Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə49/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   45   46   47   48   49   50   51   52   ...   185
Pedaqogika İMTAHAN

Sözlə əməlin nisbətində qanunauyğunluq. Adamlarda sözün və əməlin üst-üstə düşməsi tələbi Azərbaycan xalqının ən qiymətli mənəvi dəyərlərindən biridir. Bu tələb əsrlər boyu xalqımızın mənəvi sərvətləri sistemində ən önəmli yerlərdən birini tutmuşdur. Soydaşlarımızın əksəriyyəti bu mənəvi tələbə əməl edir. Lakin, təəssüf ki, sözdə bir, əməldə başqa olan adamlarımız da az deyil.

Sözlə əməlin vəhdəti pedaqoji prosesdə daha böyük əhəmiyyət kəsb edir. Dönə-dönə isbat olunur ki, ümumiyyətlə gənclik, o cümlədən şagirdlər (tələbələr) əməli sözündən fərqlənməyən, dediyi kimi hərəkət edən müəllimlərə (tərbiyəçilərə) böyük rəğbət göstərir, onlardan nümunə götürürlər. Nəticədə pedaqoji prosesin səviyyəsi yüksəlir.

Bununla yanaşı təəssüf doğuran hallar da olur: bəzi müəllimlər (tərbiyəçilər) heç də həmişə dedikləri kimi hərəkət etmirlər, sözdə düzlükdən, doğruçuluqdan, haqdan, ədalətdən danışırlar, əməldə isə bir qədər fərqli mövqe tuturlar. Bu cəhətlərin şahidi olan uşaqların, şagirdlərin və tələbələrin həmin müəllimlərə (tərbiyəçilərə), onların söylədiklərinə inamları azalır, fənlərinə maraqları sönür. Nəticədə tərbiyəlilik və mənimsəmə səviyyəsi aşağı düşür.

Göründüyü kimi, pedaqoji prosesdə sözlə əməlin üst-üstə düşdüyü hallar tərbiyəlilik səviyyəsinin yüksəlməsinə, əməlin sözdən fərqləndiyi hallar isə tərbiyəlilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu qanunauyğunluğun qanun forması belədir: sözlə əməlin vəhdəti qanunu.

Deyilənlərdən belə bir ümumi nəticə irəli gəlir ki, pedaqoji prosesin qanunauyğunluqlarını bilməyin və pedaqoji iş zamanı onlara istinad etməyin müstəsna əhəmiyyəti vardır. Tələbələrin mənimsəmə və tərbiyəlilik səviyyəsini yüksəltməyin vacib şərtlərindən birisi məhz pedaqoji prosesin qanunauyğunluqlarından hali olmaqdır. Başlıcası budur ki, pedaqoji qanunauyğunluqları bilmək pedaqoji hadisələrin səbəblərini başa düşməyə və düzgün nəticə çıxarıb uğurlu tədbir görməyə imkan verir. Bu mənada böyük Tusi düzgün qeyd edirdi ki, səbəb aydın olarsa, məqsəd də tez yerinə yetirilər.

Pedaqoji prosesin qanunauyğunluqlarını bilməyin zəruriliyi həm də ondan irəli gəlir ki, onlar pedaqoji proses prinsiplərinin elmi əsasını təşkil edir: pedaqoji prosesin prinsipləri pedaqoji prosesin qanunauyğunluqlarından törəmədir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin