Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə142/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   138   139   140   141   142   143   144   145   ...   185
Pedaqogika İMTAHAN

Borc məsuliyyət hissi. Şüurlu intizam borc və məsuliyyət hissindən ayrılmazdır. Ailə qarşısında, valideynləri qarşısında, məktəb və müəllimlər qarşısında borc və məsuliyyət hissi duyan şagird (tələbə) ailədə də, tədris müəssisəsində də müvafiq əxlaq normalarını dəqiq və müntəzəm yerinə yetirməyə çalışır. Unutmayaq ki, intizamsızlıq edən, əxlaq normalarına məhəl qoymayan şəxslərin əksəriyyətində borc və məsuliyyət hissi kütləşmiş olur.

Əxlaq tərbiyəsi sayəsində uşaqlar, yeniyetmə və gənclər aydın şəkildə başa düşməlidirlər ki, onlara göstərilən ailə valideyn qayğısını daim yadda saxlamaq, ona hörmət etmək, ehtiram göstərmək onların müqəddəs borclarıdır. Valideynləri qarşısında evladlıq borcunu unudan şəxs ana-atasının ömrünü xeyli qısaltmış olur.

Gənc nəsl unutmamalıdır ki, islamda qadın adı, qadın isməti yüksək dəyərləndirilmiş, ana isə göylərə qaldırılmış,

cənnətə bərabər tutulmuşdur: “Cənnət anaların ayaqları altındadır” – deyilmişdir.

Ümumxalq, dövlət qayğısı müqabilində borclu olduğunu, buna görə də xalq qarşısında məsuliyyət daşıdığını hər bir oğul və qız daim yadda saxlamalıdır; öz məsuliyyətini unutmayan tələbə təhsildə uğurla çalışmalı, xalqının ləyaqətli övladı kimi özünü hazırlamalı, xalqına canla-başla xidmət etməli olur.



Şüurlu intizamın, borc və məsuliyyət hisslərinin gənc nəslə aşılanmasında müvəffəqiyyəti artırmaq üçün məktəbin və ailə- nin, müəllimlərin və valideynlərin əlbir işinə böyük ehtiyac var.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin