Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə89/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   85   86   87   88   89   90   91   92   ...   185
Pedaqogika İMTAHAN

Qrup halında işlər. Şagirdlərdə və ya tələbələrdə yaradıcılıq qabiliyyətlərinin inkişafına xidmət edən fəaliyyət formalarından biri də qrup halında görülən işlərdir: fənn dərnəkləri, özfəaliyyət dərnəkləri, hazırcavablar klubu, ədəbi klublar, lektoriyalar, gənc texniklər dərnəyi, gənc təbiətçilər

dərnəyi, məktəblərdə yaradılan (ədəbiyyat, tarix, incəsənət və s.) muzeyləri, idmanın müxtəlif növlərini əhatə edən komandalar, folklor dərnəyi və s.

Qrup halında işlərin spesifik xüsusiyyəti orasındadır ki, bu cür fəaliyyət formaları maraq dairəsinə görə şagirdləri, yaxud tələbələri bir yerə yığır, onların yaradıcılıq qabiliyyətlərini artırır, müvafiq sahələr üzrə biliklərinin dərinləşməsinə, bacarıq və vərdişlərinin genişlənməsinə şərait yaradır, qabaqcıl əmək adamları ilə, yazıçı, bəstəkar və rəssamlarla əlaqələrini möhkəmləndirir.



Kütləvi işlər. Tələbələrdə yaradıcılığı, təşkilatçılığı inkişaf etdirən, onlara sevinc, şadlıq, emosionallıq hissləri bəxş edən pedaqoji prosesin təşkili formaları kimi, kütləvi işlərin də böyük əhəmiyyəti vardır. Səhərciklər, axşamlar, yarışlar, müsabiqələr, bayramlar, disputlar, konfranslar, olimpiadalar, iməciliklər, oyunlar, kroslar, turist gəzintiləri, mədəni yürüşlər, kino və teatr tamaşalarına kollektiv baxışlar, kitab müzakirələri və s. kütləvi işlərə aiddir.

Fərdi işlər, qrup halında işlər və kütləvi işlər həm auditoriyadankənar, həm də məktəbdənkənar tədbirlər formasında təşkil edilir. Bu mənada məktəbdənkənar tərbiyə müəssisələrinin imkanlarından da geniş istifadə olunur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin