Milli pedaqogika şəxsiyyətin formalaşmasında əməyin rolu
Azərbaycanın fikir bahadırları dönə-dönə söyləmişlər ki, cəmiyyətdə adamı ucaldan onun çəkdiyi zəhmətdir.
İnsanın ümumi inkişafında, o cümlədən ən vacib psixoloji keyfiyyət olan qabiliyyətlərin inkişafında əməyin aparıcı rolu elmə çoxdan məlumdur.
Necə olur ki, ayrı-ayrı adamlarda qabiliyyət yüksək dərəcədə inkişaf edə bilir? Bunun başlıca səbəblərindən biri məşqdir, ardıcıl, müntəzəm, yorulmaq bilmədən aparılan məşq!
Şəxsiyyətin formalaşmasında əməyin müstəsna əhəmiyyət kəsb etdiyi məktəbdə, təlim-tərbiyə işində nəzərə alınmalıdır.
Təlim şagirdlərin və tələbələrin başlıca fəaliyyət formasıdır. Təlim və psixoloji inkişaf arasında əlaqə olduğu elmdə çoxdan məlumdur.
Təlim zamanı uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır; təlim onların psixoloji inkişafını artıra bilər
Yuxarıda söylənən fikirlərdən milli pedaqogika belə bir nəticəyə gəlir ki, zehni və fiziki əmək adamların nəinki fiziki və fizioloji, habelə psixoloji funksiyalarının, o cümlədən qabiliyyət- lərinin intensiv formalaşmasında aparıcı amilə çevrilir.
|