Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən başa düşülməsinə xidmət edən üsullar



Yüklə 0,54 Mb.
səhifə57/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   53   54   55   56   57   58   59   60   ...   185
Pedaqogika İMTAHAN

Biliklərin, bacarıqların və mənəvi keyfiyyətlərin əsasən başa düşülməsinə xidmət edən üsullar


Formalaşdırılan biliyin (və ya mənəvi keyfiyyətin) şüurlu başa düşülməsi və bu sahədə möhkəm inam yaradılması üçün bir qədər fərqli üsullardan istifadə edilir. Bu, o deməkdir ki, müəllim (tərbiyəçi) pedaqoji prosesin növbəti mərhələsinə keçmişdir. O, nəzərdə tutduğu biliyə (və ya keyfiyyətə) dair tərbiyə olunanlarda yaratdığı ilkin təsəvvürün anlayışa çevrilməsinə, şüurlu başa düşülməsinə çalışır. Bu məqsədlə bir sıra üsullara, o cümlədən izaha, problemli vəziyyətə, məruzəyə, disputa, əsər müzakirəsinə, nəsihətə əl atılır.

İzah. Bu üsulun başlıca xüsusiyyətləri adında nəzərdə tutulur. Müəllim (tərbiyəçi) hər hansı biliyi (və ya keyfiyyəti) sadəcə təsvir etmir, onun mahiyyətini açır, izah edir. İzah ya əyani vasitələrlə, ya texniki vasitələrlə, yaxud da canlı sözlə, obrazlı ifadələrlə müşayiət edilir. Tələbələrin vəzifəsi müəllimin məntiqli mühakiməsini, gətirdiyi dəlil və sübutları dinləməkdən, nümayiş etdirdiyi əyani və ya texniki vasitələri, yaxud laborator təcrübəni müşahidə etməkdən, qoyulan suallara əsaslandırılmış cavab verməkdən ibarət olur. Həsirəddin Tusi vaxtilə çox haqlı olaraq öyrədirdi: “Uşağı lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başasalmaq yolu ilə, pul vermək, şirnikdirmək, əsilnəsəbə aid şeylərlə yox”. Sədinin poetik şəkildə dediyi bir kəlamı burada xatırlamaq da yerinə düşərdi:

Dəlildə, sübutda olur güc, qüvvət,



Qanun olan yerdə görməz hiddət”


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin