Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə113/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   109   110   111   112   113   114   115   116   ...   185
Pedaqogika İMTAHAN

Öyrənmədə marağın rolu. Tələbələrin öyrənmə fəaliyyətinin səmərəliliyinə təsir göstərən psixoloji amillərdən biri də maraqdır. Müəyyənləşdirilmişdir ki, maraqlar üç səviyyədə ola bilir: bəsid, orta və yüksək səviyyədə. Bəsid səviyyədə olan maraq sahibləri hadisələrin əsasən xarici əlamətlərini öyrənməyə meyilli olurlar. Marağı orta səviyyədə olan şəxs hadisələr arasındakı səbəb-nəticə əlaqələrini dərk etməyə can atır. Yüksək səviyyəli maraq sahibi daim yenilik axtarır, yaradıcı düşüncə tərzi nümayiş etdirir.

Tələbələrin maraq səviyyəsini öyrənən müəllim (tərbiyəçi) onların maraq dairəsini genişləndirə və dərinləşdirə bilir. Bu məqsədlə elm və texnika yeniliklərindən, problemli söhbətlər- dən, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdən və s.-dən istifadə olunur.

Gətirilən faktlardan belə bir nəticə çıxır ki, hər hansı psixoloji prosesi, xüsusiyyəti, idrak əməliyyatını təlim-tərbiyə zamanı inkişaf etdirmək üçun onun təbiətini və formalaşdırmaq metodikasını bilmək lazımdır.

Yadda saxlayaq ki, psixoloji inkişaf səviyyəsi yüksələn tələbələr daha uğurla təhsil alırlar.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin