr, sxemlər və s.

Məfhumlar, fikirlər, tarixi şəxsiyyətlər, tarixi hadisələr, təbiət və çəmiyyət hadisələri arasında səbəb-nəticə əlaqələri və s. kimi tərəflər ikinci qrup müqayisə obyektlərinə aiddir.

Məşğələnin ayrı-ayrı mərhələlərində müqayisənin yeri. Məşğələnin bütün formaları və mərhələlərində müqayisədən istifadə etmək mümkün olur. Məsələn, yeni mövzunun öyrədilməsi zamanı tələbəyə məlum olan bilik mənimsənilən yeni biliklə müqayisə edilən zaman həm əvvəlki bilik təkrar edilərək möhkəmləndirilir, həm də yeni bilik daha şüurlu mənimsənilir. Yaxud, tələbələrə yalnız məlum olan, onların artıq bildikləri faktlar, hadisələr, əşyalar müqayisə edildikdə onların diqqətindən əvvəllər yayınmış əlamətləri, xüsusiyyətləri və ya keyfiyyətləri mənimsəmək mümkün olur. Hətta qarşıdakı yeni mövzunu şüurlu surətdə mənimsətmək üçün müəllim qabaqcadan tələbələri müqayisə aparmağa təhrik edən tapşırıqlar verir.

Mənimsəmə səviyyəsinə nəzarət edəndə və biliyin yoxlan- ması zamanı müqayisədən istifadə olunur. Məsələn, müəyyən anlayışların nə dərəcədə şüurlu və möhkəm mənimsənildiyini yəqin etmək üçün müəllim həmin anlayışları müqayisə etməyi, onların oxşar və fərqli əlamətlərini üzə çıxartmağı tələbələrə tapşırır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin