Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə138/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   134   135   136   137   138   139   140   141   ...   185
Pedaqogika İMTAHAN

Əxlaq tərbiyəsinin bəzi şərtləri. Əxlaq tərbiyəsinin məzmununu təşkil edən əməksevərlik, insanpərvərlik, həmrəylik, yoldaşlıq və dostluq, vətənpərvərlik, düzlük və doğruçuluq, halallıq, sadəlik və təvazökarlıq, xeyirxahlıq və s. kimi nəcib mənəvi keyfiyyətlər həm ayrı-ayrı fənlərin tədrisi zamanı, həm dərsdənkənar və məktəbdənkənar tədbirlər zamanı, həm də ailədə gənc nəslə aşılanır.

Əxlaq tərbiyəsi qarşısında üç əsas vəzifə qoyulur: əxlaqi təsəvvürlərin (hisslərin), əxlaqi şüurun əxlaqi davranışın formalaşdırılması. Hər bir əxlaqi keyfiyyətlə əlaqədar həmin vəzifələr nəzərə alınmalı və həyata keçirilməlidir. Məsələn, əgər söhbət vətənpərvərlikdən, yaxud xeyirxahlıqdan kedirsə aparılan iş üç mərhələdən keçməli olur: tərbiyə olunanlarda əvvəlcə vətənpərvərlik və ya xeyirxahlıq hissi (təsəvvurü) yaradılmalı, sonra onlarda vətənpərvərlik, yaxud xeyirxahlıq şüuru formalaşdırılmalı, nəhayət, vətənpərvərlik və ya xeyirxahlıq vərdişi təşəkkül tapmalıdır.

Əxlaqi keyfiyyətlərin hər birinə xas olan spesifik xüsusiyyətlərə uyğun yollarla yanaşı, hamısına xidmət edə biləcək ümumi yollar da var. Bu cür yollardan bəzilərini göstərək: ictimai-faydalı əmək; ekskursiyalar; gəzintilər; müzakirələr; disputlar; ad günlərində bir-birinə baş çəkmək; xəstələnəndə bir-birini yoluxmaq; ehtiyacı olanlara yardım etmək; təlimdə geri qalanlara köməklik göstərmək; real həyat faktları və nümunələrindən istifadə etmək; bədii-tarixi ədəbiyyatdan səciyyəvi faktlar gətirmək; söhbət, məruzə mühazirələr keçirmək s.



Əxlaq tərbiyəsinin bəzi yolları, o cümlədən tələbənin təlim fəaliyyəti, elmi fəaliyyəti, ictimai fəaliyyəti, iş rejimi, şüurlu intizam, borc və məsuliyyət hissi barədə ayrıca danışmağa ehtiyac var.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin