Məişətəməyi.Təcrübəli valideynlərin ailələrində uşaqların özünəxidmət əməyində qazandıqları bacarıq və vərdişlər tədri- cən məişət əməyi sahəsində bacarıq və vərdişlər səviyyəsinə qalxır. Belə ailələrdə uşaqlar ev işlərinə cəlb olunurlar. Onlar çayın dəmlənməsində, süfrənin açılmasında, qab-qacağın gətirilməsində, süfrənin yığılmasında, döşəmənin süpürülməsində, zibilin atılmasında, mənzilin havasnın təmizlənməsində, toyuq-cücəyə, mal-qaraya, qoyun-quzuya baxılmasında, həyətyanı sahədəki işlərdə məmnuniyyətlə fəaliyyət göstərirlər.
Uşaqların məişət əməyi sahəsində qazandıqları bacarıq və vərdişlər bir qədər sonra ictimai-faydalı əməkdə fəal iştirak etmək üçün gözəl zəminə çevrilir.