Pedaqoji prosesdə nəzarət üsulu. Nəzarət təlim və tərbiyə zamanı tələbələrin necə qulaq asdıqlarını, necə düşündüklərini, necə işlədiklərini, necə davrandıqlarını bilmək üçün müəllimə imkan verir. Pedaqoji prosesdə nəzarət, adətən, müşahidə formasında cərəyan edir.
Nəzarət üsulundan pedaqoji prosesin bütün təşkili formala- rında: mühazirədə, seminarda və s.-də, tərbiyəvi tədbirlərdə (gəzintilərdə, kino və teatra kollektiv baxışda, şəhidlər xiyaba- nına ziyarətdə, döyüşçülərlə görüşdə və s.-də, məşğələlərarası fasilələrdə, ailədə və s. yerlərdə) istifadə etmək mümkündür. Məşğələ aparan müəllim və ya tədbir keçirən tərbiyəçi məşğə- lənin, yaxud tədbirin əvvəlindən sonunadək hər bir tələbəni diqqət mərkəzində saxlayır, izahata, verilən məlumata onun nə dərəcədə maraq göstərdiyini, nə dərəcədə fəal olduğunu, tapşırıqlara nə dərəcədə əməl etdiyini özü üçun aydınlaşdırır.
Məşğələlərarası fasilələrdə, məktəb həyətində, məktəbdən aralıda, ictimai yerlərdə, ailədə uşaqların, yeniyetmə və gənclərin fəaliyyətinə, davranışına diqqət yetirməyə, lazım gəldikdə istiqamət verməyə ehtiyac duyulur.
Müəllimin (tərbiyəçinin) nəzarəti tələbənin özünənəzarəti ilə nəticələnməlidir. Tələbə də tədricən öz sözlərinə, öz mühakimələrinə, öz hərəkətlərinə nəzarət etməyə alışmalıdır.
Bu cür nəzarətin həm tələbələr üçün, həm də müəllim (tərbi- yəçi) üçün müstəsna əhəmiyyəti vardır. Nəzarət zamanı müşa- hidədən alınan məlumatlar əsasında müəllim (tərbiyəçi) diqqəti yayınan, nəyisə yaxşı başa düşməyən, passivlik göstərən tələbələrə yerindəcə, operativ şəkildə istiqamət verir, yardım əlini uzadır. Bunun nəticəsi olaraq tələbələrin biliklərinin, bacarıq və vərdişlərinin, mənəvi keyfiyyətlərinin səviyyəsi yüksəlir.
Nəzarətin müəllim (tərbiyəçi) üçün əhəmiyyəti ondan ibarətdir ki, o, müşahidələr əsasında öz iş üslubunda, iş metodikasında müvafiq dəyişikliklər apara, onu daha da təkmilləşdirə bilir.
Nəzarət həm tələbələrə, həm də müəllimə (tərbiyəçiyə) faydalı olduğundan nəticədə ümumi pedaqoji prosesin səmərəsi artır.
Pedaqoji prosesin son mərhələsində geniş istifadə edilən üsullardan biri də yoxlamadır.
Dostları ilə paylaş: |