Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin mənimsənilməsinə nəzarət üsulu



Yüklə 0,54 Mb.
səhifə66/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   62   63   64   65   66   67   68   69   ...   185
Pedaqogika İMTAHAN

Biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin mənimsənilməsinə nəzarət üsulu


Nəzarət, yoxlama qiymətləndirmə məfhumları. Bu məfhumlara mütəxəssis alimlərin münasibətləri başqa- başqadır. Bəzi dərs vəsaitləri və monoqrafiyalarda təlim üsulları şərh edilir; lakin bilik və bacarıqların yoxlanması və qiymətləndirilməsinə toxunulmur. Belə çıxır ki, bilik, bacarıq və vərdişlərə nəzarətin üsulları və onların yoxlanması üsulları yoxdur. “Didaktika sredney şkolı” və “Problemı sosialistiçeskoy pedaqoqiki” adlı əsərlər buna misal ola bilər.

Bəzi mənbələrdə nəzarət və yoxlama məfhumlarına diqqət yetirilir, lakin onlara fərq qoyulmur; eyni mənalı məfhumlar kimi işlədilir. Ç.Kupiseviçin “Osnovı obşey didaktiki”3 adlı kitabındakı fikir bu qəbildəndir.

Yoxlamanı və qiymətləndirməni ayrılıqda tərbiyədə nəzarətin və təlimdə nəzarətin üsulları kimi başa düşmək halları da var.



Elə dərs vəsaitləri də var ki, təlimdə və ya tərbiyədə nəzarət probleminə orada heç əhəmiyyət verilmir. B.P.Yesipov tərəfindən məsələ konkret belə qoyulur: “Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanması və qiymətləndirilməsi”.

Göründüyü kimi, məsələ barəsində fikir birmənalı deyil. Sual olunur: mövcud fikirlərdən hansı həqiqətə daha yaxındır? Bizcə, heç biri! Çünki, əvvəla, həyatda, pedaqoji təcrübədə geniş istifadə olunan nəzarət, yoxlama və qiymətləndirmə məsələlərinə pedaqogika üzrə dərs vəsaitlərində toxunmamaq həmin vəsaitlərin ciddi nöqsanı hesab edilməlidir. İkincisi, nəzarət, yoxlama və qiymətləndirmə məfhumlarını eyniləşdirmək də, onların fərqini görməmək də eyni dərəcədə qüsur sayılmalıdır. Üçüncüsü, bütün hallarda deyil, yalnız tək- tək hallarda yoxlama nəzarətə xidmət edir. Buna görə də ümumiyyətlə yoxlamanı nəzarət vasitəsi hesab etməyin məntiqi əsası tutarlı deyil. Nəhayət, dördüncüsü, biliklərin, bacarıq və vərdişlərin yoxlanması və qiymətləndirilməsini qəbul etmək, lakin nəzarətə əhəmiyyət verməmək halları da birtərəfli mövqe kimi nəzərdən keçirilməlidir.

Bəs hansı mövqe düzgün hesab edilməlidir? Fikrimizcə, real pedaqoji işdə vəziyyət necədirsə, məsələ eləcə də ifadə olunmalıdır. Real pedaqoji prosesdə isə təlimdə də, tərbiyədə də nəzarət, yoxlama və qiymətləndirmə üsullarından ayrılıqda istifadə edilir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin