Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə38/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   34   35   36   37   38   39   40   41   ...   185
Pedaqogika İMTAHAN

Problemli situasiya yaradılmasında qanunauyğunluq. Pedaqoji prosesin qanunauyğunluqlarından biri problemli situasiya ilə əlaqədardır. Pedaqoji prosesdə problemli situasiyanı adətən müəllim yaradır, özü də onu açır, şagirdlərə isə dinləmək, müəllimin mühakiməsini izləmək qalır. Belə hallarda şagirdlər (tələbələr) problemli situasiyada yaradılmış ziddiyyəti duysalar da, onun araşdırılmasına fəal qoşulmur, o qədər də zehni gərginlik keçirmirlər. Bu cür hallarda öyrənənlər problemin həllinin iştirakçısına deyil, müşahidəçisinə çevrilirlər.

Problemli situasiyada ziddəyitin yaradılmasına və ifadə olunmasına şagirdlər (tələbələr) fəal qoşulduqda, onun reallığına inam yaradıldıqda, ziddiyəti aradan qaldırmaq işinə onlar cəlb edildikdə başqa pedaqoji nəticə alınır: şagirdlər (tələbələr) dərindən düşünməli, cavab tapmalı, fikirlərini əsaslandırmalı, ziddiyyətdəki yeniliyi dərindən dərk etməli olurlar. Qanunauyğunluq belədir: problemli situasiyada ziddiyyətin yaradılmasına, ifadə olunmasına aradan qaldırılmasına şagirdlər (tələbələr) fəal cəlb edildikdə onların zehni fəallığı xeyli güclənir, ziddiyyətdən doğan fikrin yeniliyini şüurlu başa düşürlər. Həmin qanunauyğunluğun qanun formasında ifadəsi belədir: problemli situasiyadakı ziddiyyətin duyulması aradan qaldırılması qanunu.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin