Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə55/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   51   52   53   54   55   56   57   58   ...   185
Pedaqogika İMTAHAN

Göstəriş. Bilik və bacarıqların və ya mənəvi keyfiyyətlərin qavranmasına xidmət edən üsullardan biri də göstərişdir. Pedaqoji prosesin üsulu kimi, göstəriş bütün yaş dövrlərində tətbiq edilir. Məsələn, məktəbəqədər yaş dövründə uşaqları özünəxidmət və məişət əməyinə qovuşdurmaq məqsədi ilə valideynləri onlara bu cür göstərişlər verirlər: “Özünə stul gətir”, “Paltarını dəyiş”, “Əl-üzünü yu”, “Dibçəyə su tök”, “Otağı süpür”, “Stola süfrə sal” və s.

Orta ümumtəhsil məktəblərində müəllim və tərbiyəçilər şagirdləri ictimai-faydalı əməyə qovuşdurmaq üçün göstəriş üsuluna tez-tez əl atırlar: “Yazı lövhəsini sil”, “Pəncərəni aç, otağın havası dəyişsin”, “Dərs haqqında xəstə yoldaşına məlumat ver”, “Həyəti daş-kəsəkdən təmizləyin”, “Məktəbyanı sahədəki ləkləri sulayın” və s.



Göstəriş üsulundan istifadə halları ali məktəbdə də az deyil. Məsələn, elmi tədqiqat işi barədə ilkin təsəvvür yaratmaq üçün ali məktəb müəllimi tələbəyə bu cür tapşırıqlar verir: “Götürdüyün mövzu üzrə ədəbiyyat siyahısı hazırla”, “Siyahıdakı mənbələr üzrə referat yaz”, “Ədəbiyyat əsasında mövzu üzrə yazacağın kurs (diplom) işinin planını hazırla” və s.

Bu cür tapşırıqların başlıca vəzifəsi bəzi hallarda uşaqların, digər hallarda isə şagirdlərin və ya tələbələrin diqqətini aşılan- ması nəzərdə tutulan mənəvi keyfiyyətlərə yönəltməkdir. Misal kimi gətirdiyimiz göstərişlərin nəzərdə tutduğu keyfiyyətlər isə bunlardır: işgüzarlıq, qayğıkeşlik, səliqəlik, böyüklərin tapşırıqlarına əməl etmək, müstəqil işə alışmaq.

Tərbiyəçi çalışır ki, pedaqoji işin ilk mərhələsində tapşırıqlar yolu ilə uşaqlar və gənclər müvafiq keyfiyyətləri(indiki misallardaişgüzarlığı, qayğıkeşliyi,səliqəliyi, böyüklərin sözünə əməl etməyi, müstəqil işləməyi) duysunlar, hiss etsinlər, görsünlər.

Aydındır ki, tapşırıq söz vasitəsilə verilir. Unutmaq olmaz ki, tapşırığın söz vasitəsilə deyilişi tərzi böyük pedaqoji əhəmiyyətə malikdir. Ataların belə bir kəlamını daim yadda saxlamalıyıq: “Söz ilə olan, zor ilə olmaz”. Tapşırıq amiranə deyil, mülayim tərzdə verilməlidir ki, necə deyərlər, cana sarı yağ kimi yayılsın. El sözüdür, deyərlər: “Şirin dil ilanı da yuvasından çıxarar”.



Tələb. Əgər tapşırıq uşaqların diqqətini arzu olunan faydalı keyfiyyətlərə yönəldirsə, tələb vasitəsilə, bundan əlavə, nələrin yolverilməz, zərərli olduğu onların nəzərinə çatdırılır. Tələb müxtəlif formada ifadə olunur: vəzifə borcu formasında, əmr formasında və inkar formasında.

Tələbin vəzifə borcu formasında ifadəsi: “Ev işlərini vaxtında yerinə yetirmək lazımdır”, “Zəng olan kimi sinif otağına gəlmək lazımdır”, “Cavab vermək üçün əl qaldırmaq kifayətdir”, “Yoldaşa qayğı göstərmək lazımdır”, “Yeməkdən əvvəl əlləri yumaq lazımdır”, “Danışanı dinləmək lazımdır”.

Tələbin əmr forması: “Ev işləri vaxtında yerinə yetirilməlidir”, “Zəng olan kimi sinif otağına (auditoriyaya) daxil olunmalıdır”, “Yoldaşa qayğı göstərilməlidir”, “Təklif olunan ədəbiyyat oxunmalıdır”, “Danışana qulaq asılmalıdır” və s.

Tələbin inkar forması: “Ev işlərini vaxtında yerinə yetirmə- mək olmaz”, “Cavab vermək üçün yerdən mən-mən demək yaramaz”, “Yoldaşa qayğı göstərməmək olmaz”, “Yeməkdən əvvəl əlləri yumamaq olmaz”, “Danışana qulaq asmamaq olmaz” və s.

Tələbin ifadə formaları üçün ümumi cəhət budur ki, tərbiyə olunanların diqqəti müvafiq keyfiyyətlərə: bəzən arzu olunan, bəzən də arzu olunmayan keyfiyyətlərə yönəlsin: intizamlılığa, qayğıkeşliyə, təmizkarlığa, mədəniyyət əlamətlərinə, habelə həmin keyfiyyətlərin pozulduğu hallara istiqamətləndirilsin.



Nümunə. Nümunə də formalaşdırmaq istədiyimiz biliyin və ya mənəvi keyfiyyətin duyulmasına, görünməsinə, müşahidə böyüklərin sözünə əməl etməyi, müstəqil işləməyi) duysunlar, hiss etsinlər, görsünlər.

Aydındır ki, tapşırıq söz vasitəsilə verilir. Unutmaq olmaz ki, tapşırığın söz vasitəsilə deyilişi tərzi böyük pedaqoji əhəmiyyətə malikdir. Ataların belə bir kəlamını daim yadda saxlamalıyıq: “Söz ilə olan, zor ilə olmaz”. Tapşırıq amiranə deyil, mülayim tərzdə verilməlidir ki, necə deyərlər, cana sarı yağ kimi yayılsın. El sözüdür, deyərlər: “Şirin dil ilanı da yuvasından çıxarar”.



Nümunə. Nümunə də formalaşdırmaq istədiyimiz biliyin və ya mənəvi keyfiyyətin duyulmasına, görünməsinə, müşahidə olunmasına imkan verir. Şəxs nümunəvi hərəkəti, işi, yazını, tələffüzü və s. əlamətləri görür və daxilən düşünməli olur: o cür hərəkət etməyi, işləməyi, yazmağı, tələffüz etməyi arzulayır. Bu mənada atalar haqlı deyib: “Görən görüb götürər”, yaxud, “Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır”, “Gözü ilə görən tanrıdan çox bilir”, “Qonşu qonşuya baxar, canını oda yaxar”. Nümunənin növləri çoxdur: valideyn nümunəsi, müəllim nümunəsi, yoldaş nümunəsi, elm, mədəniyyət, incəsənət xadimlərinin fəaliyyət nümunəsi, tarixi şəxsiyyətlərin nümunəsi, milli qəhrəmanların nümunəsi, iş nümunəsi, yazı nümunəsi, bədii qiraət nümunəsi, bədii obraz nümunəsi və s. və i.a.

Valideyn nümunəsinin balaca uşaqlara təsiri daha güclü olur və buna görə də uşaq hafizəsində uzun müddət qalır. Bu səbəbdən də valideynlər hər cəhətdən uşaqlarına nümunə olmalıdırlar. Müdriklərimiz ailədə valideyn nümunəsinə böyük əhəmiyyət vermişdir. Məsələn, “Qabusnamə” bildirir: “Arvad gərək… atasının və anasının necə ev saxladığını, necə ev dolandırdığını görmüş olsun”1. “Kitabi-Dədə Qorqud”da təqribən eyni fikirdədir: “Oğul atadan görməyincə süfrə yaymaz”, “Qız anasından görməyincə öyüd almaz”.

Müəllim nümunəsi həmişə aktual olan məsələdir. Müəllim daim yadda saxlamalıdır ki, gənc nəslin həssas nəzəri ona zillənir. Müəllimin görkəmi də, nitqi də, davranışı da, hərəkətləri də, sevinmək və ya kədərlənmək tərzi də, başqalarına münasibəti də gənc nəsl üçün nümunə ola bilir. Bu mənada müəllim dövlət və xalq qarşısında məsuliyyətini unutmamalıdır.

Nümunənin digər növlərindən müəllimlər, valideynlər və pedaqoji işlə məşğul olan digər şəxslər yeri gəldikcə, imkan düşdükcə, lazım bilindikcə istifadə edirlər. Nümunənin ayrı- ayrı növlərinə pedaqoji işdə müraciət etmək imkanları genişdir. Belə imkanlar bütün fənlərin tədrisində, auditoriyadankənar tədbirlərdə, ailə şəraitində, ictimai yerlərdə, istehsalatda, kütləvi informasiya vasitələrində və s.- də vardır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin