Müqayisə baçarığının formalaşdırılması
Şərh olunan faktlardan görünür ki, psixoloji hadisə olan müqayisə mühakimə tərzinə də, didaktik vasitəyə də çevrilə bilir. Müqayisənin psixoloji xüsusiyyətlərini bilən və fikir yürüdərkən həmin xüsusiyyətləri nəzərə alan müəllim onu, yəni müqayisəni təlim vasitəsinə çevirmiş olur. Pedaqoji prosesdə müqayisəyə tez-tez əl atan, öyrətdiyi fakt və hadisələri müqayisəli şəkildə tələbələrinə təqdim edən müəllim müqayisəli fikir yürütmək nümunəsi olur. Bu cür nümunə tələbələrin psixoloji inkişafına müəyyən dərəcədə kömək edir. Bununla belə, müqayisə bacarığı ilə əlaqədar tələbələrin psixoloji inkişaflarını xeyli sürətləndirmək mümkündür. Bundan ötrü müəllimdən əlavə iş aparmaq, tələbələrdə müqayisə baçarığını formalaşdırmaq tələb olunur.
Müqayisə etmək bacarığının formalaşdırılması bir sıra mərhələlərdən keçir. İlkin mərhələ şagirdlərin diqqətini müqayisə əməliyyatına cəlb etməkdir.
İşin növbəti mərhələsində yeri kəldikcə, mövzu imkan verdikcə, müəllim tələbələri tədricən müqayisə prosesinə cəlb edir; onlar müəllimin yönəldici sualları ilə faktların, hadisələrin tutuşdurulmasına, qarşılaşdırılmasına və tam müqayisəsinə qoşulurlar.
Müqayisə bacarıqlarını şagirdlərdə formalaşdırmağın üçüncü - sonuncu mərhələsində müəllimin tapşırığına əsasən tələbələr müvafiq obyektləri müstəqil müqayisə edirlər. Sonra müəllim həmin idrak əməliyyatlarının öhdəsindən tələbələrin necə kəldiyini yoxlayır, lazım gəldikdə onlara izahat verir.
Pedaqoji prosesdə yalnız müqayisə etmək baçarıqları formalaşdırılmır. Təhlil etmək, ümumiləşdirmək, qruplaşdırmaq formaları üzərində iş aparmaq, həmin sahələrdə də tələbələrin bacarıqlarını inkişaf etdirmək çox faydalıdır.
Təlim-tərbiyə zamanı tələbələrin psixoloji inkişafını sürətləndirmək üçün pedaqoji prosesin ayrılmaz tərkib hissəsi olan qavrayış, təsəvvür, təxəyyül, iradə, diqqət kimi psixoloji hadisələr də müəllimin xüsusi qayğısını tələb edir.
Böyük pedaqoji, metodik və psixoloji imkanlara malik olan müqayisədən təkcə ayrı-ayrı fənlərin tədrisində və sırf tərbiyə işlərində istifadə olunmur. Müqayisədən indi fənlər üzrə dərsliklərin tərtibində də istifadə edilməyə başlanmışdır. Dərsliklərin tərtibində müqayisədən iki istiqamətdə istifadə olunur: dərsliklərdəki bəzi materialların şərhində və mətnlərin sonuna əlavə edilmiş sual və tapşırıqlarda.
Dostları ilə paylaş: |