Əməyin əxlaqi mənası. Əmək, şəxsi zəhmət əxlaqı saflaşdı- ran, mənəviyyatı billurlaşdıran ən qüdrətli amillərdən biridir.
Zəhmət adamının fikri işinin məzmununa, məhsulunun keyfiyyətinə yönəlir, əyri yollardan uzaq olur.
Zəhmət halallığa aparan etibarlı yoldur. Öz qabarlı əllərinə, öz ağlına, öz qabiliyyətinə, öz zəhmətinə bel bağlayan şəxs xalq qarşısında alnı açıq, üzü ağ olur, halal çörək yeyir.
Zəhmət adamı, adətən, insanpərvər, vətənpərvər, xoşxasiy- yət, mehriban, səxavətli olur.
Əməyin fizioloji mənası. Atalar əbəs yerə deməmişlər ki, “Zəhmət insanın çövhəridir”, “İşləməyən dəmir pas atar”, “İşləyən dəmir parıldar”. Tibb elmində dönə-dönə isbat olunmuşdur ki, zəhmət orqanizmin normal fəaliyyətində böyük rol oynayır. Zəhmətlə məşğul olan şəxsin ürək-damar sistemi, ağ ciyərin, böyrəklərin və digər orqanların fəaliyyəti yaxşılaşır; əl, ayaq və bədən əzələləri möhkəmlənir, sümüklərin bərkiməsi intensivləşir. Nəticədə orqanizmdə maddələr mübadiləsi, qan dövranı istənilən səviyyədə olur; orqanizmin müxtəlif xəstəlik- lərə qarşı müqaviməti güclənir, adam özünü daim gümrah hiss edir. Ali sinir sisteminin möhkəmləndirilməsində əməyin rolunu xüsusi qeyd etmək lazımdır.
Dostları ilə paylaş: |