Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Milli pedaqogika şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolu



Yüklə 0,54 Mb.
səhifə127/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   123   124   125   126   127   128   129   130   ...   185
Pedaqogika İMTAHAN


Milli pedaqogika şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolu


Pedaqoji proses, yəni təlim, tərbiyə və təhsil vasitəsilə istənilən nəticəni almaq mümkündürmü? Suala. birmənalı cavab vermək olmaz! Pedaqoji proses hər şeyə deyil, çox şeyə qadir ola bilər. Çünki, pedaqoji işdə müvəffəqiyyət bir sıra amillərlə şərtlənir. Bu şərtlər arasında irsiyyət və mühit amilləri, şəxsi zəhmət, habelə tərbiyəçi şəxsiyyəti də vardır. Uşaq normal irsi əlamətlərə malikdirsə, onu əhatə edən mühit tərbiyə vəzifələrinə uyğun gəlirsə və tərbiyəçinin yüksək pedaqoji hazırlığı varsa pedaqoji prosesdən çox şey gözləmək olar. Bu amillərdən hər hansı biri olmadıqda pedaqoji işdən istənilən nəticəni almaq çətinləşir.

İnsan şəxsiyyətinin formalaşmasında pedaqoji işin, o cümlədən tərbiyənin rolu nədir? Milli pedaqogikaya görə, pedaqoji işin rolu müvafiq mühitdə xarakter xüsusiyyətlərinin adamda formalaşmasına istiqamət verməkdən, cəmiyyət üçün zərərli xüsusiyyətlərin isə aradan qaldırılmasına yardım etməkdən ibarətdir.

Pedaqoji proses uzunmuddətli prosessdir, o hər hansı xarakter xüsusiyyətinin duyulmasından, əhəmiyyətinin başa düşülməsindən və onu vərdişə çevirməkdən ibarətdir.Pedaqoji təsir şəxsin özünütərbiyəsi ilə başa çatmış hesab edilir

Tibb elminin son nəticələrinə əsaslanaraq milli pedaqogika belə nəticəyə gəlir ki, uşağın tərbiyəsinə ana bətnində olarkən başlamaq lazımdır. Çünki, hamilə qadının nə yediyi, nə içdiyi, hansı mənəvi-psixoloji mühitdə gün keçirdiyi körpənin fiziki və fizioloji inkişafına güclü təsir göstərir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin