Pedaqoji prosesdə müqayisənin yeri.
Yuxarıda deyildik kimi, fikri idrak əməliyyatlarından biri müqayisədir. Həmin fikri müqayisə nümunəsində konkretləşdirək.
Nümunə üçün burada müqayisə əməliyyatını seçməyin üç əsası var. Əvvəla, müqayisə bütün təfəkkür proseslərinin canını təşkil edir və obyektiv olaraq, sezilmədən, digər psixoloji proseslərin mahiyyətinə hopur. İkincisi, müqayisə düzgün mühakimə yurutməyin, ağlın sönməz məşəli hesab edilir; buna baxmayaraq bəzi mütəxəssislərin mühakimələrində məntiqsizlik halları müşahidə olunur. Məsələn, ədəbiyyatşünas alimlərdən biri Cəlil Məmmədquluzadəni səciyyələndirərkən deyir: Cəlili heç bir yazıçı ilə müqayisə etmək olmaz. Lakin bu fikrin arxasınca Məmmədquluzadənin və başqa yazıçıların xüsusiyyətləri tutuşdurulur.
Üçüncüsü, Azərbaycanın dövlət müstəqilliyi şəraitində, bazar iqtisadiyyatına keçid dövründə müstəqil düşünən, məntiqli mühakimə yürüdən, əsaslandırılmış nəticələr çıxaran adamlara ehtiyac xeyli artır. Bu ehtiyacın ödənməsində müqayisə bacarığı da kara gələ bilir.
Dostları ilə paylaş: |