Öyrənilənmaterialınyaddaqalmamüddətiiləəlaqədarqanunauyğunluq. Xüsusi tədqiqatlarla isbat olunmuşdur ki, pedaqoji proses zamanı bir sıra zəruri didaktik tədbirlər görül- mədikdə öyrənilən materialların unudulması halları çoxala bilir. Biliyin mənimsənilməsi zamanı xüsusi didaktik əməliyyatlar, məsələn, öyrənilən məfhumların, faktların, hadisələrin tutuşdurulması; oxşar və fərq əlamətlərinin üzə çıxarılması və ümumiləşdirilməsi; materialın hissələrə ayrılması, onlara başlıqlar verilməsi; əsas ideyanı yadda saxlamağın gələcək həyatda əhəmiyyətinin dərk olunması və s. biliyin hafizədə qalma müddətini artırır. Uzun müddət yadda qalan bilik isə pedaqoji prosesdə sonrakı müvəffəqiyyətin əsasına çevrilir. Çünki, hazırda öyrənilən bilik əvvəllər möhkəm mənimsənilmiş biliklər üzərində ucalır və gələcəkdə öyrəniləcək biliklərin şüurlu mənimsənilməsinə münasib yol açır. Biliyin möhkəmliyi, əslində mənimsəmənin səmərəliliyini isbat edən başlıca göstəricidir. Deməli, tədqiqatlardan və əməli təcrübədən aydın olmuşdur ki, pedaqoji proses zamanı şagirdlərə (tələbələrə) öyrədilən biliklərin, anlayışların yaddaqalma müddəti ilə istifadə olunan üsulların xarakteri arasında müəyyən asılılıq vardır. Asılılığın mahiyyəti belədir: biliyinmənimsənilməsizamanıtəfəkkürəməliyyatlarıişədüşdükdəvəvaxtaşırışüurlutəkrartəşkiledildikdəhəminbiliyinmöhkəmyaddaqalmamüddətiartır,unudulmahallarıazalır.Bu qanunauyğunluğu qanun formasında belə ifadə etmək olar: Pedaqojiprosesdəqazanılanbilikvəbacarıqlarınmöhkəmləndirilməsiqanunu.