Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə52/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   48   49   50   51   52   53   54   55   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin mərhələləri milli pedaqogikada belə müəyyənləşdirilir:

1) yeni biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin əsasən qavranılması (ilkin tanışlıq);

2) həmin biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin əsasən başa düşülməsi;

3) biliklərin, bacarıq mənəvi keyfiyyətlərin əsasən möhkəmləndirilməsi tətbiqi; 4) müvəffəqiyyətə nəzarət: onun qiymətləndirilməsi hesaba alınması.
Sırf tərbiyə işində də təqribən həmin mənzərə, yəni həmin mərhələlər müşahidə edilir. Məsələn, səliqəlilik kimi mənəvi keyfiyyətin uşaqlara aşılanması ilə məşğul olan tərbiyəçi (vali- deyn) ilk mərhələdə uşağın diqqətini səliqəliliyə, mənzildəki (otaqdakı) səliqə-səhmana yönəldir. İşin sonrakı mərhələsində səliqəliliyin, səliqə faktlarının əhəmiyyətini açıqlayır: özü üçün, ailə üçün, cəmiyyət üçün onun mənasını aydınlaşdırır. Növbəti mərhələdə tərbiyəçi (valideyn) səliqəli olmağı, səliqəli geyinməyi, səliqəli yazmağı, öz iş guşəsini səliqədə saxlamağı, otaqda (mənzildə) daim səliqə-səhman yaratmağı uşaqdan tələb edir, tələbin icrasına nəzarət qoyur. Eyni istiqamətdə aparılan işin son mərhələsində o, səliqəlilik sahəsində uşağın fəaliyyətinə öz münasibətini bildirir, müəyyən formada qiymətləndirir.

Deyilənlər nəzərə alınaraq, məsələ burada təlimin mərhələləri və ya tərbiyənin mərhələləri kimi deyil, hər ikisinin ümumi cəhətlərini özündə birləşdirən pedaqoji prosesin mərhələləri kimi ifadə edilir. Ulu babalarımız da idrak prosesində müəyyən ardıcıllığın olduğunu bilmiş və onu belə bir müdrik kəlamda ifadə etmişlər: “Nərdivanı ilk pillədən çıxarlar”.





Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin