Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə148/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   144   145   146   147   148   149   150   151   ...   185
Pedaqogika İMTAHAN

İqtisadi tərbiyənin məzmunu. Bazar iqtisadiyyatına aid olan əsas məfhumlar iqtisadi tərbiyənin məzmununu təşkil edir. İqtisadi tərbiyənin məzmununa aid olan məfhumlar bunlardır: qıtlıq, qənaət, israfçılıq, mübadilə, pul, qarşılıqlı iqtisadi asılılıq, bazar və qiymət, maya və qazanc, sövdələşmə, məhsuldarlıq, rəqabət, bazar strukturu, iqtisadiyyatda dövlətin rolu, iqtisadi sistemlər, iqtisadi qurumlar, iqtisadi stimullar, tələb və təklif, işsizlik, mütləq və nisbi üstünlük, ticarətə mane olan amillər, gəlirin bölüşdürülməsi, ümumi milli istehsal, bazar uğursuzluqları, informasiya və defilyasiya, pul siyasəti, maliyyə siyasəti, iqtisadi artım, iqtisadi sabitlik və s.

İqtisadi tərbiyə iqtisadiyyatla bilavasitə əlaqədar olan bəzi vəzifələrin yerinə yetirilməsinə yönəlir. İqtisadi tərbiyə qarşısında dörd əsas vəzifə qoyulur:



  1. Bazar iqtisadiyyatı ilə bağlı olan başlıca məfhumlarla gənc nəsli tanış etmək.

  2. Ailə həyatında cəmiyyətin inkişafında iqtisadiyyatın rolu barədə gənc nəsldə təsəvvür yaratmaq.

  3. Gənc nəsldə sahibkarlıq, təsərrüfatçılıq, qənaətcillik kimi faydalı keyfiyyətlər formalaşdırmaq.

  4. Xalq əmlakına, ictimai mülkiyyətə (o cümlədən, tədris müəssisəsinin əmlakına), başqalarının istehsal etdiyi maddi mənəvi nemətlərə gənc nəsldə qayğılı münasibət aşılamaq.

Deyilənləri nəzərə alan Milli pedaqogika iqtisadi tərbiyənin mahiyyətini belə ifadə edir: bazar iqtisadiyyatı ilə əlaqədar olan məfhumların faydalı keyfiyyətlərin gənc nəsldə planlı məqsədyönlü şəkildə formalaşdırılması prosesi iqtisadi tərbiyə deməkdir.

Ümumtəhsil məktəblərində olduğu kimi, ali məktəblərdə də iqtisadi tərbiyə imkanları yetərincədir. Ali məktəbdə həm tədris olunan fənlərin, həm də auditoriyadankənar tədbirlərin iqtisadi tərbiyə imkanları üzə çıxarılmalı və istifadə edilməlidir.

İqtisadiyyatın hər bir şəxsə, o cümlədən tələbəyə dəxli vardır. Bu günki tələbə eyni zamanda istehlakçıdır. Hər bir şəxs kimi, tələbə də geyim əşyaları alır, kənd təsərrüfat məhsullarına pul xərcləyir. Deməli, tələbə fəal istehlakçı kimi iqtisadiyyatda müəyyən rol oynayır. O, iqtisadiyyatda tutduğu mövqe barədə aydın təsəvvürə malik olmalıdır. Tələbənin yediyinə, nə geyindiyinə, bundan ötru pul vəsaitini necə əldə etdiyinə laqeyd qala bilməz.



Bundan əlavə, bu günün istehlakçısı olan tələbəyə sabahın istehsalçısı, istehsalın təşkilatçısı kimi baxılmalıdır. Həmin yeni keyfiyyətlər ali məktəbdə iqtisadi tərbiyə zamanı nəzərə alınmalıdır. Hər bir tələbə özunü təkcə maddi və mənəvi nemətlərin istehlakçısı kimi deyil, həm də həmin nemətləri yaradan, istehsal edən, istehsalı təşkil edən mütəxəssis kimi hazırlanmalıdır. Bu məqsədin reallaşması üçün ali məktəbin nəinki auditoriya imkanlarından, habelə auditoriyadankənar imkanlarından tam istifadə olunmalıdır.

Yaxşı haldır ki, müstəsnasız olaraq bütün ali məktəblərdə tələbələrin iqtisadi tərbiyəsinə bilavasitə xidmət edən xüsusi kurs - iqtisadiyyat kursu tədris olunur. Tələbələr üçün nəzərdə tutulan bu kurs ümumtəhsil məktəbində onların qazanmış olduqları məfhumları daha da dərinləşdirir və genişləndirir. İqtisadiyyat kursunun əhatə etdiyi aşağıdakı məfhumlar tələbələrdə həm də iqtisadi təfəkkürü formalaşdırır: iqtisadi təhlil, mübadilə, rəqabət, rəqabət bazarı, rəqabət bazarının fəaliyyəti, iqtisadiyyatda dövlət sektoru, mülkiyyət, mülkiyyətin iqtisadi, hüquqi və əxlaqi cəhətləri, makroiqtisadiyyat, pul, pul dövriyyəsi, pul siyasəti, milli gəlir, məcmu xərclər, tələb, təklif, qiymət səviyyəsi, infilyasiya, işsizlik, milli iqtisadiyyatın formalaşması, beynəlxalq iqtisadi əlaqələr, istehlak seçimi, xərclər və təklif, firma və rəqabətin formaları, biznes və onun strukturu, bazar amilləri, gəlirlərin bölgüsü, təbii ehtiyatlar və kənd təsərrüfatı iqtisadiyyatı, iqtisadi sistemlər və onların müqayisəli təhlili və s.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin