Əməyin psixoloji mənası. Zəhmət insan psixologiyasına, onun əhval-ruhiyyəsinə də faydalı təsir göstərir. Zəhmətlə məşğul olan adamı ruh yüksəkliyi müşayiət edir. O, daim işi haqqında, istehsal etdiyi məhsulun keyfiyyətli olması barədə düşunür. Ruhdan düşmək, “nə edim, neyləyim” halları ondan uzaq olur.
Əməyin idrak mənası. Xarici aləmin dərk olunmasında əməyin əhəmiyyətini unutmaq olmaz. İstehsal alətlərindən
istifadə edərək təbiət cisimlərinə təsir göstərən şəxs bir neçə cəhətdən zənginləşir. O, əvvəla, istifadə etdiyi alətin – baltanın, mişarın, çəkicin, traktorun və digər texnika vasitələrinin keyfiyyətinə daha yaxından bələd olur; ikincisi, təsir göstərdiyi obyektlərin – torpağın, daşın, metalın, ağacın və s.-nın xüsusiyyətlərini öyrənir və üçüncüsü, alınan məhsulun keyfiyyətindən hali olur. Deməli, əmək nəinki şüuru cilalayır, həm də xarici aləmi dərk etmək vasitəsinə çevrilir.
Dostları ilə paylaş: |