Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə37/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   33   34   35   36   37   38   39   40   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji proses iştirakçılarının fəallıq dərəcələrində qanunauyğunluq. Məktəb təcrübəsindən məlumdur ki, bəzi müəllimlər və digər tərbiyəçilər pedaqoji proses zamanı özləri az danışır, şagirdləri (tələbələri) isə çox düşündürür və çox danışdırır, özləri az işləyir, öyrənənləri daha çox işlədirlər. Bəziləri isə əksinə, özü çox düşünür, çox danışır, şagirdlərini (tələbələrini) isə az düşündürür, az danışdırır və az işlədir. Pedaqoji səmərə isə başqa-başqa olur: birinci halda mənimsəmənin səviyyəsi ikinci hala nisbətən yüksək olur. Nə üçün? Çünki həmin hallarda öyrədən və öyrənənlərin fəallıq dərəcələrində xeyli fərq olur: öyrədənin fəallığı

qabarıq ifadə olunur. Öyrənənlərin fəallıq dərəcəsi artanda mənimsəmə səviyyəsinin yüksəldiyi müşahidə olunur. Müəllimin (tərbiyəçinin) fəallığının görkəmcə güclənməsi hesabına şagirdlərin (tələbələrin) fəallığı zəiflədikdə isə mənimsəmənin səviyyəsi aşağı düşür. Deməli, öyrədənin fəallıq dərəcəsi ilə öyrənənlərin fəallıq dərəcəsi arasında qanunauyğun asılılıq vardır. Asılılığın mahiyyəti tərs mütənasibliyindədir: pedaqoji prosesdə müəllimin (tərbiyəçinin) fəallıq dərəcəsi qabarıq şəkildə artdıqca tələbələrin fəallıq dərəcəsi isə azaldıqca mənimsəmənin səviyyəsi aşağı düşür; müəllimin (tərbiyəçinin) fəallıq dərəcəsinin daxilə keçməsi hesabına şagirdlərin (tələbələrin) fəallığı gücləndikdə mənimsəmənin səviyyəsi artır. Bu qanunauyğunluğu qanun formasında ifadə edək: Öyrədən öyrənənlərin fəallıq dərəcələrində tərs mütənasiblik qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin