Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə53/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   49   50   51   52   53   54   55   56   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin ümumi üsulları


Milli pedaqogika belə ifadə edir: pedaqoji prosesin mərhələlərinə uyğun olaraq, müəllimin (tərbiyəçinin) rəhbərliyi altında tələbələrin müəyyən biliklərə, bacarıq vərdişlərə yiyələnmələri, tərbiyə olunmaları inkişaf etmələri yollarına pedaqoji prosesin üsulları deyilir.

Pedaqoji proses üsullarının qruplaşdırılması məsələsi.

Pedaqoji ədəbiyyatdakı fikirlərin təhlilindən belə bir ümumi nəticə çıxır ki, təkcə tərbiyə üsullarının və ya təlim üsullarının deyil, bütövlükdə pedaqoji proses üsullarının elmi cəhətdən düzgün qruplaşdırılması bir sıra tələblərə cavab verməlidir:



  1. Pedaqoji üsullar vahid əsasa görə qruplaşdırılmalıdır.

  2. Həmin əsas bütün pedaqoji proses üsullarını əhatə etməlidir

  3. Pedaqoji proses üsullarını qruplaşdırmağın əsası başlıca pedaqoji vəzifələrin yerinə yetirilməsinə xidmət etməlidir.

Pedaqoji prosesin mərhələləri məfhumu sadalanan tələblərə cavab verir. Pedaqoji prosesin mərhələləri isə əvvəlki fəsildə səciyyələndirilmişdir. Deməli, təlimdə və tərbiyədə yerinə yetirilən başlıca pedaqoji vəzifələr üst-üstə düşdüyündən, habelə onların üsullarındakı oxşarlıq üstünlük təşkil etdiyindən, həmin üsulları pedaqoji prosesin mərhələlərinə görə qruplaşdırmaq zərurətə çevrilir:

1. Biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin əsasən qavranmasına xidmət edən üsullar;

2. Biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin əsasən başa düşülməsinə xidmət edən üsullar;

3. Biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin əsasən möhkəmləndirilməsinə tətbiqinə xidmət edən üsullar;

4. Biliklərin, bacarıqların mənəvi keyfiyyətlərin mə- nimsənilməsinə nəzarət, onların yoxlanılması qiymətləndirilməsinə xidmət edən üsullar.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin