Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə146/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   142   143   144   145   146   147   148   149   ...   185
Pedaqogika İMTAHAN

Əmək tərbiyəsinin vəzifələri. Əmək tərbiyəsinin zəruriliyi əməyin cəmiyyətdəki rolundan irəli gəlir. Həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda, sosial həyatda, mənəviyyatda əməyin müstəsna mövqeyi nəzərə alınaraq gənc nəslin əmək tərbiyəsi təşkil edilir. Əmək tərbiyəsi onun vəzifələrini aydın təsəvvür etməklə sıx bağlıdır. Əmək tərbiyəsi aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:

    1. Əməyin iqtisadi, sosial, əxlaqi əhəmiyyətini, fizioloji psixoloji inkişafda rolunu gənc nəslə anlatmaq, yəni onu psixoloji cəhətdən əməyə hazırlamaq.

    2. Əməyə məhəbbət əmək adamlarına hermət, zəhmətə xor baxan tüfeylilərə isə kəskin nifrət hissi aşılamaq.

    3. Fiziki zehni fəaliyyətin bəsid vərdişləri ilə gənc nəsli silahlandırmaq.

    4. Gənc nəsldə əmək intizamı əmək mədəniyyəti forma- laşdırmaq.

Tədris müəssisəsində əməyin əsas növləri. Burada təhsil alanların fiziki əməyinin üç başlıca növü mövcuddur: özünəxidmət əməyi, ictimai-faydalı əmək və məhsuldar əmək.

Özünəxidmət əməyi. Şəxsin özünün, öz ailəsinin ehtiyaclarını ödəməyə yönələn əməyə özünəxidmət əməyi deyilir.

İctimai-faydalı əmək. İctimai-faydalı əmək isə əsasən başqasına, işlədiyi müəssisəyə, oxuduğu tədris müəssisəsinə, xalqa xidməti nəzərdə tutur. Məsələn, tədris müəssisəsində auditoriyanın, kabinetin, laboratoriyanın, emalatxananın, kitabxananın, idman meydançasının, tədris-təcrübə sahəsinin təmizlənməsində iştirak etmək, divar qəzeti çıxartmaq, qrup nümayəndəsi olmaq, növbətçilik etmək və s. icximai-faydalı əməkdir.

Məhsuldar əmək. Məhsuldar əməyin də ictimaiyyət üçün, ümumi üçün faydası var. Lakin məhsuldar əməyin başlıca fərqli cəhəti budur ki, əməyin bu növündə kollektiv üçün, cəmiyyət üçün nəsə bir şey, bir məhsul yaradılır, istehsal olunur. Məsələn, təhsil alanlar tədris müəssisəsi üçün yeni otağın tikilməsində, uçulmuş yerin bərpasında, stulların, stolların, digər mebellərin təmirində, kənd təsərrüfat məhsullarının toplanmasında, yaxud, kənd təsərrüfatında, sənayedə, inşaatda istifadə olunan texnikanın quraşdırılmasında və bərpasında iştirak etmək, tikiləcək obyektlərin çertyojlarını çəkmək və sair kimi əmək nümunələri məhsuldar əməyə alddir.

Əmək tərbiyəsinin yolları. Əmək tərbiyəsi qarşısında duran vəzifələrin yerinə yetirilməsinin başlıca yolları təlim əməyinin, özünəxidmət əməyinin, ictimai-faydalı əmək və məhsuldar əməyin imkanlarından istifadə ilə bağlıdır.

Əmək tərbiyəsində bu cür imkanlardan istifadə etməyin əsas yolları bunlardır:

  1. Tədris mövzuları imkan verdikcə zəhmət adamları haqqında, cəmiyyətdə əməyin rolu barədə, əxlaqa, psixikaya, orqanizmə əməyin təsirinə dair söhbət aparmaq, müzakirələr keçirmək faydalıdır.

  2. Ailədə məişət əməyinin müxtəlif formalarına uşaqların cəlb edilməsi.

  3. Ailədə özünəxidmət əməyinin müxtəlif formalarında, o cümlədən həyətin, bağ-bağçanın becərilməsində, ev quşları heyvanlarının bəslənməsində gənc nəslin iştirakı.

  4. Tədris müəssisəsində auditoriyaların xidmət otaqlarının, avadanlığın cihazların təmirinə kənç nəslin cəlb edilməsi.

  5. Gənc nəsli içtimai-faydalı əməyin digər formalarına, o cümlədən xeyriyyəçilik fəaliyyətinə, yaşıllaşdırma abadlaşdırma işlərinə, tarix mədəniyyət abidələrinin qorunmasına, qocalara, tənha xəstə adamlara, şəhid ailələrinə qayğı göstərməyə, şəhidlərin məzarları üstünə gül- çiçək dəstələri qoymağa alışdırmaq.

  6. Təhsil alan gənc nəslin, imkan daxilində, məhsuldar əmək sınağından keçməsi, yeri düşdükcə kənd təsərrüfatı məhsullarının toplanmasına, təsərrüfatda sənayedə, inşaatda digər sahələrdə istifadə edilən texnikanın sahmana salınmasına cəlb olunması.

  7. Uşaqların, yeniyetmə gənclərin əmək tərbiyəsində atalar sözləri zərb məsəllərdən geniş istifadə olunması.


Estetik tərbiyə



Gözəllik estetik tərbiyənin məzmunu kimi. Estetik tərbiyənin nəzəri əsasını estetika təşkil edir. Estetika isə elmdir, özü də gözəllik haqqında elmdir.

Müdriklərimizə görə, ağıllı olmaq, xoşrəftar olmaq, şirindil olmaq, görkəmcə ürəkaçan, qəlbioxşayan olmaq gözəllikdir. Milli pedaqogika bu fikirlər əsasında gözəllik məfhumunun mahiyyətini belə açır: ahəngdarlıq: görkəmdə ahəngdarlıq, musiqidə ahəngdarlıq, davranışda ahəngdarlıq, şerdə ahəngdarlıq, nitqdə ahəngdarlıq, incəsənət əsərlərində ahəngdarlıq, binada ahəngdarlıq, bitkidə ahəngdarlıq, kainatda ahəngdarlıq.

Ahəngdarlığın pozulduğu yerdə eybəcərlik əmələ gəlir. Ahəngdarlıq qəlbi riqqətə gətirir, adama zövq bəxş edir, eybə- cərlik isə – nifrət hissi oyadır.



Gözəlliyin təzahur formaları. Gözəlliyi təbiət hadisələrində də, cəmiyyət hadisələrində də müşahidə etmək olur. Səma cisimləri arasında, o cümlədən Günəş sisteminə daxil olan cisimlər arasında nizam, qarşılıqlı ahəngdarlıq adamı valeh edir. Dağ çayının zümzüməsi, şəlalənin ətrafa səpələnən ağ telləri, günəş şüalarından qidalanmaq üçün yarpaqların budaqlarda ahənkdar, eyni qaydada düzülüşü və sair bu kimi təbiət hadisələri insan hisslərini riqqətə gətirir.

Gənc nəslin estetik tərbiyəsi üç başlıca vəzifənin yerinə yetirilməsinə yönəlir: estetik hisslərin yaradılması, estetik şüurun formalaşdırılması estetik qabiliyyətlərin inkişaf etdirilməsi.

Gənc nəslin estetik tərbiyəsi dörd əsas sahədə aparılır: ailədə estetik tərbiyə, təlimdə estetik tərbiyə, dərsdənkənar (auditoriyadankənar) tədbirlərdə estetik tərbiyə məktəbdənkənar tərbiyə müəssisələrində estetik tərbiyə.

Özü gözəl, sözü gözəl, şəraiti gözəl, işi gözəl olan, ətrafdakıların da gözəl olmasına çalışan şəxs gözəllik idealıdır.

Fiziki tərbiyə



Fiziki tərbiyənin mahiyyəti. Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsidir. Fiziki tərbiyədən yaxın məqsəd gənc nəslin sağlam, nikbin, gümrah böyüməsinə xidmət etməkdən ibarətdir.

Fiziki sağlamlığı çox qiymətli nemət hesab edən xalqımız deyir: “Sağlıq – ən böyük varlıqdır”. Çünki, cansağlığı olmayandan sonra heç bir şeyin, o cümlədən qızılın, var- dövlətin əhəmiyyəti yoxdur: “Neynirəm o qızıl teşti ki, içinə qan qusam”.



Fiziki tərbiyənin əhəmiyyəti. Sağlamlıqda, vətənin müdafiəsində, əməkdə, ağılda fiziki tərbiyənin böyük əhəmiyyəti var.

Fiziki tərbiyənin vəzifələri. Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsi olduğundan, ümumi vəzifələrlə yanaşı, spesifik vəzifələr də yerinə yetirir. Fiziki tərbiyənin həyata keçirdiyi başlıca spesifik vəzifələr üçdür: fiziki keyfiyyətlərin formalaşdırılması, fiziki bacarıqların inkişaf etdirilməsi və gigiyenik bilik və bacarıqların mənimsənilməsi.

Deyilənləri ümumiləşdirən Milli pedaqogika fiziki bacarıqların fiziki keyfiyyətlərin, habelə gigiyenik bilik bacarıqların adamlara məqsədyönlu planlı surətdə aşılanması prosesini fiziki tərbiyə adlandırır.

Fiziki tərbiyə qarşısında duran vəzifələr bir sıra yollar vasitələrlə həyata keçirilir. Fiziki tərbiyənin yolları bunlardır: səhər gimnastikası, bədən tərbiyəsi məşğələləri, idman milli oyunlar. Fiziki tərbiyənin vasitələrinə aiddir: gün rejiminə əməl edilməsi, turizm, təbii amillərdən (hava, Günəş və sudan) istifadə, zərərli adətlərə qarşı mübarizə.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin