Məşğələvaxtındansəmərəliistifadəedilməlidir.Məşğələ vaxtından istifadəyə münasibətin xarakteri təlim və tərbiyə işinin keyfiyyətinə bu və ya digər dərəcədə təsir göstərir. Məşğələyə lazımınca hazırlıq işləri görülmədikdə, məşğələnin mərhələləri və hər mərhələyə ayrılan vaxt əvvəlcədən düşünülmədikdə, davamiyyət mənalandırılmadıqda, məşğələ zamanı mövzudan kənara çıxmaq hallarına yol verildikdə, uzun-uzadı, yersiz mübahisəyə girişildikdə vaxt itkisinə şərait yaranır; məşğələnin səmərəsi azalır.
Təcrübəli müəllim (tərbiyəçi) auditoriyaya nəzər salan kimi davamiyyət barədə təsəvvürə malik olur, yaxud olmayanlar haqqında qrup nümayəndəsindən məlumat alır, mövzudan kənara çıxmır, məşğələnin bütün mərhələlərini əvvəlcədən
ətraflı ölçüb-biçir, vaxt itkisinə qətiyyən yol vermir. Nəticədə iş əmsalı artır.