Biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin yoxlanması və qiymətləndirilməsi
Yoxlamanın mənası. Nəzarət zamanı lazımi məlumatlar əsas müşahidə vasitəsi ilə, yoxlama üsulunun tətbiqi zamanı isə məlumatlar müxtəlif vasitələrlə əldə edilir. Yoxlamanın mahiyyəti tələbələrin tədris və idrak fəaliyyətlərinin, mənəvi keyfiyyətlərinin necəliyini, habelə müəllimin (tərbiyəçinin) işinin səmərəlilik dərəcəsini müəyyənləşdirməkdən ibarətdir.
Yoxlamanın vəzifələri müxtəlif ola bilir: tələbələrin anlayış- larındakı nöqsanları müəyyənləşdirmək və aradan qaldırmaq; nəzəri biliklərini əməli işə tətbiq etmək bacarığını üzə çıxart- maq; təlim və tərbiyə işində tətbiq edilən ayrı-ayrı üsulların səmərəlilik dərəcəsini təyin etmək; müəllimin (tərbiyəçinin) fəaliyyətinə qiymət vermək; bütövlükdə tədris müəssisəsinin işini səciyyələndirmək və s.
Yoxlamanın növləri: cari, yəni gündəlik yoxlama; tematik yoxlama (bəzən buna kollokvium deyilir); dövrü yoxlama (rüb və ya semestr yoxlaması); yekun yoxlaması (fənnin və ya kursun tədrisi başa çatdıqda); test yoxlaması; proqramlaşdırılan (maşınla və maşınsız) yoxlama.
Yoxlamanın formaları: şifahi yoxlama; yazılı yoxlama; qrafik vasitələrlə (çertyoj çəkməklə, cədvəl və ya diaqram tərtib etməklə, eskiz və ya kontur xəritə hazırlamaqla) yoxlama; tədqiqat xarakterli təcrübə qoymaqla yoxlama; mətn oxutmaqla yoxlama; mühakimə yürütməklə yoxlama, ictimai faydalı tapşırıqlarla yoxlama və s.
Yoxlamanı fərdi, qrup və frontal şəkildə aparmaq müm- kündür.
Yoxlamaya verilən lələblər: yoxlama şagirdlərə (tələbələrə) və müəllimə (tərbiyəçiyə) kömək məqsədi güdməlidir; yoxlama işgüzar, xeyirxah səciyyə daşımalıdır; yoxlama aşkarlıq şəraitində aparılmalıdır; yoxlama hərtərəfli olmalı, nöqsanlarla yanaşı fərəhləndirici cəhətləri də üzə çıxarmalıdır; yoxlamanın nəticəsi müəyyən formada qiymətləndirilməlidir.
Formasından asılı olmayaraq hər bir halda yoxlamanın nəticəsi qiymətləndirilməklə başa çatdırılır.
Müfəffəqiyyəti qiymətləndirməyin tarixinə dair. Təlim və tərbiyə zamanı tələbələrin müvəf-fəqiyyətini qiymətləndirməkdə tarixən vahid sistem olmamışdır. 1917-ci ilə qədər Rusiyanın bəzi məktəblərində şagirdlərin bilik və bacarıqları “yetirir” və ya “yetirmir”, bəzi məktəblərində “kafi” və ya “qeyri-kafi”, bəzi məktəblərində isə geniş xasiyyətnamə yazmaq formasında olmuşdur.
Beşbal sistemi tətbiq edən məktəblər də vardı. Belə məktəb- lər arasında qiymətə üstəgəl və çıxma işarələri artırmaq halları da olmuşdur.
Kadet korpuslarında, gimnaziyalarda, xüsusən qadın gimnaziyalarında on iki bal sistemindən istifadə edilmişdir.
Azərbaycan Respublikasında şagirdlərin bilik və bacarıqları bir müddət sözlü beşbal sistemi (çox yaxşı, yaxşı, kafi, pis, çox pis) ilə, sonralar rəqəmli beşbal sistemi (5, 4, 3, 2, 1) ilə qiymətləndirilmişdir.
Xarici ölkələrdə müxtəlif bal sistemləri tətbiq olunur. Bu yaxınlara qədər, məsələn, Hollandiya və İtaliyada on bir bal sistemindən, Polşa və Almaniyada beşbal sistemindən istifadə olunurdu.
Dostları ilə paylaş: |