Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə93/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   89   90   91   92   93   94   95   96   ...   185
Pedaqogika İMTAHAN

Tədris proqramı. Hər fənn üzrə tədris proqramı tərtib edilir. Bütün fənlər üzrə tərtib edilən tədris proqramları müxtəlif olsa da, onları səciyyələndirən ümuxüsusiyyətlər də mövcuddur.

Tədris proqramı, adətən, iki hissədən - izahat vərəqindən və proqramın məzmunundan ibarət olur. İzahat vərəqində fənnin tədrisi qarşısında qoyulan vəzifələr, tərbiyə və psixoloji inkişaf imkanları, müəllimə aid olan metodik göstərişlər qeyd edilir.

Tədris proqramı tədris planına uyğun tərtib olunur. Fənnin adı, onun bütövlükdə tədrisinə ayrılan saatların miqdarı və məzmunu tədris planına əsasən müəyyənləşdirilir.

Tədris planında nəzərdə tutulmuş təhsilin istiqaməti və xarakteri tədris proqramında konkretləşdirilir. Fənnin hissələrinin, bölmələri və mövzularının adları, onların tədrisinə ayrılan saatların miqdarı tədris proqramında qeyd edilir. Hissələrin, bölmə və mövzuların əhatə etdiyi məsələlər tədris proqramında sadalanır.

Tədris proqramının tərtibində iki prinsip mövcuddur: konsentrik prinsip və düzxətli prinsip. Birinciyə görə, eyni adda olan tədris materialına sonrakı kurslarda yenidən qayıdılaraq daha dərindən öyrədilir. İkinciyə görə, mənimsənilməli tədris materialları zəncirvari düzülür:

öyrədilmiş materiala sonrakı kurslarda yenidən qayıdılmır. İkinci prinsip hazırda geniş istifadə olunur.



Deməli, tədris planına əsasən fənnin hissələrini ya bölmələrini, mövzularını, mövzulara aid başlıca məsələləri göstərən, fənnin tədrisi üçün ayrılmış saatları mövzular arasında bölüşdürən izahat vərəqəsinə malik olan sənədə tədris proqramı deyilir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin