Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə45/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   41   42   43   44   45   46   47   48   ...   185
Pedaqogika İMTAHAN

Müəllimin (tərbiyəçinin) inam dərəcəsi ilə əlaqədar qanunauyğunluq. İnam insan fəaliyyətində, onun uğurlarında böyük psixoloji amildir. Pedaqoji prosesdə də bu həqiqət özünü doğruldur. Təlim-tərbiyə işində inamla fəaliyyət göstərən müəllim (tərbiyəçi) daim nikbin olur; heç bir çətinlik onu geri çəkilməyə, bədbinliyə vadar edə bilmir.

Çətin anlayan, çətin qavrayan, çətin tərbiyə olunan uşaq, şagird, tələbə nikbin müəllimin (tərbiyəçinin) rəhbərliyi ilə, nəhayət, ram edilir; müəllim (tərbiyəçi) pedaqoji işdə uğur qazanır, istədiyinə nail olur. Belələri deyir:

-Necə olur olsun, bu adamı düzgün yola dəvət edəcəyəm. Nikbin olmayan, zəif inamlı müəllim (tərbiyəçi) isə pedaqoji işdə çətinliklərlə qarşılaşdıqda tez tərksilah olur, şikayətlənir, məqsədindən dönməyə başlayır. Bu cür müəllimlərdən (tərbiyəçilərdən) tez-tez eşidilir.

-Bu addımı başa salmaq olmur, nə qədər deyirsən anlamır ki, anlamır.

-Əşi, filan şagirdin (tələbənin) öhdəsindən gəlmək olmur.

-Qozbeli qəbr düzəldər.

Nikbin olmayan müəllim (tərbiyəçi) pedaqoji işdə uğursuzluğa düçar olur. Nəticədə pedaqoji prosesin səviyyəsi aşağı düşür.

Müəllimin (tərbiyəçinin) nikbinlik dərəcəsi ilə pedaqoji işdə uğuru arasında təkrar olunan asılılıq göz qabağındadır: pedaqoji işdə müəllimin (tərbiyəçinin) nikbinliyi gücləndikcə uğurları artır. Bu qanunauyğunluğun qanun formasında ifadəsi belədir: Pedaqoji prosesdə nikbinlik qanunu.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin