Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə58/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   54   55   56   57   58   59   60   61   ...   185
Pedaqogika İMTAHAN

Problemli vəziyyət. Problemli vəziyyət pedaqoji prosesdə sual vasitəsilə müəllimin (tərbiyəçinin) yaratdığı fikri çətinliyin tələbələr tərəfindən duyulması həlli üçün göstərilən cəhddir. Bu üsulun tətbiqi problem səciyyəli sual üzrə fikir müxtəlifliyi yaratmağı, bu fikirlər arasında ən düzgününü müəyyənləş- dirməyi və onun düzgünlüyünü sübut etməyi nəzərdə tutur.

Problemli vəziyyət yaratmaq üsulu tələbələr üçün yenidirsə, onlar bu üsula hələ alışmamışlarsa, müəllim (tərbiyəçi) özü mühakimə yürüdür, özü sual qoyur, özü müxtəlif fikirlər söyləyir, özü bunlardan daha güzgününü seçir və onun doğruluğunu isbat edir. Sonralar, tədricən, tələbələr bu üsula alışdıqca, müəllim (tərbiyəçi) onları problemli vəziyyətə fəal cəlb edir.



Məruzə. Pedaqoji prosesdə geniş istifadə olunan üsullardan biri məruzədir. Məruzə üçün səciyyəvi cəhət budur ki, o, hər hansı bir mövzu üzrə dinləyicilərdə nisbi mənada tam anlayış yaradılmasına yönəlir. Məruzə elmiliyi, dərinliyi, ardıcıllığı və sistemliliyi ilə fərqlənir. Bu səbəbdəndə məruzə anlayışlar səviyyəsində cərəyan edir və şüura əsaslanır.

Məruzə məruzəçidən ciddi məsuliyyət, əsaslı hazırlıq tələb edir. Dinləyicilər də qarşıdakı məruzəyə hazır olmalıdırlar. Bu məqsədlə məruzənin günü və saatı barədə əvvəlcədən elan verilir.

Disput. Disput müstəqil tədbir kimi təşkil edilib keçirilə də, bu və ya digər məşğələnin tərkibində bir üsul kimi tətbiq edilə də bilir. Hər hansı mövzu ya problem üzrə mümkün olan mövqe müxtəlifliyini üzə çıxartmaq və fikir birliyi yaratmaq üçün tətbiq olunan üsula disput deyilir. Disputun tətbiq sahəsi genişdir. O, məsələn, yuxarı sinif şagirdləri və tələbələr arasında, müəllimlər arasında və valideynlər arasında keçirilir. Bu səbəbdən də disputun mövzusu çox müxtəlif olur: tələbələri maraqlandıran təlim-tərbiyə mövzuları, müəllimləri (tərbiyəçiləri) maraqlandıran metodik mövzular, valideynlər üçün gərəkli olan pedaqoji mövzular və s.

Disputun səmərəsi ona hazırlığın səviyyəsindən asılı olur. Disputun mövzusu, keçirilmə vaxtı, müzakirəyə qoyulan konkret suallar, müvafiq mənbələr (ədəbiyyat) iştirakçılara xeyli əvvəl məlum olmalıdır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin