Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə149/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   145   146   147   148   149   150   151   152   ...   185
Pedaqogika İMTAHAN


Ekoloji tərbiyə



Ekologiya məfhumu. Ekologiya iki yunan sözündən əmələ gəlib: oikos və loqos. Oikos – yurd, məskən, 1oqos – təlim, söz deməkdir, hərfi mənası yurd haqqında məskən haqqında təlimdir.

Müasir dövrdə ekologiya elmdir: təbiət və cəmiyyət arasında qarşılıqlı təsirin qanunauyğunluqlarını öyrənir. Daha dəqiq desək, ekologiya kiçikliyindən və böyüklüyündən asılı olmayaraq canlı orqanizmlərin məskunlaşdıqları təbii şəraiti, həmin orqanizmlərlə mühit arasında qarşılıqlı əlaqəni tədqiq edir.

Ekologiya elminin sahələri çoxdur: mikroorqanizmlərin ekologiyası, göbələklərin ekologiyası, bitkilərin ekologiyası, heyvanların ekologiyası, insanların ekologiyası, meşə ekologiyası, suyun ekologiyası, atmosferin ekologiyası və s. və i. a.

Adi danışıqda, el arasında ekologiya deyəndə ətraf mühitin: torpağın, suyun, havanın, qidanın və sairənin təmiz saxlanması və ya çirklənməsi nəzərdə tutulur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin