Müstəqil iş. Müstəqil iş biliklər, bacarıq və vərdişlər qazanmaqda tələbələrin müstəqilliyini formalaşdırmaq məqsədi güdür. Müstəqil işin növləri çoxdur:
kitab üzərində, o cümlədən dərslik və dərs vəsaitləri üzərində iş; məşğələdə və məşğələdən kənarda jurnal və qəzet məqalələri
və tarixi sənədlər üzərində iş; konspekt tutmaq;
referat yazmaq; tezis yazmaq; mühazirə
mətni üzərində işləmək; laboratoriya və emalatxana şəraitində müstəqil işləmək;
məsələ və misal həll etmək; idman növləri üzrə və çalğı alətlərində məşq etmək;
müstqəil müşahidələr aparmaq; imla və ya inşa yazmaq; məruzə mətni hazırlamaq; tərcümə fəaliyyəti ilə məşğul olmaq və s.
Məsləhət. Məsləhətdən əsas məqsəd
tələbənin müstəqil işində, nəzəri və əməli tapşırıqların yerinə yetirilməsində ona pedaqoji köməklik göstərməkdir.
Məsləhətin iki əsas növü var: məcburi məsləhət və könüllü məsləhət. Tədris planı üzrə təşkil edilən məsləhət məcburi məsləhətdir. Tələbənin və ya müəllimin təşəbbüsü ilə təşkil olunan məsləhət könüllüdür. Hər iki halda məsləhətin vaxtı şagirdlərə və ya tələbələrə məlum olmalıdır.
Məsləhət ya sual-cavab formasında, yaxud müsahibə formasında aparılır.
Tələbəni sual verməyə, sualı ifadə etməyə alışdırmaq lazım- dır. Onun sualı biliyindəki kəsirlərlə və ya tədris bacarığının lazımınca formalaşmadığı ilə bağlı ola bilər. Müəllim (tərbiyəçi) bu cəhətləri nəzərdə tutmalıdır.
Dostları ilə paylaş: