incəsənəti gəncliyin üzünə taybatay açılır; adət və ənənələrimiz dirçəldilir; doğma dilimiz inkişaf etdirilir; milli mənlik şüuru- muz baş qaldırır; füsunkar təbiətimizi daha yaxından və daha dərindən öyrənirik.
Məktəbi əhatə edən ərazidə sənaye, inşaat, kənd təsərrüfatı sahələrini, mədəniyyət ocaqlarını və digər sahələri öyrənmək üçün ümumtəhsil məktəbinin tədris planı lazımi imkan yaradır. Nəticədə təhsil və həyat qaynayıb qarışır.
Təhsilin diferensiallaşdırılması. Azərbaycanda diferensiallaşdırma təhsilin, demək olar ki, bütün mərhələlərində özünü göstərir. Məsələn, yalnız ümumi təhsil sistemində diferensiasiya üç istiqamətdə həyata keçirilir: fiziki çatışmazlıqlar nəzərə alınaraq kar, kor, lal uşaqlar, habelə ağıl cəhətdən qüsurlu uşaqlar üçün ayrılıqda ümumi təhsil verən məktəblər fəaliyyətdədir; ümumi təhsil verən məktəblər bir neçə variantlı tədris planlarından birini seçir və onun əsasında işini təşkil edir; ümumi orta təhsil məktəblərinin X-XI sinifləri müxtəlif təmayüllər üzrə fəaliyyət göstərə bilir.
Diferensiallaşma peşə təhsilində də, ixtisas təhsilində də davam edir.
Təhsildə diferensiallaşma şagirdlərin fərdi imkanları, xüsusiyyətləri və qabiliyyətləri əsasında həyata keçirilir.
Təhsilin dünyəvi xarakter daşıması. Bu prinsip təhsilin bütün illərində gənc nəslə təbiət və cəmiyyət haqqında yalnız obyektiv, real biliklər verildiyini nəzərdə tutur. Dövlət təlim- tərbiyə müəssisələrində gənc nəslə elmi dünyagörüşü aşılanır, təlim-tərbiyə müəssisələrində din tədris edilmir və dini ayinlər icra olunmur; həmin müəssisələr məsciddən ayrıdır. Vicdan azadlığı təmin edilir; din dövlət tədris müəssisəsi hesab edilməyən mədrəsədə öyrədilir.
Pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verilməsi. Azərbaycanda bütün gənclərin ümumi orta təhsil alması üçün dövlət onun xərclərini öz öhdəsinə götürür.
Dostları ilə paylaş: